Elçin Mirzəbəyli: "Bu, Kremlin bir manevri idi"
10:48 17-03-2015
CƏMİYYƏT
Elçin Mirzəbəyli: "Bu, Kremlin bir manevri idi"
"Rusiyada son proseslər Kremlin bir manevri idi. Rusiya prezidenti Vladimir Putin bir müddət görünməməklə ona qarşı formalaşmış emosional yanaşmanın təsirini azltmağa çalışırdı".
Bu fikirləri politoloq Elçin Mirzəbəyli Rusiyada cərəyan edən son proseslərdən sonra hər hansı bir dövlət çevrilişin olacağı ilə bağlı yayılan fikirlərə şərh verərkən deyib.
Politoloq qeyd edib ki, Vladimir Putin bəlkə də kənarda dayanaraq ölkəsində proseslərin sadəcə necə inkişaf etdiyini, dairələrin məsələləri necə düzənlədiyini izləyirdi: "Adətən beynəlxalq təcrübədə belə texnologiyadan istifadə olunur. Müxtəlif dövrlərdə bunun şahidi olmuşuq. Əgər hər hansı bir problem yaransaydı, məsələləri düzənləmək Rusiyada siyasi proseslərə təsir etmək gücünə malik institutların mövqeyindən asılı olacaqdı. Yəni Rusiyada əlində külli miqdarda kapital cəmlənən insanlar yalnız prosesləri tənzimləyə bilər. Rusiya xalqına gəlincə isə onların böyük əksəriyyəti hazırkı prezidentlərini dəstəkləyir".
Digər Xəbərlər
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00
2024-12-28 16:07:47