Zahid Oruc: "Onlar soyuq müharibə dövrünün idealogiyası ilə işləyirlər"
10:53 17-03-2015
CƏMİYYƏT
Zahid Oruc: "Onlar soyuq müharibə dövrünün idealogiyası ilə işləyirlər"
"Freedom House, Human Rights Watch, Amnesty İnternational kimi təşkilatlar müxtəlif ölkələr üzrə ixtisaslaşıblar və əksər hallarda onlar üçün Azərbaycan üzərindən bu cür informasiya manipulyasiyası qurmaq sərfəlidir". Bu sözləri açıqlamasında millət vəkili Zahid Oruc deyib.
Onun sözlərinə görə, bu təşkilatlar tərəfindən verilən qərəzli hesabatlar Azərbaycanı "vur" əmrini verən dairələr tərəfindən mükafatlandırılır: "Dünyanı idarə etməyin əsas konturları məhz inkişafda olan ölkələri vurmaq yolu ilə tənzimlənir. Müxtəlif beynəlxalq QHT-lər tərəfindən inkişafa can atan ölkələr əleyhinə fikirlər formalaşdırılır və bundan sonra ayrı-ayrı dövlətlərin həmin ölkələrə sanksiyaları tətbiq olunur. Burada əsas niyyət isə həmin ölkəni ələ keçirməkdən, onun xarici siyasətini əldə etməkdən ibarətdir. Ona görə də, "Freedom House", "Human Rights Watch", "Amnesty İnternational" kimi təşkilatların hamısının işləmə prinsipləri vahiddir. Bu təşkilatlar soyuq müharibə dövrünün idealogiyası ilə işləyirlər. Yəni Azərbaycanın içərisində hər hansı quruculuq tədbirləri, vətəndaşların maraqlarının qorunması, sosial tədbirlər, infrastrukturun yaradılması kimi işlər orada öz əksini tapmır. Görülən bütün işlər o hesabatların formalaşması prinsipinə ziddir. Çünki bu cür obyektiv məlumatların orada yerləşdirilməsi Azərbaycanı "vur" əmrini verən dairələr tərəfindən istənmir. Azərbaycan I Avropa Olimpiya Oyunları öncəsi bu cür qurumların daha sərt şəkildə hədəfinə gələcəkdir. Biz bunun fərqində olmalıyıq. Səbəbi isə odur ki, ölkəmizin böyük iddiası var. Azərbaycana qarşı həmin qüvvələr öz kontur mövqelərini formalaşdırırlar. Əgər Azərbaycan sıradan bir dövlət olsaydı, bizim üzərimizə bu qədər gəlməzdilər. Ölkəmizin gücünün və mövqeyinin artması bir çox xarici qüvvələrə sərf etmir. Ölkəmiz gücləndikcə bizə daha çox müqavimət göstərəcəklər və biz buna hazır olmalıyıq".
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15