Hüquq və azadlıqların qorunmasında maarifləndirmənin rolu
09:57 05-03-2015
SİYASƏT
Hüquq və azadlıqların qorunmasında maarifləndirmənin rolu
Bu gün insan hüquq və azadlıqlarının qorunması məsələsi aktual məsələ olaraq qalır və bununla bağlı müxtəlif fikirlər zaman-zaman səsləndirilib. Bu baxımdan qadınların hüquq və azadlıqları da xüsusi maraq kəsb edir. Bununla bağlı Türkiyədə yaşayan Azərbaycan Aydın Qadınlar Qrupunun rəsmisi Nigar Borəkdən aldığımız müsahibəni nəzərinizə çatdırırıq.
- Azərbaycan qadınları öz hüquqlarını necə anlamalıdı?
- Bu tək Azərbaycanlı qadınlar ücün deyil, bütün qadınlar üçün kecərlidr. Qadın hər şeydən öncə insan olduğunu anlamalıdır. Və özünün qul deyil, bir qadın, xanım, ana, bacı, qız olduğunu derk etməlidr.Əmin ol, biz bunu dərk edsək, qarşımızdakılar da bunu cox yaxşı dərk edəcək. Modern geyinmək, süslənib-püslənib gəzmək, maşın sürmək, nə bilim gecələr çölə cıxıb əylənmək qadın olmaq demək deyil. Tamam bu söylədiklərimə hər kəsin haqqı var. Yenə yuxardakı fikrimə dönürəm,qadın mətbəxdə də, işdə də, əylənməkdə də, qadın olduğunu unutmamlıdr. Qadınlıq üzür istəyirəm beldən aşağıyla ölcülmür. AKİDER-in qadın qolları başkanı Təranə Karamanlının bir sözü var. Həmişə deyir ki, qadın nə iş yaparsa yapsın ora qadın imzasını qoymağı bacarmalıdr. Bu müsahibəni oxuyan bəzi qadınlarımız yalnış anlaya bilər. Baxın qadın robort deyil, o da insandır, onun da sorunu ola bilər. O da dava edə bilər. Amma qadın küfür etmək, özünü kişi kimi aparmaq, nə bilim bağıraraq, hərbə zorba gələrək, bir yerə gələ bilməz.
- Şərq dünyasında qadın hüquqları ilk olaraq Azərbaycanda oldu.Bunun fəlsəfi səbəbi nədir?
-Bəli qadına hüquq nəinki böyük şərqdə, bu gün örnək aldığımız əksər Avropa ölkələrindən və Amerikadan belə öncə mənim xalqımın qadınına verilib. Və 70 il boyunca müstəmləkədə yaşadığımız sovetlər birliyi dönəmində belə o haqlarımızı kimsə əlimizdən almadı. Kişilərə verilən haqlar, qadınlara da verildi. Sovet ordusu Bakını işğal etdikdən sonra əksər Azərbaycan aydınları ailələrini götürüb Türkiyəyə və başqa ölkələrə köcmək zorunda qalmışdı. Təəssəvür edin, Türkiyəyə gələn əksər azərbaycanlı xanımlar şapkayla gəzirmişlər. Və cumhuriyyətin ilk dönəmində valilər həmin azərbaycanlıların ərlərini yanlarına cağıraraq demişlər ki, nə olar qadın toplantılarına xanımlarınızı gətirin, bizim xanımlar onlara baxıb öyrənsinlər. İstər geyim, istər davranış, istərsə də təhsilə bağlı qadının Türkiyədəki dəyişimində bizim Azərbaycandan gələn xanımların cox böyük rolu olub. Amma nə yazıq ki, bu gün bunun əksini görməkdəyik. Hər kəs gözünü qapadıb geriliyə doğru siddətlə irəliləməkdədir. Azərbaycanda 10 qadından 9 -u universitet məzunudur. Keşkə olmasaydı, keşkə əvvəlki kimi texniki peşə məktəbi bitirsəydilər. Amma hamısı kitab oxuyan olaydı. Özünü yetişdirən olsaydı. Azərbaycan televizyalarına baxıram. Efirdəki qadınların əksəriyyətinin cıxışlarını dinlərkən inan utanıram.Qadın haqlarından danışan bir hüquq müdafiəçisi, efirdə az deyə bağırarsa, hansısa projedən pul qazanmaq üçün QHT yaradarsa bunun sonu bu olmalıdr. İnan bizm insanımızın ciddi maarifləndirməyə ehtiyacı var. Bunun ücün də efirlərimiz bilgili, dünya görüşü geniş olan, mükəmməl həyat yoldaşı, əsil ana, sözün həqiqi mənsında qız, bacı olan qadınlarımıza acımalıdır. Tv –lərə ekspert adıyla doldurulan yuva yıxan, dolandırıcılık edən, üzür istəyirəm sanki avtaritetmiş kimi davranan qadınlardan təmizlənməlidir. Keçənlərdə ANS də təsadüf bir proqrama baxdım. Orda bir qadını əri döymüşdü. Düşünə bilirsən aktrisa Mehriban Xanlarova bağıraraq deyir ki, yaxşı edib ər arvadı döyür. Və ən pisi də nədir bilirsən, yerdə oturan tamaşacıların da əksəriyyəti "nolacaq ərim məni döyər də sevər də" deyir. Düşünə bilirsən bu faciəni? Mənə görə bir millətin faciəsinin başlanğıcıdır bu. Mən demirəm qadın nə istərsə etsin. Amma insanı döyməklə də hec nəyə nail ola bilməzsən. Hər şeyin yolu yordamı var. Bir də hesab edirəm ki, ictimai qınaq olmalıdr. Bu bəzən ən sərt qanunlardan kəsərli olur. Və təkrar edirəm cxış yolumuz kinolardan, mənasız tok şoulardan imtina edib, kitab oxumaqdır.
- Türkiyədə yaşayan Azərbaycanlı düşüncə qadınları hüquq və azadlıqını hiss edirmi?
- Vallah bu insanına görə dəyişir. Əgər Türkiyə Cumhuriyyətinin yasalarını, bu yasalara görə öz haqqını bilirsənsə hec bir problem yaşamazsan. Məni tanıyırsınız. Paylaşımlarımdan da hec bir partiyanı tutmadığımı bilirsiniz.Lazım olanda bütün partiyaları tənqid edə bilirəm. Tənqid edirəm, təhqir yox. Bu ölkədə qadına kifayət qədər yüksək hüquq verilib. Təkcə boşanmalar zamanı kişi ilə müqayisədə anaya xeyli sayda haqq verilir. Nə yazıq ki, bizim bəzi qadınlarımız evdə oturub, sadəcə qonşularla günlər kecirib, dedi qodu etməklə məşğuldurlar. Sonra da deyir ki, Türkiyədə bizim haqqımız yoxdur. Vallah mən burda bizi sıxışdıracaq hec bir şey görmədim. Sadəcə siyasəti az cox bilən biri olaraq yasalarına uymağa calışıram. Bu ölkədə mənim də qəbul etmədiyim bəzi şeylər var.Məsələn bizdə olan cahil qadınlar Türkiyədə on qat çoxdur. Amma hesab edirəm ki, bunun qarşısını almaq üçün hər kəs özündən başlamalıdır.İki gün sonra burda kitab fuarı acılacaq. Biz dostlarımızla o fuara gedib, hec bilmədiyimiz kitablardan alacağıq. Sonra da onu oxuyub bir- birimizə danışacağıq. Bu gün Azərbaycan İş Birliyi və Qardaşlıqk Dərnəyində cox böyük bir kitabxanamız var. Dərnəyimizin üyəsi Güven Aslan bəyin dərnəyimizə bağışladığı minə yaxın kitabımız var. AKİDER başkan yardımcısı Cavid Əliyevin təşəbbüsüylə o kitabları oxuyub həftədə bir dəfə müzakirəyə cıxardırıq. Bunda gənclərimizin aktiv olması və xanımlarımızın öndə olması məni sevindirir. Biz artıq bu sahədə bir yola cıxdıq.Hesab edirəm ki, digər dərnəklər də bunu edəcək. Yoxsa hər şeyi dövlətdən gözləməklə olmur.
-Azərbaycandan kənarda yaşayaraq, Azərbaycanda olan qadınların siyasi və sosial inkişafı üçün nə etməlidilər?
- Vallah Azərbaycan qadınları siyasi və ictimai işlərdə kifayət qədər aktivdirlər. Burdan bunu cox rahat görə bilirəm. Və bu gün Azərbaycanı təmsil edən kifayət qədər yetişmiş, potensialı yüksək olan xanımlarımız var. Sadəcə bəzi cahil qadınları irəli çəkməklə onların görsənməsinə imkan verilmir. Öz hüququnu bilməyən qadınlar qadın haqlarıyla məşğul olurlar. Siyasətdən anlayışı olmayan, mətbəxdə boz baş bişirmək bacarığı olmayan qadınlar qadınlıqdan danışır. O isə yenə deyirəm Azərbaycanda kifayət qədər intellektli, iş bacarığı olan, həm də cox gözəl xanımlığı olan qadınımız var. Bu bütün sahələrdə eynidir. Lakin onlara fürsət verilməlidir. Efirlər ağzının danışığını bilməyən, sadəcə geyinib kecinib kukla kimi efirlərə cıxarılan dırnaq arası ekspertlərdən təmizlənməlidir.Söz həqiqi qadın ekspertlərə verilməlidr. Bu gün Azərbaycanın ən öndə gedən media qurupu APA- dır. Başında duran Vüsalə Mahirqızıdır. O qadın həm anadır, həm həyat yoldaşıdır, həm də iş qadınıdır. Onlarla belə örnək göstərə bilərəm. Elə götürək millət vəkilimiz Qənirə Paşayevanı.Türk mediasına cıxdığı gün mənə onlarla zəng gəlir. Deyirlər ki, sizin nə qədər intellektli vəkilləriniz var. Qənirə xanımın timsalında bütün parlamentə dəyər verirlər. Tənzilə Rüstəmxanlını götürək, hər getdiyi tədbirdə xanımlığını ortaya qoya bilir. Və bir xanım kimi, millətinin dərdini cox gözəl də catdırır. Hazırda Gülsel Səfərova da o gənclərimizdəndir. Bundan başqa yetərincə gənc yazar qızlarımız var. Bir sözlə oxumuş intellektli, işini bilən, yetənəkli həqiqi mənada xanım olan qadınlarımız var. Sadəcə onlara fürsət verilməlidir.Efirlərdən onlar evlərimizə gəlib, yeni nəsilə dərs verməlidir. Yoxsa boşanmış, evlilikdən, əxlaqsız əxlaqdan, savadsız savaddan, nə bilim kimdə nə yoxdusa ondan danışaraq millətin evinə soxulub, xalqa örnək olaraq sırınır. Hesab edirəm ki, bu mövzuda danışılacaq cox şey var. Amma zamanımız da azdır.
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35