Cahangir Hacıyevin şirkətində ara qarışdı
13:40 05-06-2015
CƏMİYYƏT
Cahangir Hacıyevin şirkətində ara qarışdı
"İşçilərin adına kredit götürülüb, deyirlər ki, kimə istəyirsiniz, deyin..."
Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevlə bağlı məlumatlar çox böyük sürətlə bir-birini əvəz edir. Sabiq bank rəhbəri ilə bağlı müxtəlif söz söhbətlər dolaşır. Onun dindirmədən sonra həbs olunacağı ehtimalı da olduqca yüksək qiymətləndirilir. Ötən gün isə redaksiyamıza Cahangir Hacıyevin patronajlığında fəaliyyət göstərən daha bir şirkətdən ilginc məlumatlar əldə etmişik.
Belə ki, Cahangir Hacıyevə məxsus "Inter Security" mühafizə şirkətində baş verənlər inanılmaz məcrada inkişaf edərək artıq özünün kuliminasiya nöqtəsinə çatmışdır. Daxil olan məlumatda deyilir ki, şirkətin işçilərinin adına külli miqdarda kredit götürülüb. Adlarına kredit götürən işçilərdən bəziləri DIN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə (BMCQMI) çağırılıb.Dindirmə zamanı isə bəlli olub ki, onların adına krediti şirkətin rəhbərliyi götürüb. Eyni zamanda bəlli olub ki, kredit müqabilində heç bir girov qoyulmayıb. Kreditin bir hissəsi qaytarılsa da, hazırda 24 işçisinin adına 7 milyona manata yaxın kredit var.
Ötən gün isə "Inter Security" şirkətinin 20-yə yaxın keçmiş əməkdaşı mətbuata müraciət edib. Onlar müraciətdə bu məlumatı təsdiqləməklə yanaşı başqa faktları da diqqətimizə çatdırıblar. Onlar əvvəlcə bildiriblər ki, şirkətdən öz ərizələri ilə çıxıblar. Buna səbəb isə baş verən qanunsuzluqlar, maaşların gecikməsi, işçilərin adı ilə maxinasiyalara yol verilməsi olub: "Bu ilin mart, aprel, may aylarının maaşını verməyiblər. Ona görə də bir neçə gün əvvəl işdən çıxmışıq. Hər dəfə maaşların nə vaxt veriləcəyini soruşanda bizi müxtəlif vədlərlə aldadıblar. Biz işimizdə heç bir nöqsana yol verməmişik. Amma şirkətin rəhbərliyi qanunsuzluğa əl atıb. İşçilərin adlarına külli miqdarda kreditlər götürülüb, maaşlarımız bəzi hallarda mənimsənilib və s. Biz dəfələrlə şirkətin rəhbərliyinin diqqətinə çatdırmışıq ki, baş verənlərlə bağlı müvafiq dövlət qurumlarına şikayət edəcəyik. Amma onların bizə verdiyi cavab belə olub: "Gedin nə bacarırsınızsa edin". Biz də məcbur qalıb işdən çıxdıq. Amma işdə qalanlar da var. Onların da maaşları verilmir. Onlar da pullarını tələb edir".
Şikayətçilər bildirib ki, şirkətin rəhbəri Ibrahim Hüseynov Cahangir Hacıyevin sağ əlidir. Onların sözlərinə görə, bütün maxinasiyalar məhz İbrahim Hüseynovun rəhbərliyi altında həyata keçirilib: "Ibrahim Hüseynov əvvəllər nəqliyyat naziri Ziya Məmmədovun nəzarətində olan, sonradan borc müqabilində Beynəlxalq Banka verilən "Azərinşaat"ın rəhbəri Mehdi Əliyevlə kirvədir. Bu iki şəxs xeyli maxinasiyalara yol verib. Mehdi Əliyev hazırda həbsdədir. Amma nədənsə İbrahim Hüseynov barədə heç bir tədbir görülmür. Sizin qəzetiniz vasitəsilə müvafiq dövlət qurumlarına müraciət edərək onlardan xahiş edirik ki, bizim hüquqlarımızı qorusunlar. Biz öz halal maaşımızı tələb edirik".
Bu iddialarla bağlı "Inter Securty" şirkətilə əlaqə saxlamaq istəsək də, cəhdlərimiz baş tutmadı. Bununla belə qarşı tərəfin də mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk.
Şahin
Digər Xəbərlər
2024-11-25 12:23:11
2024-11-25 12:20:49
2024-11-25 12:19:00
2024-11-25 11:51:38
2024-11-25 11:50:15
2024-11-25 11:11:00
2024-11-25 11:03:32
2024-11-25 10:23:00
2024-11-25 10:17:10
2024-11-25 09:38:50
2024-11-25 09:27:37
2024-11-25 09:13:06
2024-11-25 08:53:18
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30