Cənubi Qafqazda inteqrasiya nə zaman mümkündür?
07:03 06-05-2015
CƏMİYYƏT
Cənubi Qafqazda inteqrasiya nə zaman mümkündür?
Cənubi Qafqazda regional münaqişələr həll edilməyənədək regional əməkdaşlıq və inteqrasiya məsələlərini həll etmək mümkün deyil.
Bunu Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev Bakıda Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci illik toplantısı çərçivəsində "Mərkəzi Asiya, Cənubi Qafqaz və regional əməkdaşlıq və inteqrasiyanın gələcəyi" mövzusunda keçirilən seminarda deyib. Onun sözlərinə görə, təhlükəsizlik regionun inkişafının əsas faktorudur: "Bu regionda yalnız Gürcüstanla əməkdaşlıq edirik. Həmçinin, Türkiyə və Rusiya ilə birgə regional layihələri reallaşdırırıq".
S.Babayev qeyd edib ki, regional əməkdaşlıq və inteqrasiyanın inkişafında kiçik və orta müəssisələr vacib rol oynaya bilər. O, hesab edir ki, regionun əsas problemlərindən biri zəif institusional inkişafdır: "Bu istiqamətdə müəyyən layihələr regionun bütün ölkələri ilə reallaşdırılmalıdır".
Digər Xəbərlər
2024-11-03 10:40:33
2024-11-03 10:32:06
2024-11-03 09:42:33
2024-11-03 09:40:56
2024-11-03 09:14:57
2024-11-03 08:44:55
2024-11-02 21:25:41
2024-11-02 19:18:18
2024-11-02 18:40:05
2024-11-02 18:02:40
2024-11-02 17:50:12
2024-11-02 17:10:10
2024-11-02 16:43:08
2024-11-02 13:34:23
2024-11-02 13:28:16
2024-11-02 13:22:15
2024-11-02 12:45:19
2024-11-02 11:49:24
2024-11-02 10:59:26