Qərbdən ixrac olunan insan haqları siyasəti, yoxsa hüquq və azadlıq imitasiyası
11:16 24-02-2015
SİYASƏT
Qərbdən ixrac olunan insan haqları siyasəti, yoxsa hüquq və azadlıq imitasiyası
Azərbaycan mediasında insan hüquq və azadlıqları ilə bağlı təbliğatın movcud vəziyyəti qənaətbəxş hesab edilir
Azərbaycanda insan haqlarının vəziyyəti, vətəndaşlara tanınan hüquq və azadlıqlar sahəsində xeyli işlər görülüb. Düzdür, hələ də müəyyən problemlər var, amma əsas məsələ odur ki, dövlət bu sahəni prioritet hesab edir və mövcud problemlərin həlli istiqamətində gərəkli olan bütün addımlar atılır.
Bunun üçün müxtəlif dövlət proqramları, layihələr, sərəncamlar imzalanıb. Ən mühümü odur ki, bu istiqamətdə götürülən xətt inkişaf etməkdədir. Lakin çox təəssüf ki, bəzi dairələr, xüsusən də Azərbaycanın inkişafını istəməyən Qərb dövlətləri ölkəmizdə insan haqları ilə bağlı problemlərin olduğunu iddia edirlər. Hətta bəzi beynəlxalq təşkilatlar qərəzli hesabatlar hazırlayaraq, bu məsələ ilə bağlı Azərbaycana təzyiq göstərirlər. Halbuki Avropa özünü dünyada demokratiya carçısı kimi təqdim edir.
Qeyd edək ki, Avropada mövcud olan insan hüquqlarının müdafiəsi mexanizminin əsasını "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" 1950-ci il tarixli Konvensiyası təşkil edir. Bu sənədin insan hüquqlarının qorunmasına dair beynəlxalq standartların bərqərar olunması istiqamətində müstəsna rolu olmuşdur. Konvensiyanı hüquqi sənəd kimi bir neçə aspektdən qiymətləndirmək olar. Lakin məsələ ondadır ki, bəzi Avropa dövlətlərinin özləri bu dəyərlərə riayət etmir, başqa ölkələrin daxili işlərinə qarışır, hətta orada aranı qarışdırmağa cəhdlər göstərirlər.
Ən mənfi məqamlardan biri də odur ki, bu missiyanın icra olunmasında bəzi mətbu orqanlar və siyasi təşkilatlar da onların dəyirmanlarına su tökürlər. Ölkədə insan hüqüqlarının, müxtəlif sahələrdə azadlıqların olduğu halda, əks təbliğat aparırlar.
Birlik.az saytının rəhbəri, AMEA-nın şərqşünaslıq institutunun elmi işçisi Vüsal Hətəmov "Unikal"a açıqlamasında deyib ki, "İnsan haqları" mövzusu elə bir məsələdir ki, hər sahədə olduğu kimi, mediada da buna riayət edilməlidir. Onun sözlərinə görə, insanın şəxsiyyətinin ehtiramı, toxunulmzalığı qorunmalı, şəxsi məlumatları - özü istəmədən - işıqlandırılmamalıdır: "Bizdə bu məsələ ciddi pozulub. Bunun da səbəbi mən hesab edirəm ki, demokratiya adı ilə ölkəmizə sırınan ideologiya, daha doğrusu, demokratiyanın qəsdən təhrif şəklində həzm etdirilməsidir. Vətəndaşların, nüfuzlu insanların şantaj edilməsini araşdırma kimi göstərən media qurumları özlərini demokratik təsisatların sözçüsü kimi tanıtdırır. Əslində isə siyasi alətdən, marionetlikdən başqa bir şey deyil. Qərb mediadan maariflənmə üçün yox, siyasi təzyiq vasitəsi kimi istifadə edir. Hər halda, görünən budur ki, böyük tirajlı qəzetlər nüfuzlu şəxslərin şəxsi məsələlərini, peşə sirlərini yayımlayaraq öz mətbu orqanlarının oxucu kütləsini maraqlandırmaq istəyirlər - mədəniyyət sahəsindən tutmuş, biznes sahəsinə qədər. Bu, indi bizim ölkəyə də ayaq açıb. Sovet dövrü avtoritar rejim olsa da, KİV, əsasən, maarifçilik və qismən sağlam əyləncə xarakteri daşıyırdı. İndi isə Kütləvi İnformasiya Mərkəzlərimizdə ancaq dəhşətli intihar xəbərləri, ucuz, səviyyəsiz, pozğun əyləncə mövzuları, hədə-qorxu, qarayaxmalar populyardır. Təbii ki, bütün bunlar KİV-dən həqiqi informasiya gözləyən insanlarımızın haqlarının pozulmasıdır".
Müsahibimiz hesab edir ki, səlahiyyətli məmurlar tərəfindən mediada azad fikrə müsbət münasibət göstərilməlidir. Onun fikrincə, bizdə azad söz var, sadəcə, azad sözə hörmət yoxdur: "Müəyyən mənada KİV nə lazımdırsa, deyir. Amma kimə deyir? Bax budur əsas məsələ. Əgər KİV-in dediyi hansısa hərəkətsiz bir məmuru hərəkətə gətirmirsə, deməli, KİV-in təsir mexanizmi kimi vəziyyəti artıq qəlizdir".
V.Hətəmov onu da bildirib ki, bu gün özlərini demokratiyanın beşiyi kimi qələmə verməyə çalışan Qərb dünyasında fikir azadlığı, insan haqları və digər hüquq və azadlıqlar imitasiya vasitəsi kimi istifadə olunur. Onun sözlərinə görə, Azərbaycana qarşı sərgilədiklər ikili standartlar da bunu deməyə əsas verir: "Qərb mediası əgər bizim Xocalı soyqırımını yetərincə işıqlandırmadısa, bu o deməkdir ki, Qərbin öz "İnsan haqları" meyarı var. İnsan haqları təkcə aktiv zülmlə pozulmur, zülmün qarşısında passivlik, hərəktsizlik edilirsə, bu da səlahiyyətli qurumların "İnsan haqları"nı pozması deməkdir. Qarabağ faciəsi həqiqətlərinin dünyaya yetərincə çatdırmayan Qərb mediası hərəkətsizliyinə, passivliyinə görə ən böyük "İnsan haqları" pozucusudur...
Mövzu ilə bağlı fikirlərini "Unikal"la bölüşən politoloq Bəhruz Salmanov deyib ki, Azərbaycanda müstəqil, idarəolunmayan medianın fəaliyyət göstərməsinə müəyyən nöqsanları nəzərə almasaq, imkan verilir və hələki, təhlükə yoxdur. Onun sözlərinə görə, ən böyük və vacib azadlıqlardan olan söz və ifadə azadlığının mövcudluğu müsbət dəyərləndirilməlidir: "Media azadlığı kifayət qədər var. Bilirsiz ki, mətbuat dördüncü hakimiyyətdir. Buna görə də dövlətin idarə edilməsində, möhkəmlənməsində, xalqın maariflənməsində özünə məxsus yeri, hətta deyərdim əvəz olumaz xidmətləri var. Media bütün ictimai, siyasi sahələrlə bərabər insan hüquqları ilə bağlı mümkün qədər işlər görür. Amma bu işlərlə, əsasən, QHT-lər məşğul olmalıdır. Ona görə də, mediadan başqa strukturun işini tamlıqla gözləmək düz olmaz. Ölkədə tam gücü ilə işləyən sahələrdən biri də media olduğu üçün yaxşı olardı ki, dövlət bu sahəyə olan qayğı və diqqətini daha da artıraraq üzləşdiyi çətinləklərdə dəstək olsun. Azadlıqdan danışdıqda əsas məsələ bunun mahiyyətinin düzgün başa düşülməsidir".
B.Salmanov deyir ki, insan azadlığı geniş və çox vaxt tələb edən bir mövzudur. Onun qənaətincə, hər bir insan özünü azad hesab etdiyi halda unutmamalıdır ki, insan başqa insanın azadlığını pozmamaq şərtilə azaddır: "Yəni, insanın azad olması heç də ona istədiyini edə biləcəyi, danışacağı və ya istədiyi şəkildə yaşayacağı, həyat sürəcəyi anlamına gəlmir. Çünki insanın mənəvi, ictimai varlıq olaraq ictimai vəzifə öhdəlikləri vardır. Gəlin baxaq görək, Qərbin təqdim etdiyi azadlıq nə təklif edir? Bu azadlıq təqdimatında ümumi insanlıq dəyərlərindən çox diqqətlə fikir versək, liberalların dəyərləri yer alır. Çünki Qərbi də idarə edən onlardır. Bir ideologiya ki, "Heç bir münasibətdə sərhəd olmamalıdır" (əsasən də ənənəvi və qeyri-ənənəvi cinsi münasibətlərə azadlıq verir) fikri fundamental prinsipdir. Bu isə ifrat dərəcədə yanaşmadır. Hər bir aşırı yanaşma da insanlığı uçuruma apara bilər. Biz bunu tarixdə baş verən siyasi, hərbi münasibətlərdə də görə bilərik. Bundan əlavə, belə dəyər digər sağlam həyat tərzi sürən insanlar da sıxıntılar və mənəvi böhran yaradır. Bunu yaxın zamanlarda biz Solçuların etiraz aksiyalarında və bu aksiyaların zorakılıqla qarşısının alınmasında gördük. Hətta sağcılar bu dəyərlərlə razılaşmayıb etirazlarını da bildiriblər. Çünki bu qüvvələr eynicinsliləri sağlam fərd kimi tanıyaraq nigahlarının qanuniləşməsi, onlara övlad götürməyin icazə verilməsilə kifayətlənmir, pedofiliya, inçest, svinqer kimi qeyri-ənənəvicinsi münasibətləridə qanuniləşdirmək istəyirlər.Onu da qeyd edim ki, cinsi azlığı xəstə hesab edən İbnSinanın "Tibbnaməsi" hesabına öz tibb sahəsini inkişaf etdirib. Hətta pedofiliyanın şərəfinə bir park da salınıb. Özünü azadlığın carçısı kimi göstərən Qərbin bu təbliği daha çox insalığın məhvinə yönəlmiş və ölkələri təsir altına almaq siyasətinə oxşayır. İnsanların həyatında müqəddəs, mənəvi, dini dəyərləri əsassız anti-təbliğatla çıxardaraq kilsə divarları ilə məhdudlaşdırdıqlarına görə Qərb insanı mənəvi böhranla üzləşir. Bu halda, dünyaya hakim çıxmaq istəyən Qərbin rəhbərlərində elə bir narahatçılıq yaratmır. Məsələn, İsveçrənin sosial rifah cəhəddən birinci yerdə olduğunu yazırlar,buna baxmayaraq intihar sayına görə də birinci yerdə olduğu məlumatlarda qeyd olunur. Həmçinin intihar bu ölkədə federal səviyyədə qanunidir.İşləmək istəməyənlərə aylıq müavinət ödəməklə bu artıq bir peşəyə az qala çevrilsin. Halbuki zəhmət insan gümrahlıq, yaşamaq stimulu verir. Mənfi halları çox sadalamaq olar. Bu azadlıqdan çox müəyyən məqsədə hesablanmış məhvedici bir projeyə oxşayır. Sadaladıqlarım isə çox şükürlər olsun Azərbaycan insanına, xalqına yaddır. Xalqımız tarix boyu ağrılı-acılı günlər yaşasa da öz milli-mənəvi dəyərlərinə sadiq qalaraq öz milli kimliyini və dövlətçiliyini qoruyub saxlaya bilib".
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53