"Bu qapıdan əyri yollarla keçmək olmaz" - Nərgiz Paşayeva
07:06 06-05-2015
CƏMİYYƏT
"Bu qapıdan əyri yollarla keçmək olmaz" - Nərgiz Paşayeva
Oksford Universitetinin nəzdində Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzi artıq fəaliyyətə başlayıb.
Bunu M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva bu gün keçirdiyi mətbuat konfransında deyib. Rektor bildirib ki, hələ 2013-cü ildə uğurlu layihənin yeni mərhələsinin təqdimatı olmuşdu: "Artıq bu layihə ilə bağlı 5 illik plan işlənib hazırlanıb və Oksfordun rəsmi saytında yerləşdirilib. Bu isə mərkəzimizin rəsmən qəbul edilməsi deməkdir. Bu təkcə elmi pedoqoji cəmiyyət üçün deyil, bütün Azərbaycan vətəndaşları üçün böyük hadisədir. Bildiyiniz kimi, Oksford universitetinin qapısı hər kəs üçün açıq deyil. Bu qapıdan əyri yollarla, maddi yollarla keçmək olmaz. Mən ilk azərbaycanlı alim olaraq Oksford universitetinin Şərqşünaslıq fakültəsində təmsil olunuram".
N. Paşayeva deyib ki, Universitetin Nizamişünaslıq mərkəzi Azərbaycan ərazisində mövcud dilləri öyrənən yeganə elmi mərkəzdir. Hazırda Oksford universitetində 1965-ci ildən erməni dili, tarixi və mədəniyyəti tədris edilir: "Əfsus ki, Azərbaycanın qədim mədəniyyəti və dili indiyə kimi universitetdə Qafqaz Albaniyası erməni tarixi kontekstində öyrədilib. İndiyə kimi universitetdə Nizami Gəncəvi fars şairi kimi tədris olunurdu. Bizim mərkəzin alimləri Nizamişünaslığın Azərbaycan qolunu Oksfordda yaymaq niyyətindədirlər".
N.Paşayevanın sözlərinə görə, universitetin istəyi ilə layihələrə dəstək üçün onun adına elm və tədrisə dəstək Fondu yaradılıb. Elmə dəstək vermək istəyən imkanlı insanlar fonda ianə yatıra bilərlər. Onun sözlərinə görə, ianənin mənbəyi də şəffaf yollarla əldə edilmiş olmalıdır, çünki Oksford universiteti ianənin mənbəyini yoxlayacaq.
Digər Xəbərlər
2024-11-03 10:40:33
2024-11-03 10:32:06
2024-11-03 09:42:33
2024-11-03 09:40:56
2024-11-03 09:14:57
2024-11-03 08:44:55
2024-11-02 21:25:41
2024-11-02 19:18:18
2024-11-02 18:40:05
2024-11-02 18:02:40
2024-11-02 17:50:12
2024-11-02 17:10:10
2024-11-02 16:43:08
2024-11-02 13:34:23
2024-11-02 13:28:16
2024-11-02 13:22:15
2024-11-02 12:45:19
2024-11-02 11:49:24
2024-11-02 10:59:26