Türkiyənin baş naziri Azərbaycanla viza rejimi haqda: "Təklif etmişik, hazır deyillər..."
11:42 07-05-2015
CƏMİYYƏT
Türkiyənin baş naziri
Azərbaycanla viza rejimi haqda: "Təklif etmişik, hazır deyillər..."
Türkiyənin baş naziri Əhməd Davudoğlu Azərbaycanla sərhəd İqdır bölgəsində seçki mitinqində çıxışı zamanı iki ölkə arasında viza rejiminin hələ də birtərəfli olaraq mövcud olması haqda danışıb.
Əhməd Davudoğlu bu mövzuya müxalifət lideri Kamal Kılıcdaroğlunun ondan bir g ün əvvəl İqdırda etdiyi çıxışa görə toxunub.
K.Kılıcdaroğlu Türkiyədən Azərbaycana hələ də viza ilə keçildiyini xatırladıb və bunu hökumətin uğursuz xarici siyasətinin təzahürü kimi təqdim edib.
Əhməd Davudoğlu isə ona cavab olaraq deyib ki, məsələ Türkiyə tərəfindən yox, Azərbaycan tərəfindən asılıdır. Sitat: "Dünən burada Kılıcdaroğlu sərhədin qarşı tərəfinə pasportla keçməkdən bəhs edib. Gözəl. Gürcüstanla viza rejimini qaldırdıq, şəxsiyyət vəsiqəsi ilə keçirsiniz. Azərbaycanla da bunu istəyirik. Türkiyə olaraq bütün azərbaycanlı qardaşlarımız üçün viza rejimini ləğv etdik. İnşallah, Azərbaycan da hazırlıqlarını tamamlayanda vizaları da,pasportları da ortadan qaldırarıq. Bir millət, iki dövlət deyə birləşər, qucaqlaşarıq. Ancaq Kılıcdaroğlunun bilmədiyi bir şey var. O da budur ki, dövlətlərarası münasibətlərdə hər iki tərəfin hazır olması lazımdır. Biz Azərbaycana bunu təklif etdik, nə zaman hazır olsalar başımızın üstündə yerləri var. Bütün azərbaycanlılar üçün Türkiyə ana vətəndir, öz vətənləridir. Bizim üçün də Qafqaz dağları və Azərbaycan öz vətənimizdir".
Digər Xəbərlər
2024-12-29 11:48:00
2024-12-29 11:32:57
2024-12-29 11:32:55
2024-12-29 11:12:00
2024-12-29 11:05:37
2024-12-29 10:53:00
2024-12-29 10:51:43
2024-12-29 10:41:35
2024-12-29 10:26:07
2024-12-29 10:05:52
2024-12-29 09:59:25
2024-12-29 09:44:15
2024-12-29 08:53:05
2024-12-29 01:07:51
2024-12-29 01:00:26
2024-12-29 00:28:56
2024-12-29 00:08:51