Vəfa Quluzadə:
Vəfa Quluzadə: "Hərbi təlimlər mesaj xarakteri daşıyır"

"Ümumiyyətlə Rusiya güc nümayiş etdirir". Bunu politoloq Vəfa Quluzadə Rusiyanın Xəzər dənizində irimiqyaslı hərbi təlimlər keçirməsinə münasibət bildirərkən deyib.
Politoloqun sözlərinə görə, vaxtilə Aktau-Bakı neft boru kəmərinin çəkilməsi haqqında da çox danışıqlar olub: "İndi Rusiya hərbi donanması Bakıya və Aktauya da səfərlər edərək güc nümayiş etdirir. Burada başqa bir şeydən söhbət gedə bilməz".
V. Quluzadə əlavə edib ki, bu hərbi təlimlər sadəcə olaraq mesaj xarakteri daşıyır: "Xəzərdə nə Azərbaycan, nə də Qazaxıstan Rusiyanın razılığı olmadan heç bir layihə həyata keçirə və yaxud boru kəməri çəkə bilməz".