Mirmahmud Mirəlioğlunu Türkiyəyə niyə çağırıblar?
08:44 19-03-2015
CƏMİYYƏT
Mirmahmud Mirəlioğlunu Türkiyəyə niyə çağırıblar?
KXCP sədri budəfəki parlament
seçkiləri üçün türk müxalifətçilərdən dəstək almağı planlaşdırır
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) bu il martın 21-də keçiriləcək XI qurultayında iştirak etmək üçün MHP Lideri Dövlət Baxçalı tərəfindən Türkiyəyə dəvət olunub.
"Unikal"ın məlumatına görə, sSəfər çərçivəsində M.Mirəlioğlu MHP lideri Dövlət Baxçalı, MHP-nin parlamentdə təmsil olunan deputat fraksiyasının üzvləri, Türkiyədə fəaliyyət göstərən bir sıra təşkilat və dərnəklərdə görüşlər keçirəcək.
Amma əldə etdiyimiz məlumata görə, səfərin əsas məqsədi başqadır. Bu barədə bizi bilgiləndirən KXCP funksioneri deyib ki, Mirmahmud Mirəlioğlunun Türkiyədəki müəyyən dairələri ilə əlaqələri uzun müddətdən bəri mövcuddur və bunun günü-gündən daha da dərinləşdirmək istiqamətində səylər göstərir: "Bildiyiniz kimi, hələ rəhmətlik Əbülfəz Elçibəyin dövründə Türkiyənin milləçi dairələri ilə əlaqələri var idi. Bu əlaqələri Elçibəydən sonra da çaxlamağı bacaran Mirmahmud Mirəlioğlu uzun müddətdən bəri danışıqlar aparır. Partiyanın qurultay məsələsi isə rəsmi dəvət olunmaq üçün zəmin yaratdı. Ancaq burada əsas məqsəd qurultayda iştirak etmək deyil. Rəsmi dəvəti Mirmahmud Mirəlioğlu özü xahiş edib ki, onun Türkiyənin siyasi dairələri ilə yüksək səviyyədə münasibətlərinin olması rəyi yaransın".
"Unikal"ın əməkdaşı ilə söhbətləşən KXCP yetikilisi onu da nəzərə çatdırıb ki, Mirmahmud Mirəlioğlu qarşıdan gələn parlament seçkilərində Türkiyə müxalifətindən dəstək almağa çalışır. Onun fikrincə, millətçilər seçkidə ona maliyyə dəstəyi də verə bilərlər. "Bildiyiniz kimi, Türkiyənin hakimiyyətdə olan siyasi partiyası AKP Azərbaycan hakimiyyəti ilə sıx münasibətdədir. Bu səbəbdən də Türkiyə müxalifətinin də Azərbaycanda əməkdaşlıq elədiyi siyasi qüvvələr müxalifətçilərdir. Türkiyədəki millətçilər hələlik Mirmahmud Mirəlioğlu ilə əməkdaşlıq edirlər. İlkin mərhələdə ona müəyyən maliyyə dəstəyi də veriləcək. Mümkündür ki, Bakıdakı bəzi türk işadamları KXCP-yə maddi dəstək verəcəklər. Əgər mümkün olsa, siyasi dəstək də verəcəklər. Bir sözlə, Mirmahmud Mirəlioğlunun Türkiyəyə səfərinin əsas səbəbi parlament seçkiləri ilə bağlıdır. Hər halda, seçkiyə yaxın hər şey açıq aşkar görünəcək", - deyə müsahibimiz fikrini tamamlayıb.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-12-28 20:53:11
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00
2024-12-28 16:07:47
2024-12-28 16:03:34