Oqtay Şirəliyev qərarının üstündə dayana biləcəkmi?
23:53 19-03-2015
CƏMİYYƏT
Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi Mürsəlova Leyla Namiq qızının "StarMed" klinikasında əməliyyat zamanı ölməsi faktı ilə əlaqədar Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov ans press-in sorğusuna cavab olaraq bildirib ki, ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertizası təyin edilib, əməliyyatı aparan həkim və klinikanın digər həkimləri iş üzrə dindirilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Həmin məsələ ilə əlaqədar Azərbaycan Səhiyyə Nazirliyi "StarMed" klinikasının fəaliyyətini dayandırıb. Nazirliyin mətbuat xidmətinn rəhbəri Anar Qədirlinin verdiyi məlumata görə, klinikanın faəliyyəti müvəqqəti olaraq dayandırılıb. Onun sözlərinə görə, hazırda Səhiyyə Nazirliyində baş verən hadisə ilə əlaqədar araşdırma aparılır. Qeyd edək ki, Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi olan Mürsəlova Leyla Namiq qızı dünən özəl klinikalardan birində - "StarMed"də burnundan plastik əməliyyat olunmaq istəyib. Lakin tələbə qıza əməliyyat üçün narkoz verilən kimi o dünyasını dəyişib. İlkin olaraq, qızın narkozun dozasının yüksək olması səbəbindən öldüyü ehtimal edilir. Mərhumun həkiminin cərrah Sənan Mehdiyev olduğu bildirilib. Qeyd edək ki, Azərbaycanda özəl klinikaların fəaliyyəti ciddi nöqsanlarla müşaiyət olunur. Bu klinikalarda istər müalicə və müayinə, istərsə də qiymət baxımından vətəndaşları narazı salan, narahat edən çoxsaylı məqamlar var. Bundan başqa, Səhiyyə Nazirliyi də ictimai rəydə, KİV-də bu qeyri-dövlət tibb müəssisələrindəki özbaşınalıqlara göz yumduğuna görə tez-tez tənqid hədəfinə çevrilir. Odur ki, indi nazirliyin özəl klinikalarda yoxlamalara start verməsi təqdirəlayiqdir. Eyni zamanda həmin yoxlamaların formal xarakter daşımaması, obyektiv və şəffaf həyata keçirilməsi arzuolunandır. Əks halda belə yoxlamaların ölkə səhiyyəsinin acınacaqlı mənzərəsini dəyişmək baxımından hansısa müsbət nəticələr doğuracağına inanmaq çətindir. Bununla belə, burun əməliyyatına gedən qızın ölüm fakt ilə bağlı cinayət işi başlanması, xüsusi ilə Oqtay Şirəliyevin rəhbərlik etdiyi Səhiyyə Nazirliyinin faciəli hadisənin baş verdiyi klinikanın fəaliyyətini dayandırması təqdirəlayiqdir. Bu cür olayların baş verdiyi özəl tibb müəssisələrinə heç bir güzəşt tanınmamalı, onlarla bağlı ən sərt tədbirlər görülməlidir. Elə ona görə də Şirəliyevin nazirliyinin «Star Med»lə bağlı qərarını təqdir edirik. Eyni zamanda diqqətə çatdırmaqda fayda var ki, bəzən bu cür qərarlar qəbul etdikdən bir müddət sonra bağlanan klinikalar heç nə olmamış kimi fəaliyyətlərini davam etdirirlər. Hətta bəzən bu cür qapatmaların ömrü iki-üç gündən artıq çəkmir. İnanaq ki, Şirəliyevin nazirliyi qəbul etdiyi qərarın üzərində sonadək dayanacaq və çox bəsit bir əməliyyat olmasına rəğmən, gənc bir insanın ömrünə son qoyan klinika ilə bağlı cəza sonadək işləyəcək. Ən azı ona görə ki, başqa özəl tibb müəssisələri bundan ibrət götürə və öz fəaliyyətlərini peşəkrcasına qura bilsinlər, analoji hallara bir də heç vaxt yol verməsinlər.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-25 12:58:27
2024-11-25 12:23:11
2024-11-25 12:20:49
2024-11-25 12:19:00
2024-11-25 11:51:38
2024-11-25 11:50:15
2024-11-25 11:11:00
2024-11-25 11:03:32
2024-11-25 10:23:00
2024-11-25 10:17:10
2024-11-25 09:38:50
2024-11-25 09:27:37
2024-11-25 09:13:06
2024-11-25 08:53:18
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34