"The Hill": Ermənistana hərbi cinayətkarlar rəhbərlik edir
Ermənistan təbliğatdan geniş istifadə edərək bu ölkə tərəfindən Azərbaycan xalqına qarşı törədilən hərbi cinayətlərə bəraət qazandırmağa çalışır. Bu sözlər ABŞ-ın nüfuzlu "The Hill" qəzetində Azərbaycanın USAN diaspor təşkilatının fəalı Denis Jaffenin məqaləsində yer alıb.
Məqalədə deyilir: "Əgər erməni lobbisinin nağıllarına inansaq, onda Azərbaycan "dəhşətli ölkədir", Ermənistan isə "azad və cəsur insanların, ümidlər və demokratiya ölkəsidir". Ermənistanın mənəviyyat və etika ilə bağlı problemləri mövcuddur ki, bu da onu beynəlxalq hüquq və insan haqları məsələlərinin müzakirəsi zamanı Azərbaycan kimi qonşu ölkələri hədələməyə məcbur edir".
Jaffe xatırladır ki, Ermənistan Azərbaycana hərbi təcavüz edib, bütün döyüşlər Azərbaycanın ərazisində aparılıb, ölkə ərazisinin bir hissəsi Ermənistanın işğalı altında qalmaqdadır. Bundan əlavə, 250 min azərbaycanlı Ermənistanda etnik təmizləmələrə məruz qalıb və Azərbaycana qaçmağa məcbur olub.
Məqalədə o da xatırladılır ki, Ermənistan bütün postsovet tarixində ən böyük insan hüquqları pozuntusunu - Xocalıda bir gecədə 600 azərbaycanlı, kürd və Məshəti türkünü vəhşicəsinə qətlə yetirməklə hərbi cinayət törədib. Bu cinayətdə iştirak edən şəxslər isə bu gün Ermənistanda prezident və müdafiə naziri vəzifələrini tuturlar.
Müəllif qeyd edib ki, əsl təcavüzkarın Ermənistan olmasına baxmayaraq, bu ölkəyə müstəqillik illərində ABŞ tərəfindən 3 milyard dollar dəyərində yardım göstərilib. Təcavüzün qurbanı olan Azərbaycana isə yardımlar iki dəfə azdır. Bununla kifayətlənməyən Ermənistan işğal etdiyi Kəlbəcər rayonunun qızıl mədənlərində olduğu kimi, Azərbaycanın təbii sərvətlərini qanunsuz olaraq istismar edir.
Bundan başqa, məqalədə qeyd edilir ki, Ermənistan prezidenti Serj Sarkisyan 2008-ci ildə onlarla dinc nümayişçinin döyülməsini və qətlini sifariş etməklə çox şübhəli "rekord" vurub.
Məqalədə deyildiyi kimi, Ermənistan hökuməti və cəmiyyəti ermənilərin, həmçinin bədbəxtlikdən hələ də Ermənistanda yaşamağa məcbur olan bir neçə yüz yəhudinin hüquqlarını pozur.
Jaffe öz məqaləsində yəhudi ravvini Barukun dediklərindən sitat gətirir.
Müəllif vəziyyəti belə izah edir: "Antidiffamasiya Liqasının (Amerikanın antisemitizmə və yəhudilərə qarşı dözülməzliyin başqa formalarına qarşı mübarizə aparan ictimai-siyasi, hüquq müdafiəsi təşkilatı) bəzi araşdırmaları göstərir ki, Ermənistanda 2,2 milyon yaşlı əhalinin 1,3 milyonu antisemitdir. Ermənistan antisemitizmə görə Şərqi Avropada birinci, bütovlükdə Avropada isə üçüncü yerdədir. İndi anlamaq olar ki, niyə İran və Suriya bu gün Ermənistanın iki ən əhəmiyyətli tərəfdaşıdır".
Jaffenin Azərbaycanın Ermənistan hərbi helikopterini vurub salması haqqında yazır ki, bu məsələdə Ermənistanın ittihamları məntiqsizdir. O xatırladır ki, helikopter Azərbaycanın hava məkanında, Azərbaycanın işğal edilmiş Ağdam rayonunda qanunsuz manevrlər edirdi.
Müəllif sonda yazır ki, Ermənistan regionda sülhün bərqərar olması, həmçinin bir çox insanın pozulmuş hüquqlarının təmin olunması üçün öz qoşunlarını Azərbaycandan çıxarmalıdır.
Alı
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35