Azərbaycan baş nazirinin müavini: "Qarabağ münaqişəsinin həllinin uzadılması ikili standartlardan qaynaqlanır"
07:04 06-05-2015
CƏMİYYƏT
Azərbaycan baş nazirinin müavini: "Qarabağ münaqişəsinin həllinin uzadılması ikili standartlardan qaynaqlanır"
Azərbaycan baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov İsveçin "TeliaSonera" şirkətlər qrupunun nümayəndə heyəti ilə görüşüb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Dağlıq Qarabağ münaqişəsi haqqında danışan Ə. Həsənov təəssüflə bildirib ki, problemin həlli istiqamətində yaradılan ATƏT-in Minsk qrupunun uzun illərdir fəaliyyət göstərməsinə baxmayaraq, real nəticə yoxdur, münaqişənin həllinin uzadılması ikili standartlardan qaynaqlanır.
"TeliaSonera"nın prezidenti və baş direktoru Yohan Dennelind şirkətin Azərbaycanda fəaliyyəti, "Azercell Telekom"un mobil rabitə sektorunda qazandığı nailiyyətlər, həyata keçirdiyi xidmətlər, yeni nəsil telekommunikasiya texnologiyalarının tətbiqi və s. yeniliklər haqqında məlumat verib. "TeliaSonera" şirkətlər qrupunun azərbaycanlı qaçqın və məcburi köçkün uşaqlar üçün yeni sosial layihə reallaşdıracağı açıqlanıb. Layihə çərçivəsində İsveçin məşhur uşaq nağılları Azərbaycan dilinə tərcümə ediləcək, azərbaycanlı qaçqın və məcburi köçkün uşaqlara paylanacaq.
"TeliaSonera" şirkətlər qrupunun həyata keçirəcəyi sosial layihəni yüksək qiymətləndirən Ə. Həsənov eyni zamanda Azərbaycan uşaq nağıllarının da ingilis dilinə tərcüməsini, eləcə də İsveç və Azərbaycan uşaqlarının görüşlərinin təşkilinin səmərəli olacağını söyləyib.
Azərbaycana üçüncü dəfə səfər etdiyini və hər səfərində də iqtisadi inkişafın yeni nəticələrini görməkdən şad olduğunu bildirən Y. Dennelind Azərbaycanla bağlı böyük işlər görə bilmədiklərini, bu sahədə fəaliyyətlərini artıracaqlarını nəzərə çatdırıb: "Bu fəaliyyət müxtəlif istiqamətləri əhatə edə bilər. Biz əvvəlcə İsveç nağıllarının Azərbaycan dilinə tərcüməsindən başlayırıq. Bu işdə İsveç hökuməti də bizə dəstək verir. Eyni zamanda tələbə mübadiləsi proqramı üzərində də işləyirik və bu məsələ hazırda müzakirə mərhələsindədir".
İsveçin ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Tomas Danestad isə reallaşdırılacaq layihələrin əhəmiyyətindən söz açıb.
Ə. Həsənov tələbə mübadiləsi proqramını da yüksək dəyərləndirərək, məcburi köçkün uşaqların bu layihəyə cəlb edilməsinin daha uğurlu nəticələrə səbəb olacağını diqqətə çatdırıb. Baş nazirin müavini bu işdə lazımi kömək göstəriləcəyini qeyd edib.
Digər Xəbərlər
2024-12-29 13:08:08
2024-12-29 12:58:14
2024-12-29 12:50:20
2024-12-29 12:35:05
2024-12-29 12:33:09
2024-12-29 12:33:05
2024-12-29 12:28:00
2024-12-29 12:26:08
2024-12-29 12:20:01
2024-12-29 12:12:12
2024-12-29 11:48:00
2024-12-29 11:32:57
2024-12-29 11:32:55
2024-12-29 11:12:00
2024-12-29 11:05:37
2024-12-29 10:53:00
2024-12-29 10:51:43