Azərbaycan XİN başçısı: "Digər Avropa institutları kimi, Avropa İttifaqı da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ortaya qəti mövqe qoymalıdır"
11:26 09-04-2015
CƏMİYYƏT
Azərbaycan XİN başçısı: "Digər Avropa institutları kimi, Avropa İttifaqı da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ortaya qəti mövqe qoymalıdır"
"Mövcud "status kvo" qeyri-davamlı və qəbuledilməzdir"
Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) Avropa Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Yohannes Hanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlərin cari səviyyəsini yüksək qiymətləndiriblər.
Azərbaycanın Aİ-yə üzv əksər dövlətlərlə strateji tərəfdaşlıq münasibətlərinə malik olduğunu bildirən E. Məmmədyarov Aİ ilə də strateji tərəfdaşlıq əlaqələrinin qurulmasının vacibliyini diqqətə çatdırıb.
Görüşdə Azərbaycan ilə Aİ arasında enerji sahəsində tərəfdaşlıq və TAP və TANAP layihələrinin əhəmiyyəti qeyd olunub. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların cari vəziyyəti haqqında məlumat verən nazir digər Avropa institutları kimi Aİ-nin də münaqişə ilə bağlı qəti mövqeyinin ortaya qoyulmasının vacibliyini söyləyib.
Mövcud "status kvo"nun qeyri-davamlı və qəbuledilməz olduğunu deyən E. Məmmədyarov əlavə edib ki, "status kvo"nun dəyişdirilməli, münaqişənin həlli üçün ilk növbədə Ermənistanın silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.
E. Məmmədyarov işğal və təcavüzün aradan qaldırılması və münaqişənin həlli nəticəsində regional inkişaf üçün yeni imkanların yaranacağını diqqətə çatdırıb.
Ölkəmizdə qanunun aliliyinin təmin olunduğunu bildirən nazir E. Məmmədyarov Azərbaycanın ardıcıl demokratik inkişafının davam etdirildiyini bildirib.
Görüş zamanı tərəflər Riqada keçiriləcək "Şərq tərəfdaşlığı" təşəbbüsünün növbəti sammitinin əhəmiyyətini vurğulayıb, elm, təhsil, humanitar və digər sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyətini qeyd ediblər.
Digər Xəbərlər
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00
2024-12-28 16:07:47
2024-12-28 16:03:34
2024-12-28 15:59:00