Ramiz Həsənovun komitəsində müəmmalı oyunlar
10:43 17-03-2015
CƏMİYYƏT
Ramiz Həsənovun komitəsində müəmmalı oyunlar
Xidmət rəisi Əbülfət İmanov sahibkarlarla necə işləyir?
Son vaxtlar Ramiz Həsənovun rəhbərlik etdiyi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə bağlı narazılıqlar artır. Sahibkarlar adıçəkilən komitənin onların normal fəaliyyətinə müxtəlif maneələr yaratmağa çalışdığı barədə yüksək səslə danışmağa başlayırlar. Halbuki ölkə rəhbərliyi sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin aradan qaldırılmasına dair dövlət orqanlarına ciddi tapşırıqlar verir.
İş adamlarının adıçəkilən komitədən artan narazılıqlarının kökündə dayanan isə Ramiz Həsənova yaxınlığı ilə tanınan Texniki Tənzimlmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi Əbülfət İmanovdur. İddialara görə, Ə. İmanov komitə sədrinin "sağ əli" kimi tanınır və sözügedən komitənin bütün "qara işlər"ini həyata keçirir.
Bildirilir ki, Xidmət rəisi bu postdan əvvəl - Əli Nağıyevin nazir olduğu dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şöbə müdiri vəzifəsini yerinə yetirib. O, burada da xüsusi "ad çıxarmağı" bacarıbmış, belə ki, həmin postda işləyərkən də İmanovla bağlı kifayət qədər şikayətlər ortaya çıxırmış.
Eyni "ənənə" indi onun Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimlmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi postunu icra edərkən də yaşanır. Qurumun "əsas yük"ünü çiyinlərində daşıyan Xidmət rəisi hətta Ramiz Həsənovun komitəsinin kadr məsələlərinə də aşkar müdaxilə səlahiyyətinə malikdir. Qeyd edilir ki, Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi əməkdaşların işə qəbulu məsələsində ciddi qanun pozuntularına yol verir. Belə ki, o,sırf şəxsi mövqeyinə əsaslanaraq, dövlət qulluğuna qəbul qaydalarına müvafiq şəkildə işə götürülmüş əməkdaşları heç bir əsas olmadan vəzifələrindən azad edir.Vakant yerlərə isə bir çox hallarda ixtisası uyğun olmayan, qeyri-peşəkar şəxsləri bəlli maraqlar müqabilində işə qəbul etdirir. Bildirilir ki, bir çox hallarda Ə. İmanovun kadr seçimi hətta komitə sədrinin özünü çətin vəziyyətdə qoya biləcək xarakter daşıyır. Məsələn, onun "xeyir-duası" ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin regional idarələrindən birinə rəis təyin olunmuş şəxsin iqtisadi təhsili yoxdur. O həmin vəzifəyə Xidmət rəisinin himayəsi altında tamamilə fərqli peşədən gətirilib.
Hesab olunur ki, Ə.İmanovun bu cür yanlış kadr seçimləri Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətindən artan şikayət və narazılıqların əsas motivlərindən biridir.
Bundan başqa, Xidmət rəisi ölkədə fəaliyyət göstərən bir çox istehsalat müəssisələrini yoxlamalar sayəsində "taska"ya oturtmağa başlayıb. Vaxtlı-vaxtında "haqq" ödəmək məcburiyyətində qalan belə istehsalçıların sayı kifayət qədərdir. Onlar yaradılan bu "oyun qaydasını" pozmaq istəyərlərsə, hansı təhlükə ilə qarşılaşacaqlarının fərqindədirlər. Odur ki, əksər hallarda susmağa və qeyd-şərtsiz qarşılarına qoyulan tələbə tabe olmağa məcburdurlar.
Ancaq son vaxtlar xeyli sahibkarın yaradılmış bu vəziyyətdən cana doyduqları və ölkə rəhbərliyindən kömək istəməyə hazırlaşdıqları bildirilir. Qeyd edilir ki, onlar Ramiz Həsənov və "sağ əl"indən şikayətlərini yuxarı dairələrə açıq şəkildə çatdırmaq niyyətindədirlər. Bu cür "qiyam" isə narazılıqların əsas ünvanı olan Əbülfət İmanovun vəzifəsinə ciddi təhlükə yarada bilər.
Məhz bu cür fəaliyyətin nəticəsidir ki, Xidmət rəisi özünə geniş biznes şəbəkəsi yarada bilib. Bu biznes şəbəkəsi xeyli genişdir: məsələn, Ə.İmanovun tikinti sektorunda fəaliyyət göstərən bir neçə şirkətdə paya sahib olduğu deyilir.Hətta bir müddət əvvəl onun pay sahibi olduğu şirkətlərdən birinin Ukraynada yaşayış evlərinin tikintisi ilə məşğul olduğu barədə məlumatlar yayılmışdı.
Bundan başqa, Xidmət rəisinin bazarının, şəhərin bir çox ünvanlarında ticarət nöqtələrinin olduğu da sirr deyil. Eyni zamanda onun qiyməti xeyli yüksək rəqəmlərlə ifadə olunan bir neçə mülkünün varlığına dair də iddialar mövcuddur.
Bu qədər sərvətin necə əldə edildiyini ətraflı izah etməyə isə yəqin ki, ehtiyac yoxdur. Hər halda, İmanov onlara vəzifə maaşı hesabına sahiblənməyib. Bütün bu sadaladıqlarımızın əldə olunması məhz onun qulluq mövqeyindən "bacarıqla" istifadə etməsi sayəsində mümkün olub.
Vəziyyət belə davam edərsə, bunun həm Xidmət rəisinin özünə, həm də İmanovun fəaliyyətinin qaranlıq tərəfləri barədə məlumatlı olduğu halda müdaxilə etməyən Ramiz Həsənova xoşagəlməz situasiya yaradacağına isə şübhə yoxdur. Bunu sahibkarların adıçəkilən Komitədən və onun tabeliyindəki Xidmətdən narazılıqlarının pik nöqtəyə çatması əyani şəkildə göstərir.
Seymur Quliyev
Digər Xəbərlər
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00
2024-12-28 16:07:47