Mirmahmud Mirəlioğlunun da tifaqı dağılır
12:37 02-05-2015
CƏMİYYƏT
Mirmahmud Mirəlioğlunun da tifaqı dağılır
KXCP daxilində yaranan qarşıdurma partiyanı iflasa aparır
Radikal müxalifət düşərgəsində olan partiyaların zaman-zaman parçalanması, bölünməsi, intriqa yuvasına çevrilməsi barədə dəfələrlə yazmışıq.
Belə demək mümkündürsə, artıq hər kəs bu partiyaların daxilində qarşıdurmaların olmasına adət edib. İndi də Klassik Xalq Cəbhəsi Partiyasının daxilində qarşıdurma yaranıb. Daha doğrusu, bir qrup yenidən sədr Mirmahmud Mirəli oğluna qarşı birləşib.
"Unikal"ın məlumatına görə, Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublu deyib ki, partiya qurultaya hazırlıq üzrə prosesi davam edir. Onun sözlərinə görə, yerlərdə rayon təşkilatlarımızın konfransları keçirilir. Teyyublu bildirib ki, onlar işlərini istirahət günlərində də aparmaqdadırlar: "Hər şənbə və bazar günləri də yerlərdə öz konfranslarımızı keçiririk. Bütün bunlarla yanaşı, parlament seçkilərinə də hazırlığımız davam edir. Belə ki, seçki dairələrinə təqdim edəcəyimiz namizədlərimizin müəyyənlşdirilməsi prosesi gedir". KXCP-nin sədr müavini təşkilat sədri Mirmahmud Mirəlioğluna qarşı çxış edərək, Demokratik Birlik Fraksiyasını yaradan və sədrlik iddiasında olan İsmayıl Yusifovun iddiasına da münasibətini bildirib. Xəzər Teyyublu deyib ki, həmin adam və ətrafı KXCP üzvü deyillər. Bu baxımdan, onlar haqqında ayrıca şərh vermək planımda yoxdur: "Mən şəxsən, KXCP üzvü olan kəslər barədə hər hansı bir şərh verə bilərəm. Ancaq dediyiniz adla bağlı konkret nə isə demək istəməzdim. Çünki bizim elə adda partiya üzvümüz yoxdur".
Xəzər Teyyublu İsmayıl Yusifovun KXCP-nin bundan öncə keçirilən iki qurultayında iştirak etməsi və mandatının olması barədə dediyi fikirlərinə də münasibət bildirib. Sitat: "Mandat iddiasına gəldikdə isə, təbii ki, həmin adam nə vaxtsa partiya üzvü ola bilərdi. Ancaq hazırda üzvlərimiz sırasında İsmayl Yusifov adlı adam yoxdur. Digər tərəfdən, Xalq Cəbhəsi 26-27 ildir ki, siyasi arenadadır. Bu illər ərzində kifayət qədər çox adam partiyadan uzaqlaşıb, ya da partiyaya yeni üzv kimi seçilib. Kim necə fikirləşirsə, elə də fikirləşsin. Amma mən, həmin adam barədə heç nə deyə bilmərəm. Çünki təşkilatımızın üzvü deyil".
Xatırladaq ki, KXCP üzvü olduğunu və partiyanın qarşıdan gələn qurultayında iştirak edərək, Mirmahmud Mirəlioğluna qarşı alternativ namizəd kimi sədr iddiasında bulunacağını deyən İsmayıl Yusifov təmsil edildiyi Fraksiya adından təkliflə çıxış edib və deyib ki, KXCP-də saxta qurultayın keçirilməsinə imkan verməyəcək: "Biz saxta qurultaya imkan verməyəcəyik. Biz təklif edirik ki, KXCP İdarə Heyətinin üzvləri və Demokratik Birlik Fraksiyasının İdarə Heyətinin üzvlərinin iştirakı ilə qurultaya hazırlıq üzrə təşkilat komitəsi yaradaq. Əgər bizdən çəkinmirlərsə, KXCP üzvlərinə etibarları varsa, qurultaya gedək".
Məsələylə bağlı "Unikal"a açıqlama verən tanınmış hüquqşünas Mehman Muradlı deyib ki, KXCP adlı partiyanın fəaliyyətinin nədən ibarət olması hələ də ictimaiyyətə məlum deyil. Onun sözlərinə görə, adı olub, özü olmayan bir siyasi təşkilatda baş verənlər barədə danışmaq da yersizdir: "Qurultay keçirməklərinə gəlincə isə sərbəst toplaşmaq azadlıqları var, yığışsınlar, qurultaylarını keçirsinlər. Məsələ burasındadır ki, partiya sədrləri partiyaya ticarət obyekti kimi baxırlar və bu səbəbdən sədrlik postunu əldən vermək istəmirlər. Özlərinə yaxın olan bir iki nəfəri də admistrator kimi işlədib, fəhlələrin üstünə qışqırdır ki, bax, əgər ağsaqqala alternativ olsaz sizin başınızı əzərəm. Dəyəsən, KXCP-də də bu tondan danışan sədr müavini olub. Alternativ namizədlərə hədə-qorxu gəlib ki, namizədliyinizi verməyin. KXCP-nin heç bir ictimai yükü olmadığından ictimaiyyətə onların hansısa toplantı keçirməkləri maraqsızdır".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-12-29 12:35:05
2024-12-29 12:33:09
2024-12-29 12:33:05
2024-12-29 12:28:00
2024-12-29 12:26:08
2024-12-29 12:20:01
2024-12-29 12:12:12
2024-12-29 11:48:00
2024-12-29 11:32:57
2024-12-29 11:32:55
2024-12-29 11:12:00
2024-12-29 11:05:37
2024-12-29 10:53:00
2024-12-29 10:51:43
2024-12-29 10:41:35