Kadırovdan sensasion İŞİD bəyanatı
10:18 06-01-2015
İQTİSADİYYAT
Kadırovdan sensasion İŞİD bəyanatı
Çeçenistan prezidenti: "Onların arasında casus şəbəkəmiz var"
Çeçenistanın başçısı Ramzan Kadırov sensasiya kimi qarşılanan maraqlı açıqlaması ilə yenidən gündəmə gəlib. Bu dəfə Kadırovun hədəfi İŞİD və bu terrorçu qruplaşmanın tərkibində vuruşan çeçenlər olub.
Çeçenistan lideri vurğulayıb ki, Rusiyaya qarşı İŞİD təhlükəsi həddən artıq şişirdilir. teleqraf.com-un "İnterfax" agentliyinə istinadən məlumatına görə, o, Rusiyaya qarşı İŞİD təhlükəsinin mövcudluğunu istisna edib: "Belə bir təhlükə gözlənilmir. Biz boş yerə biz özümüzü cürbəcür İŞİD-lərlə qorxuduruq".
Kadırov onu da söyləyib ki, İŞİD-in atdığı hər bir addımdan xəbərdardırlar və bu hərbi-siyasi terrorçu qruplaşmanın daxilində geniş casus şəbəkəsinə malikdirlər: "Bizim bu terrorçu yığnağının tərkibində yaxşı casus şəbəkəmiz var. Bu, imkan verir ki, bizim üçün əhəmiyyət kəsb edənlərin yerdəyişməsini izləyə bilək. Bundan əlavə, imkan yaranır ki, öz tüfənginin lüləsini hətta zarafatla belə Rusiyaya sarı döndərənlərı vaxtında, son mənzilə biletlə birgə əbədi məzuniyyətə göndərək".
Çeçenistanın dövlət başçısı bildirib ki, Rusiya üçün əsl təhlükə ABŞ və digər Qərb ölkələrindən gəlir: "Yaxın Şərq regionunun terrorçuların hazırlanması üçün nəhəng məkana çevrilməsi Rusiya üçün ciddi narahatlıq yaradır".
İŞİD-in mövqeləri bombalandı
ABŞ və koalisiya qüvvələri İŞİD-in Suriya və İraqda mövqələrinə qarşı yeddi hava hücumu təşkil edib.
publika.az xəbər verir ki, bu barədə Birgə Əməliyyatlar Qrupunun yaydığı bəyanatında bildirilir. Məlumata görə, 6 hava hücumu zamanı İslam Dövləti qrupunun Suriyada Kobani yaxınlığında mövqelərinə zərbələr endirilib. İslam Dövləti qrupunun İraqda Mosul şəhəri yaxınlığında istinadgahı isə bir hava hücumuna məruz qalıb.
Birgə Əməliyyatlar Qrupunun bəyanatında hava hücumlarının şənbə və bazar günləri səhər baş verdiyi bildirilir.
İŞİD-dən Səudiyyə Ərəbistanına "atəş"
Bu arada məlum olub ki, Səudiyyə Ərəbistanının iki sərhədçisi İraqla sərhəddə öldürülüb. Həmin ərazi İŞİD terrorçularının nəzarəti altındadır.
Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi məlumat yayıb ki, hərbçilər yaraqlıların hücumu nəticəsində baş verən atışma zamanı həlak olublar.
Naməlum şəxslər Səudiyyə Ərəbistanının Arar şəhəri ərazisində hərbi patrul məntəqəsini atəşə tutublar və sərhədçilər onlara cavab atəşi açıblar.
İŞİD-in Səudiyyə Ərəbistanına qarşı bu əməlindən sonra bu ölkənin terror qruplaşmasına qarşı hansı cavab addımı atacağı maraqla gözlənilir.
Viruslu İŞİD-çilər yandırıldı
İŞİD terror qruplaşması ölümcül virusa yaxalanan üzvlərini məhv ediblər. Belə ki, terror qruplaşması İraqın ikinci böyük şəhəri Mosulda Ebolaya yaxalanan 5 üzvünü yandıraraq öldürüb.
İraq Parlamenti səhiyyə komissiyası üzvü Feysəl Qazi ötən gün bir mətbuat toplantısı keçirərək Mosulda Ebola virusu daşıyan İŞİD-çilərlə bağlı məlumat verib. Qazi qruplaşmanın xəstəliyin qaşısını almaq üçün bir neçə yaraqlını yandırdığını açıqlayıb.
O, İŞİD-çilərin ölümcül virusa yaxalanmasını Mosul xalqı üçün təhlükə sayıb və Ebolanın bu bölgədə qarşısı alınmasa əhatə dairəsinin artacağından qorxduğunu söyləyib.
Xatırladaq ki, bir müddət əvvəl İŞİD terror qruplaşmasında bu virusun yayıldığı və onlar arasında böyük təşvişə səbəb olduğu bildirilmişdi.
Murad İbrahimli
Digər Xəbərlər
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03