ABŞ dünyada yeganə fövqəldövlətdirmi?
10:08 02-06-2015
İQTİSADİYYAT
ABŞ dünyada yeganə fövqəldövlətdirmi?
Fövqəldövlət - dünyanın başqa hissələrindəki millətləri başqa halda etmək istəmədikləri şeyləri etməyə inandırmaqdan ötrü yetərincə hərbi, siyasi və iqtisadi gücə sahib olan ölkədir. Bunu nüfuzlu "Time" jurnalı (ABŞ) yazır.
Məqalə müəllifi İen Bremmerin fikrincə, ekspertlər Çini növbəti fövqəldövlət adlandırmağa tələsdilər, - eyni şeyi sıravi amerikalılar da etdilər - lakin ABŞ-ın zəifləməsi haqda şayiələr güclü şəkildə şişirdilir. Birləşmiş Ştatların qüdrəti həlledici kateqoriyalarda yaxın gələcəkdə hökmranlıq durumunu qoruyub saxlayacaq: "Aşağıda gətirilən faktlar ABŞ-ın dünyada niyə əvvəlkitək fövqəldövlət olması və yaxın perspektivdə bu vəziyyətin niyə dəyişməyəcəyini sübut edir.
1. İqtisadiyyat
Çin iqtisadiyyatı misli görünməmiş sürətlə inkişaf edir. Lakin iqtisadiyyatın təkcə həcmi deyil, həm də keyfiyyəti önəmlidir. Ümumdünya bankının məlumatına görə, 2013-cü ildə Birləşmiş Ştatlarda adambaşına gəlir 53 042 dollar təşkil edib. Çində isə bu göstərici cəmi 6807 dollara bərabərdir. Başqa sözlə, Çin iqtisadiyyatının təsirli inkişafından özəl sənaye ilə deyil, iri dövlət müəssisələrinin hərəkətləndirdiyi iqtisadiyyatın əlavə məhsulu kimi Çin istehlakçılarının cibinə çox az şey çatır. Çində inkişafın ümumiləşdirilmiş göstəriciləri, ola bilsin ki, yüksəkdir, lakin məhz ABŞ iqtisadiyyatı öz vətəndaşlarına onunla birlikdə inkişaf etməyə imkan verir. Birləşmiş Ştatlar iqtisadiyyatı indiki dövrdə də kürəsəl maliyyə sisteminin əsası olaraq qalır. Dünyada bütün maliyyə transaksiyalarının (pul köçürməsi və alqı-satqıya dair saziş, müqavilə-red.) 80 %-dən çoxu, valyuta bazarındakı transaksiyaların 87 %-i dollarla aparılır. Nə qədər ki, dünya ABŞ dollarına və ümumən iqtisadi sabitliyə bu cür etibarla yanaşır, ABŞ iqtisadiyyatı liderlik durumunu qoruyub saxlayacaq.
2. Hərbi güc
ABŞ-ın hərbi üstünlüyünə heç kim etiraz edə bilməz. Və nöqtə. Bütün kürəsəl hərbi xərclərin 37%-i ABŞ-ın payına düşür və o, müdafiəyə bu göstərici üzrə ikinci yeri tutan Çindən dörd dəfə çox vəsait sərf edir. Birləşmiş Ştatlar suda, quruda və kosmosda hakim mövqe tutur. ABŞ-ın Yaxın Şərqdəki uğursuzluqları nəticəsində ABŞ hərbçilərinin gözünün altı göyərdi, lakin İraq və Əfqanıstan müharibələri Birləşmiş Ştatların tənəzzülə uğrayan hərbi üstünlüyündən daha çox hərbi əməliyyatların dəyişən xarakterindən xəbər verir.
Terrorçular və partizan qruplaşmaları öz birləşmələrinin özəllikləri sayəsində adi silahlı qüvvələr üçün problemlər yaradır. Son nəticədə Birləşmiş Ştatlar bu meydanoxumalara cavab vermək üçün daha kiçikmiqyaslı əməliyyatlar aparmağı öyrənməlidir. Adi silahlar terrorçuların qabağını ala bilməsə də, düşmən millətlərin qabağını almaq üzrə əla iş görməyi davam etdirirlər.
3. Siyasi nüfuz
Siyasi hakimiyyət bir çox ölçülərdə gerçəkləşir. Xarici yardımın təklif edilməsi Birləşmiş Ştatlar üçün kürəsəl miqyasda öz siyasi təsirini bərkitməkdə effektli üsuldur. Birləşmiş Ştatlar 2013-cü ildə maliyyə yardımına 32, 7 milyard dollar xərcləyib, ikinci yerdə isə 19 milyard dollarla Birləşmiş Krallıq gəlir. Görünür, pul çətin durumda olan ölkələrlə fəal siyasi əməkdaşlığı təmin etməyə qadirdir. Lakin xaricdə siyasi gücə maik olmaq üçün, hər şeydən əvvəl, öz evində sabitlik olmalıdır.
Birləşmiş Ştatların dünyada ən qədim və fəaliyyətdə olan milli konstitusiyaya, həmçinin etibarlı institutlara və onu müşayiət edən qanunun aliliyinə sahibdir. O, mükəmməllikdən uzaq olsa da, bani ataların yaratdığı bu rəhbər sənəd öz xalqıyla birgə inkişaf edib. Sıradakı rəqəmlər mövcud sistemin dayanıqlı cazibədarlığını sərgiləyir: Birləşmiş Ştatlarda yaşayan 45 milyon adamın hər biri xarici öləkələrin birində anadan olub. Bu, ikinci yeri tutan ölkədəkindən dörd dəfə çoxdur. ABŞ dünyadakı əksər insanlar üçün yeni həyata başlmaqdan ötrü ideal məkan olaraq qalır.
4. İnnovasiyalar
Dünyanın ən böyük 9 texnoloji şirkətindən 8-i ABŞ yerləşir. Bu, texnoloji sektorun artan önəminə görə olduqca əhəmiyyətlidir. ABŞ onillikər ərzində energetik asılılığa görə narahatlıq keçirirdi, lakin bu gün neft və təbii qaz hasilatına görə 1 nömrəli ölkədir ki, bu da xeyli dərəcədə dövlət tədqiqatları və özəl enerjinin nəticəsi olan hidravlik partlayış texnolgiyasının işlənib hazırlanması sayəsində baş tutub. ABŞ-ın tədqiqat universitetləri və elmi qurumları öz sahəsində ən yaxşılarıdır və bu, millətə öz ixtiraçılığını məhz daha çox lazım olan yerə yönəltməyə imkan verir.
Həm də ABŞ müqayisəli üstünlüyünün toxunulmazlığını qoruyub saxlamaq üçün pul xərcləyir: dünyada tədqiqat və təkmilləşdirməyə yönəldilən bütün vəsaitin 30%-i Birləşmiş Ştatların payına düşür.
5. Mədəniyyət, həyat tərzi
Amerikalılar 2012-ci ildə ev heyvanlarının geyiminə 370 milyon dollar pul sərf ediblər. Bu il bir müddət əvvəl Quzey Karolina ştatında dünyanın ən hündür təpəsində "Fury 325" attraksionu açılıb. Florida ştatında daha bir belə nəhəngin açılacağı 2016-cı ilədək belə də davam edəcək.
"Charities Aid Foundation" fondunun son məlumatına görə, tanımadığımız insanlara yardım söhbətinə gələrkən amerikalılar dünyada birinci yeri tutur.
Gətirilən statistik məlumatlar rabitəsiz görünə bilər, lakin bir yerdə götürülərkən amerikalıların planetin digər guşələrində qismət olmayan gözəl həyatdan zövq almaqda olduqlarını göstərir. Bütün bunları ABŞ-ın iqtisadiyyat, siyasət və innovasiyalardakı gücü ilə birləşdirərkən Birləşmiş Ştatların dünyada üstün mövqe tutması təəccüblü görünmür. Əslində, fövqəldövlətdir".
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05