Müsavat Partiyasında rəhbərliyə qarşı üsyan başlayır
07:02 06-05-2015
CƏMİYYƏT
Müsavat Partiyasında rəhbərliyə qarşı üsyan başlayır
Vurğun Əyyubun Müsavatdan çıxarılmasından sonra partiyanın bir neçə funksioneri istefa verib. Hazırda Müsavat ətrafında qalmaqal səngimək bilmir.
Müsavat Partiyasından daha bir nəfər istefa verib. Bu barədə partiyanın Suraxanı təşkilatının sədri Rövşən Dəmirli "Unikal"a məlumat verib. O qeyd edib ki, Suraxanı rayon təşkilatının keçmiş sədri, tanınmış tarixçi alim Boran Əziz partiyadan istefa verib. Boran bəy istefa ərizəsində yazıb ki, Müsavat Partiyasının keçirilmiş qurultayından sonra Vurğun Əyyubun bəzi siyasi addımlarını təqdir etməsə də, son günlər ona qarşı aparılan qisasçı, kin və qərəz kampaniyasına, repressiv tədbirlərə qəti etirazını bildirərək Müsavat Partiyasının sıralarından istefa verir".
Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sabiq sədri İbrahim İbrahimli rəhbərliyin idarəçiliyinə etiraz olaraq partiyadan istefa verib. İ.İbrahimli bildirib ki, Müsavat Partiyasının indiki rəhbərlərinin partiyada fərqli düşünən insanlara qarşı repressiv qərarlarına, avtoritar üsul-idarəçiliyinə etiraz edərək Müsavat Partiyasından çıxıb.
Qeyd edək ki, Vurğun Əyyub partiya sıralarından çıxarılmasına etiraz olaraq Müsavat Partiyasının tanınmış üzvü Adil Qeybulla da partiyadan istefa verib.
"Unikal"a açıqlamasında Müsavat Qadınlar Birliyinin sədri, məclis üzvü və eyni zamanda ADR Hərəkatı sədrinin müavini Ellada Məmmədli bildirib ki, Vurğun bəyin partiyadan çıxarılması cılızlıqdır. Onun sözlərinə görə, heç kim öz fərdi münasibətlərini M.Ə.Rəzulzadənin yaratdığı Müsavat partiyası adı altında pərdələnməməlidir: 104 yaşlı partiyanın adı son 7 ayda yalnız intriqalarla məhdudlaşır, nəticədə indiki rəhbərliyə qurultayda səs verməyənlər cəzalanır; ya partiyadan xaric olur , ya da xəbərdarlıq alır.Vurğun Əyyubu 25 ildən artıqdır ki, tanıyıram. Hər zaman demokratik fikirli, azad sözlü, milləti və dövlətçiliyimiz üçün canından keçməyə hazır olan ziyalı, siyasətçidir. O, xalqının maariflənməsi, təhsili üçün əlindən gələni edən gözəl Pedaqoqdur. Onun xidmətlərindən birini deyəcəyəm; 2003cü il seçkilərindən sonra hamı gizlənərkərkən, üzdə olan yalnız Vurğun Əyyub idi və İsa Qəmbərin prezident seçilməsi haqqında istər ölkə , istər xarici mətbuatla əlaqə yaradan , indiki qərargahın alınmasında birmənalı xidməti olan şəxsdir. Qınayıram indiki rəhbərliyi. Düşmənçiliyin də bir meyarı olar, o da qisasçılıq deyil".
Vurğun Əyyubun Müsavat Partiyasından xaric edilməsi başqa partiyaların da marağına səbəb olub. Bununla bağlı BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı "Unikal"a deyib ki, İsa Qəmbərin Vurğun Əyyuba verdyi dəyər 1 manata da dəymirmiş: "Vurğun Əyyub 25 il Müsavat Partiyasına xidmət etdi. Sonda 1 manat üzvülük haqqı ödməməyə görə İsa Qəmbər onu partiyadan çıxartdı. Bu dünyagörüşlə İsa Qəmbər prezident olmaq istəyirdi?! Yaxşı ki, 2003-cü ildə İlham Əliyev prezident oldu! Yoxsa İsa Qəmbər bu dünyagörüşlə Avqust Pinaçetdən artıq diktatır olardı. Bu faktın özü onu deməyə əsas verir ki, Müsavat partiyasının heç vaxt Məmməd Əmin Rəzulzadə irsinə adiyyatı olmayıb. Müsavat partiyası İsa Qəmbərindir və bu partiyanı özü yaradıb. Kimsə onun dediyini demirsə, dərhal cəzalandırılır. Bolşeviklər kimi: Kim bizdən deyil, düşməndir. İsa Qəmbərdən çox yaxşı bolşevik çıxarmış. Müsavat partiyası artıq dərnək maraqları ilə idarə olunur".
"Müsavat Partiyasında anti-demokratik sistem var. Orada azad sözə, azad fikrə qarşı mübarizə gedir". Bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov son günlər Müsavat Partiyasında baş verən istefalara münasibət bildirərkən deyib. "Müsavatda kim azad fikir səsləndirirsə, dərhal onu partiya sıralarından xaric edirlər, yaxud da rəhbər orqanlara seçmirlər. Bu da onların anti-demokratik və qanunsuz qurultayları ilə bağlıdır. Bütün bu etirazlar Müsavatda vəziyyətin kəskin olduğunu göstərir. Müsavatda narazılar seçkinin Arif Hacılının saxtakarlığı ilə keçirildiyini deyir. Bu baxımdan partiyanın hazırkı rəhbərliyi legitim deyil".
Onu da qeyd edək ki, Vurğun Əyyubun və digərlərinin Müsavat Partiyasından çıxarılmasına etiraz olaraq partiyanın qərargahı önündə etiraz aksiyası keçiriləcək. Bu barədə açıqlamasında Müsavat Partiyasının Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli məlumat verib. O qeyd edib ki, üzvlər tərəfindən partiyada baş verən son hadisələrə etiraz olaraq aksiya keçirilməsi təklif olunub: "Biz bu təklifləri dəyərləndirib, akasiyanın vaxtını müəyyənləşdirəcəyik. Güman ki, aksiya mayın 6-da keçiriləcək. Həm də biz bilmək istəyirik ki, hakimiyyətdən aksiya üçün yer tələb edən, narazılıq edən bir partiya öz qərargahı qarşısında etiraz aksiyasına necə yanaşacaq? Görəsən, indi Müsavatda demokratiya qalıbmı? Bunu aksiya zamanı görəcəyik".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-12-29 13:22:29
2024-12-29 13:08:08
2024-12-29 12:58:14
2024-12-29 12:50:20
2024-12-29 12:35:05
2024-12-29 12:33:09
2024-12-29 12:33:05
2024-12-29 12:28:00
2024-12-29 12:26:08
2024-12-29 12:20:01
2024-12-29 12:12:12
2024-12-29 11:48:00
2024-12-29 11:32:57
2024-12-29 11:32:55
2024-12-29 11:12:00
2024-12-29 11:05:37
2024-12-29 10:53:00