Nərimanovda Heydər Əliyevin 92-ci ildönümü qeyd olundu
11:49 07-05-2015
CƏMİYYƏT
Nərimanovda Heydər Əliyevin 92-ci ildönümü qeyd olundu
Baş nazirin müavini, icra başçısı ilə birgə ağac əkdilər
Mayın 6-da Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində növbəti ağacəkmə kampaniyası keçirilib.
"Unikal"ın məlumatına görə, məqsəd yaşıllıq zolağını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdir.
Yeni Azərbaycan Partiyası rəhbərliyinin, Milli Məclisin deputatlarının, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələrinin, rayon ictimaiyyətinin, könüllü sakinlərin, həmçinin gənclərin yüksək fəallıqla qoşulduğu genişmiqyaslı iməcilikdə ətraf ərazi tullantılardan təmizlənərək burada mövcud olan yaşıllığa aqrotexniki qulluq edilib və ərazidə 350-dən artıq müxtəlif növ ağac və kollar əkilib.
Aksiyada baş nazirin müavini Əli Əhmədov, Nərimanovun icra başçısı Abdin Fərzəliyev də işrirak ediblər.
Digər Xəbərlər
2024-12-29 11:32:57
2024-12-29 11:32:55
2024-12-29 11:12:00
2024-12-29 11:05:37
2024-12-29 10:53:00
2024-12-29 10:51:43
2024-12-29 10:41:35
2024-12-29 10:26:07
2024-12-29 10:05:52
2024-12-29 09:59:25
2024-12-29 09:44:15
2024-12-29 08:53:05
2024-12-29 01:07:51
2024-12-29 01:00:26
2024-12-29 00:28:56
2024-12-29 00:08:51
2024-12-29 00:04:31