Almaniya Azərbaycan müttəfiqliyi
09:57 07-02-2015
CƏMİYYƏT
Almaniya Azərbaycan müttəfiqliyi
Avropada liderlik uğrunda savaş başladı
ATƏT-in Minsk qrupunun həmsədrlərinin dəyişdirilməsi və ya heyətin genişləndirilməsi məsələsi deyəsən ciddiləşməyə başlayır. Öncələr bu məsələ gündəmə gələndə Avropa ölkələri konkret mövqe nümayiş etdirərək mövcud formatın qalmasını məqbul sayırdılarsa deyəsən indi durum dəyişib.
Bu məsələnin mahiyyətinə diqqət ayırmadan öncə gəlin bir xəbərə diqqət ayıraq. "Almaniya hökuməti Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həll edilməsini istəyir. Əminəm ki, Almaniya bu təhlükəli regional münaqişənin həllində öz köməyini təklif edə bilər".Bunu açıqlamasında Minsk qrupunun 3 ölkədən ibarət həmsədrlik institutunun dəyişdirilərək "5-lik Sədrlər Şurası" olmasına münasibət bildirərkən almaniyalı xarici əlaqələr üzrə ekspert Riçard Kiessler deyib.Qeyd edək ki, ATƏT PA-da Siyasi məsələlər və təhlükəsizlik komitəsi sədrinin müavini, deputat Azay Quliyev mediaya ATƏT PA-nın bu ay Vyanada keçiriləcək qış sessiyasında həm Almaniyanın, həm də Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Minsk qrupu çərçivəsində həll prosesinə yaxından cəlb edilməsi və hazırda 3 ölkədən ibarət həmsədrlik institutunun dəyişdirilərək "5-lik Sədrlər Şurası" (SŞ) ilə əvəz olunması haqqında məsələ qaldırmağı planlaşdırdığını açıqlayıb.
R.Kiessler bildirib ki, Almaniya artıq ATƏT-in Minsk qrupunun üzvüdür: "Münaqişənin həllində vasitəçiliyi əsas oyunçular həyata keçirirlər. Almaniya kanslerinin bəyan etdiyi kimi, Berlin Minsk prosesində yardımçı ola bilər. Xanım Merkelin Azərbaycan Prezidenti İlham Əliyevin Berlinə səfəri zamanı qeyd etdiyi kimi, indiyə qədər Almaniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib".Xatırladaq ki, hazırda Minsk qrupunun həmsədrlər institutuna ABŞ, Rusiya və Fransa daxildir.Ekspertlər hesab edir ki, dünənə qədər Almaniya bu məsələyə o qədər də həvəsli yanaşmırdısa və bu gün söz sahibi olmağa çalışırsa bu artıq sübut edir ki, Avropanın özündə birincilik savaşına start verilib. Bununla bağlı "Unikal"a açıqlama verən "Altay" Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin (ASAM) rəhbəri Elçin Bayramlı bildirib ki, əslində Avropa ölkələri arasında rəqabət çoxdan gedir:"Fikrimcə, belə rəqabət çoxdan gedir, xüsisən də II Dünya Müharibəsindən sonar. Böyük Britaniya Almaniyanın müharibədə məğlub olmasından istifadə edib "Köhnə Qitə"də öz nüfuzunu sürətlə artırmağa başladı. Bu işdə ona ABŞ da kömək edirdi. Fransanın də belə iddiası var idi, lakin o bunu bacarmadı və təşəbbüsü əldən verdi. Müharibədən 30 il sonra Almaniya öz inkişafını sürətləndirərək qitədə iqtisadi gücə çevrildi. Baxmayaraq ki, müharibənin nəticəsi olaraq bu ölkəyə bəzi məhdudiyyətlər qoyulmuşdu. Hazırda ABŞ-ın Rusiyaya qarşı açdığı cəbhəyə Avropanı də cəlb etməyə çalışması Almaniyanın xoşuna gəlmir. Bu ölkə bundan zərər çəkir. Bunu açıq şəkildə ifadə edirlər. Almaniya ilə əməkdaşlığı artırmaq, bu ölkənin Avropadakı təsir imkanlarından istifadə etmək lazımdır.XX əsrdə 2 dünya müharibəsi törətməsinə baxmayaraq Avropanın ən yaxşı dövləti elə Almaniyadır. Alman xalqı bu müharibələrin nəticələrindən əyani dərs çıxarıblar. Bu səbəbdən daha loyal və iqtisadi sosial inkişafa meyillidirlər. Lakin bu ölkədə də sağçılar hələ də güclüdür və müəyyən məsələlərdə dövlətin siyasətinə təsir imkanlarını saxlayrlar. Bizim maraqlarımız baxımından Avropada Britaniya və Fransadansa, Almaniyanın lider olması yaxşıdır. Baxmayaraq ki, hərdən bu ölkədə Azərbaycan əleyhinə bəzi qeyri-obyektiv ittihamlar səsləndirilir. Lakin Fransanın açıq ermənipərəst dövlət olması, Britaniyanın isə Azərbaycanda iqtisadi maraqlarını təmin etmə uğrunda mübarizə aparması onu göstərir ki, onlar ədalətli dövlətlər deyillər. Almaniyanın Türkiyə ilə də, Rusiya ilə də münasibətləri digərlərindən yaxşıdır. Biz bu faktordan da istifadə edə bilərik". Beləliklə hesab etmək olar ki, Almaniyanın proseslərə daha həssas yanaşması Azərbaycanın maraqlarına cavab verəcək. Bunu da unutmayaq ki, Avropada Almaniya ilə yanaşı Böyük Britaniyanın da Azərbaycana münasibəti yaxşıdır və Britaniya şahzadəsinin qondarma erməni "soyqırım"ı günü Yerevana yox, Türkiyəyə gəlməsi də buna misaldır.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-25 14:50:00
2024-11-25 14:48:05
2024-11-25 14:34:00
2024-11-25 14:24:03
2024-11-25 14:17:26
2024-11-25 14:14:54
2024-11-25 14:12:12
2024-11-25 14:04:40
2024-11-25 13:03:15
2024-11-25 12:58:27
2024-11-25 12:23:11
2024-11-25 12:20:49
2024-11-25 12:19:00
2024-11-25 11:51:38
2024-11-25 11:50:15
2024-11-25 11:11:00
2024-11-25 11:03:32
2024-11-25 10:23:00
2024-11-25 10:17:10