Qərbin Azərbaycan "istəyi"
10:10 07-01-2015
İQTİSADİYYAT
Qərbin Azərbaycan "istəyi"
Ölkədəki gizli şəbəkələrin məqsədi
Artıq bir ildir ki, Azərbaycanla Avropa münasibətlərində bir sərinlik hökm sürməkdədir və get-gedə bu sərinlik dərinləşir. Eyni zamanda aydın olur ki, son bir neçə ildə bəzi Avropa institutları Azərbaycana milyonlarla dollar pul yönəldərək ən ciddi şəkildə vətəndaş itaətsizliyi belə yaratmağa çalışıblar. Belə ki, Qeyri Hökümət Təşkilatlarını bir mərkəzdən idarə etmək, siyasi qüvvələrə təsir etmək, həmçinin bölgələrdə mobil qruplar formalaşdırmağı əsas məqsəd kimi qarşılarına qoymuşdular. Bunun üçün isə müxtəlif beynəlxalq təşkilatların xətti ilə il ərzində Azərbaycana 20-30 milyon dollar həcmində vəsait göndərilirdi. Gəlin indi detallara baxaq.
"Azadlıq" radiosu, yoxsa kəşfiyyat şəbəkəsi
Bu günlərdə aydın oldu ki, müəyyən kənar qüvvələrin Azərbaycanda dayaq nöqtələrindən biri "Azadlıq" radiosudur. Bu radio əslində informasiya mənbəyi yox, sadəcə olaraq beyin mərkəzi rolunu oynayırdı.Əsas məqsədləri aşağıdakılar idi
1. Gəncləri səfərbər edərək müxtəlif təşkilatlar yaratmaq
2. Bölgə müxbirləri vasitəsi ilə rayonlarda şəbəkə formalaşdırmaq
3. Kənar qüvvələrin təsirində olan QHT-lərin təbliğat və təşviqat işlərini həyata keçirtmək
4. Lazım olanda siyasi qüvvələri və hakimiyyəti şantaj etmək
5. Əsasən AXCP-nin tribunası rolunu oynamaq
Gəlin bu vəzifələrdən bəzilərinin icralarına diqqət yetirək.
Maliyyə qaynaqları
Bu günlərdə aparılan araşdırmalar sübut edir ki, "Azadlıq" radiosunda milyonlarla manat həcmində pul yumaları həyata keçirilib və bu pulların sonra hara sərf edildiyi məlum olmayıb. Daha doğrusu bu pulların bir neçə nəfər arasında bölüşdürüldüyü söylənilir. Əslində isə aydın olan budur ki, "Azadlıq" radiosunun əsas rəhbərliyində olan Xədicə İsmayıl və bəziləri Azərbaycanda radikal gənclər təşkilatlarının formalaşmasına bir başa rəhbərlik ediblər.Onların maliyyələşməsinə də bir başa Xədicə İsmayıl rəhbərlik edib. Belə olan halda ortaya sual çıxır, Xədicə İsmayıl bu vəsaiti hardan əldə edib? Sözsüz ki, məhz radioda yuyulan çirkli pullar bu işlərə sərf edilirmiş. Həmçinin məlum olub ki, Leyla Yunus, Anar Məmmədli və Xədicə İsmayıl üçlüyü il ərzində müxtəlif beynəlxalq təşkilatlardan üst-üstə 5 milyon dollardan artıq pul alırlarmış. Amma alınan pulların hara xərclənməsi haqqında heç bir dəlil ortada yoxdur.
Şantaj mərkəzi
"Azadlıq" radiosunun əsas missiyalarından biri də istər siyasi dairələri, istərsə də hakimiyyəti şantaj etmək idi. Heç kəsə sirr deyil ki, radionun əsas missiyalarından biri konkret olaraq AXCP-in və bir neçə gənclər təşkilatlarının maraqlarını qorumaq və onların təbliğat işlərini həyata keçirtmək idi. Hətta AXCP ilə rəqabətdə olan Müsavat partiyası da "Azadlıq" radiosu üçün düşmən obrazında idi və imkan düşən kimi bu partiyanı aşağılamaqla, AXCP-in nüfuzunu qaldırmağa çalışırdılar. Həmçinin AXCP ilə ortaq məxrəcə gələ bilməyən siyasi liderlər də bu radionun açıq şəkildə hədəfinə gəlirdi və ən çirkin yollarla şantaj edilirdilər. Son zamanlar isə kənar qüvvələrdən aldıqları əmrlərə uyğun olaraq hakimiyyəti də şantaj etməyi bir başa qarşılarına məqsəd qoymuşdular və bu işin icrası Xədicə İsmayıla tapşırılmışdı. Xədicə İsmayıl isə araşdırmaçı jurnalist adı ilə bir neçə sensasion, əslində isə şantaj xarakterli məqalələrlə çıxış etdi. Məqalələrə baxdıqda isə açıq şəkildə aydın olurdu ki, göstərilən faktlar açıq şəkildə kəşfiyyat materialları idi və böyük bir qismi təhrif edilmişdi. Məqsəd isə cəmiyyətdə çaşqınlıq yaratmaq və bununla hakimiyyəti şantaj edərək istədiklərinə nail olmaq idi.
Xalq diplomatiyasının gizlinləri
Bəzi Avropa beyin mərkəzlərinin başqa ciddi məqsədi isə Azərbaycanda erməni şəbəkəsini formalaşdırmaq idi. Xalq diplomatiyası adı ilə pərdələnən bu qüvvələrin isə bir neçə məqsədləri var idi və bunları aşağıdakı bəndlərə bölmək olar.
1. Kəşfiyyat materiallarının toplanaraq xarici qüvvələrə, o cümlədən Ermənistana ötürmək
2. Azərbaycan cəmiyyətinə Qarabağ itkisini həzm etdirmək və reallığı nəzərə alaraq Ermənistana güzəştə getmək
3. Bu şəbəkə vasitəsi ilə erməni lobbisinin Azərbaycan hakimiyyəti üzərində təzyiqini sistemləşdirmək.
Qeyd edək ki, Leyla Yunusun həbsindən sonra aydın oldu ki, Azərbaycanda formalaşdırılan erməni şəbəkəsinin tərkibinə daha çox ziyalılar, jurnalistlər və QHT rəhbərləri daxil edilib. Bu şəbəkə cəmiyyətə o qədər təsir etmə imkanında olub ki, hətta siyasi qüvvələrə də təsir edə biliblər. Yəni, siyasi partiyalar bir başa bu şəbəkənin tərkibində olmasalar da bu şəbəkənin təsiri ilə lazım olanda istədikləri qərarı belə çıxartdıra bilirdilər. Yəni, elə bir rəy yaranmışdı ki, Leyla Yunusun və ya bir başqasının yaratdığı rəy cəmiyyətdə az qala dominantlıq rolunu oynayırdı. Bu da sirr deyil ki, məhz bu şəbəkənin təsiri ilə ən radikal müxalif partiya liderləri belə dəfələrlə Ermənistanda fəaliyyət göstərən siyasi partiya liderləri ilə dəfələrlə görüşmüşdülər.Bu görüşlərin nəticəsi olaraq, hansısa sənədlər də qəbul olunmuşdu. Bütün bunlar isə erməni şəbəkəsinin fəaliyyətinin nəticəsi idi. Bundan başqa məlum şəbəkə həm də Azərbaycan cəmiyyətində yazıq bir erməni obrazı yaratmaqla məşğul idilər.Belə fikir formalaşdırılırdı ki, erməni xalqı bizə doğmadır və bu gərginlikləri sadəcə olaraq hansısa üçüncü qüvvə həyata keçirirmiş. Buna görə dəfələrlə təşkil olunan qarşılıqlı səfərlər zamanı jurnalistlər bu şəbəkənin təsir dairəsinə düşürdülər. Bu baxımdan hazırda həbsdə olan Rauf Mirqədirovun adını xüsusi ilə çəkmək yerinə düşərdi.
Gənclər ovu
Avropadakı bəzi beyin mərkəzlərinin başqa bir vəzifəsi isə intellektual gəncləri ətraflarına toplamaq idi. Bunun üçün əsasən aşağıdakı kateqoriyalı gənclərə daha çox müraciət edilirdi
1. Xaricdə təhsil alan zamandan nəzarətlərinə götürdükləri gənclər
2. Maddi sıxıntıları olan gənclər
3. Özünü cəmiyyətdə sübut edə bilməyən gənclər
Çox maraqlıdır ki, bu gənclərin seçilməsində də "Azadlıq" radiosunun rəhbərlərinin böyük rolu olub. Elə bir müddət öncə bir gənclə Xədicə İsmayıl arasında yaşananlar da bunu sübut etdi. Bununla paralel olaraq xüsusi gənclər yetişdirmək üçün QHT-lərin də imkanlarından istifadə olunub. Belə ki, müxtəlif kurslar, əsasən də jurnalistika kursları təşkil etməklə gəncləri rahatlıqla seçmək imkanı qazanmışdılar. Son iki il ərzində bu tip gəncləri formalaşdırmaq üçün daha çox Gürcüstandan istifadə etməyə başladılar. Belə ki, Gürcüstana göndərilən gənclər altı aydan bir ilə qədər bu ölkədə qalmaqla müxtəlif kurslara cəlb olunaraq daha sonra Azərbaycana göndərilirdilər.
Missioner qüvvələr
Aparılan araşdırmalar sübut edir ki, bu gün Azərbaycanda müəyyən güclərə xidmət edən qüvvələr arasında dini missioner qüvvələr də var. Əsasən bölgələrdə fəaliyyət göstərən bu missioner təşkilatlar nisbətən yoxsul təbəqə ilə çalışır.Onları ilk növbədə dinə cəlb edir, daha sonra məqsədləri üçün istifadə edirdilər. Bu qüvvələr vətəndaşlarla işləyəndə əsasən aşağıdakı qrafik üzrə təbliğat işləri aparırdılar.
1. Ermənilər din qardaşlarınız olduğu üçün onlara qarşı silah qaldırmaq olmaz
2. Regionda dövlət yox, dini güc uğrunda savaşmaq
3. Xristianlıqdan başqa digər dinə xidmət edənləri qəbul etməmək
Sözsüzki bu bəndlərin hər birində ermənilərə bir doğmalıq hiss olunur və bu heç də təsadüf deyil.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17