YAP-çı deputatdan Milli Şuraya sərt təpki
14:31 28-05-2015
CƏMİYYƏT
YAP-çı deputatdan Milli Şuraya sərt təpki
Siyavuş Novruzov: "Onlar "qara piar" kampaniyasını davam etdirmək istəyəcəklər"
"Müxalifət aksiyalar keçirmək üçün müxtəlif mənbələrdən maliyyə vəsaiti alır. Ayrılan bu vəsaitlərin də böyük hissəsi radikalların liderləri tərəfindən mənimsənilir".
Bunu Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov "Milli Şura"nın aksiyalar keçirməkdə israrlı olmasının səbəbləri barədə danışarkən deyib.
YAP rəsmisinin sözlərinə görə, müxalifətə maliyyə vəsaiti aksiyalar zamanı bəzi şəxslərin qarşıdurma yaratması üçün ayrılır: "Qarşıdurmaları sifariş edən xarici dairələr çalışır ki, aksiya qanunların pozulması, iğtişaş törədilməsi ilə nəticələnsin. Nəticədə Azərbaycan haqqında xaricdə, dünya miqyasında xoşagəlməyən, həqiqətə uyğun olmayan bir rəy formalaşdırılsın. Çox güman ki, həmin qüvvələr I Avropa Oyunları yaxınlaşdıqca bu və ya digər şəkildə "qara piar" kampaniyasını davam etdirmək istəyəcəklər. Onlar sadəcə olaraq qarşıdurma, ziddiyyət yaratmağa çalışırlar və Bakı Şəhər İcra Hakimiyyətinin onlar üçün təyin etdiyi vaxtdan istifadə etmək istəmir, yalnız özlərinin təyin etdiyi vaxtdan başqa heç bir təklifi qəbul etmirlər. Bunlar müxtəlif səbəblər gətirirlər ki, aksiya baş tutmasın və nəticədə iğtişaş yaransın. Bu baxımdan onlar aksiyanın vaxtını dəyişirlər. Əslində müxalifətin aksiya keçirməsi üçün istənilən vaxt, şəhərin istənilən yerində normal yer ayrılır. Müxalifət bunun heç beşdə birini təmin edə bilmir. Buna baxmayaraq mütəmadi olaraq belə addımlar atırlar".
Digər Xəbərlər
2024-11-27 13:51:44
2024-11-27 13:45:22
2024-11-27 13:34:49
2024-11-27 13:24:12
2024-11-27 13:22:49
2024-11-27 13:19:08
2024-11-27 12:39:18
2024-11-27 11:29:13
2024-11-27 11:24:20
2024-11-27 11:15:59
2024-11-27 10:32:39
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:19:14
2024-11-27 08:50:28