Aİİ çərçivəsində Ermənistana təzyiq Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək edə bilər
Avrasiya İqtisadi İttifaqı çərçivəsində Qazaxıstan tərəfdən Ermənistana təzyiq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək edə bilər.
Bu barədə Avrasiya tranzit qrupunun direktoru Mixail Laubş bildirib.
Onun sözlərinə görə, Astana bir tərəfdən Ermənistanı bu ittifaqa üzvlüyün fayda gətirə biləcəyinə inandırmağa çalışır, eyni zamanda, işğal olunmuş Azərbaycan torpaqlarını azad etməli olduğunu Yerevana göstərmək üçün bu layihədən alət kimi istifadə edir: "Bu, ən azından nəzəriyyədə münaqişəni həll etmək və Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün müsbət təsir göstərə bilər".
Qeyd edək ki, ötən ilin mayında Rusiya, Belarus və Qazaxıstan prezidentləri tərəfindən imzalanan Aİİ-nin yaradılması haqqında müqavilə 2015-ci il yanvarın 1-dən qüvvəyə minib.
Digər Xəbərlər
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53
2024-12-23 19:20:00
2024-12-23 17:04:32
2024-12-23 16:48:00
2024-12-23 16:35:46
2024-12-23 15:20:16
2024-12-23 14:02:12
2024-12-23 13:46:00
2024-12-23 11:05:03
2024-12-23 10:35:27
2024-12-23 09:02:41
2024-12-21 10:20:29
2024-12-20 22:41:09
2024-12-20 20:40:40