"İslam dinindən sui-istifadə edilir"
07:05 06-05-2015
CƏMİYYƏT
"İslam dinindən sui-istifadə edilir"
İranda səfərdə olan Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mayın 4-də bu ölkənin xarici işlər nazirinin müavini İbrahim Rəhmipur ilə görüşüb.
M. Qurbanlı görüşdə bildirib ki, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqla yanaşı, rəsmi Bakı ilə Tehran arasında ikitərəfli əlaqələr də gündən-günə möhkəmlənir. Hər iki ölkənin siyasi rəhbərliyi eyni tarixə və milli dəyərlərə malik olan xalqlarımızın maraqlarına uyğun siyasət yürüdürlər.
Səfər çərçivəsində keçirdiyi görüşlər haqqında məlumat verən M. Qurbanlı regiondakı geopolitik vəziyyət nəzərə alınaraq, Azərbaycanla İran arasında din sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Azərbaycanda din-dövlət münasibətlərindən danışan komitə sədri qeyd edib ki, bu sahədə əməkdaşlıq etməklə yüksək səviyyəli dini kadrlar yetişdirmək və təcrübə mübadiləsi aparmaq olar. O, islamın humanist din olmasının gənclərə çatdırılması baxımından savadlı din xadimlərinin yetişdirilməsinin zəruriliyini qeyd edib. Əks təqdirdə radikal dini qruplaşmalar təbliğat aparıb gəncləri öz tərəflərinə çəkərək onları terrorçuluğa və digər münaqişələrə cəlb edə bilərlər: "Yaxın Şərqdə baş verən münaqişələr onu göstərir ki, islam dinindən sui-istifadə edilir. Bu hallar dünya ictimaiyyətində islam dini barədə yanlış fikrin formalaşmasına səbəb olur".
İranın din sahəsində Azərbaycanla əməkdaşlıq etməyə hər zaman hazır olduğunu bildirən İ. Rəhmipur qeyd edib ki, rəsmi Tehran radikal dini qrupların fəallaşmasının qarşısını almaq istiqamətində addımlar atır. Azərbaycan-İran münasibətlərindən danışan nazir müavini bildirib ki, ölkələrimiz arasında həlli mümkün olmayan problem yoxdur. İranda yaşayan azərbaycanlılar cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Yüksək dövlət vəzifələrində çalışan azərbaycanlıların da sayı çoxdur: "Bəzi qüvvələr iki dost ölkənin münasibətlərinə xələl gətirərək öz mənafelərini güdməyə çalışır. Lakin onlar buna nail ola bilməyəcəklər".
Nazir müavini qeyd edib ki, İran Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyır və ona ehtiramla yanaşır.
Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov da görüşdə iştirak edib. Həmin gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İranın Milli Kitabxanası ilə tanış olub, kitabxananın sədri Əmir Salehi və Əhli-Beht Təşkilatının sədri Ayətullah Əxtəri ilə görüşüb.
Görüşlərdə radikal dini cərəyanların ölkələrimizin ərazisində yayılmasının qarşısının alınması yolları ətrafında müzakirələr aparılıb.
Digər Xəbərlər
2024-11-03 10:40:33
2024-11-03 10:32:06
2024-11-03 09:42:33
2024-11-03 09:40:56
2024-11-03 09:14:57
2024-11-03 08:44:55
2024-11-02 21:25:41
2024-11-02 19:18:18
2024-11-02 18:40:05
2024-11-02 18:02:40
2024-11-02 17:50:12
2024-11-02 17:10:10
2024-11-02 16:43:08
2024-11-02 13:34:23
2024-11-02 13:28:16
2024-11-02 13:22:15
2024-11-02 12:45:19
2024-11-02 11:49:24
2024-11-02 10:59:26