Azərbaycan Ordusu irimiqyaslı əməliyyat-taktiki təlimlər keçirir
Azərbaycan Ordusu irimiqyaslı əməliyyat-taktiki təlimlər keçirir

Zakir Həsənov səhra şəraitində yerləşdirilən hərbi hissələrin və texnikanın vəziyyəti ilə tanış olub, hazırlıq səviyyəsini yoxlayıb
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən gecə təlimləri keçirilən bölgədə olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov səhra şəraitində yerləşdirilən hərbi hissələrin və texnikanın vəziyyəti ilə tanış olub, hazırlıq səviyyəsini yoxlayıb.
MN rəhbərliyi poliqonda yaradılmış müxtəlif təlim nöqtələrinə baş çəkərək şəxsi heyətin, silah-sursatın və döyüş texnikalarının gecə təlimlərində iştirakı və ümumi hazırlıq üzrə görülən işlərin keyfiyyəti ilə maraqlanıb.
Təlimlər davam edir.