Məleykə Abbaszadə "yuxarı"ların qəzəbinə tuş gəlib
11:50 06-06-2015
İQTİSADİYYAT
Məleykə Abbaszadə "yuxarı"ların qəzəbinə tuş gəlib
TQDK-nın açıqladığı rəqəmlər Təhsil Nazirliyini pis vəziyyətdə qoydu, bu isə hökumət daxilində narazılıq yaratdı
Təhsil Nazirliyi iyunun 2-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Bakıda XI və IX siniflər üçün keçirdiyi buraxılış imtahanlarının nəticələrinə münasibət bildirib. Təhsil Nazirliyindən verilən cavaba görə, TN buraxılış imtahanlarının nəticələrin şərhi üçün prosesin tam olaraq yekunlaşmasını gözləməyi düzgün hesab edir: "Mediada təqdim olunmuş məlumatlar sistemli olmadığından və daha çox populist xarakter daşıdığından bu məlumat əsasında məsələyə münasibət bildirmək doğru deyil".
Professor Şahlar Əsgərov da TQDK-nın buraxılış imtahanlarının nəticələri ilə bağlı şərh verib: "IX sinif üzrə ana dili fənindən 86,5 faiz, riyaziyyatdan isə 86 faizə yaxın, XI sinif üzrə ana dili fənindən 91,2 faiz, riyaziyyat fənindən 92,5 faiz , ingilis dili fənindən 93,5 faiz məzun müvəffəq qiymət alıb. Buraxılış imtahanlarının nəticələrinin neqativ fonda göstərilməsi doğru deyil və reallığı əks etdirmir. Birincisi, həmin nəticələrdə göstərilən 2 və 3 qiymətlərinin faiz göstəricilərinin birlikdə götürülməsinin heç bir elmi əsası yoxdur. 3 alan şagirdlər kafi bilik səviyyəsinə malikdirlər və bu məzunların uğursuz olmalarını iddia etmək doğru deyil. İkincisi, dünyanın bir çox təhsil sistemlərində də şagirdlərin 10-30 faizi orta təhsil səviyyəsini bitirə bilmir. Sevindirici haldır ki, mən statistika ilə tanış olduqda gördüm ki, Bakı şəhərində tam orta təhsil səviyyəsini ana dili fənni üzrə hər 5 şagirddən biri, riyaziyyat fənnindən hər 4 şagirddən biri, ingilis dili fənni üzrə hər 3 şagirddən biri əla qiymətlərlə bitirib. Sadəcə olaraq, faktı və rəqəmi necə çatdırmaqdan çox şey asılıdır və uzun illər ərzində mediada imtahan nəticələrinin neqativ fonda tirajlanması siyasəti məzunların müsbət göstəricilərinə kölgə salır. Təhsilin keyfiyyəti haqqında ictimaiyyəti tam və düzgün məlumatlandırmaq üçün TQDK tərəfindən keçirilən imtahanların sualları, şagirdlərin bu suallara verdiyi cavablarla bağlı statistika, nəticələrə təsir edən müxtəlif amillər haqqında məlumat təqdim edilmir. Bu halda təhsilin keyfiyyəti haqqında ictimaiyyətdə elmi əsası olmayan pessimist təəssürat formalaşır".
Təhsil Nazirliyinin Məleykə Abbaszadənin rəhbərlik etdiyi qurumun açıqladığı nəticələri "populizm" kimi dəyərləndirməsi xüsusi maraq doğurur. Əldə etdiyimiz məlumata görə, bu təsadüfi deyil.
Belə ki, TQDK-nın ortaya qoyduğu nəticələr hökumət daxilində də narazılıq yaradıb. Həmin nəticələrin ölkədə təhsilin acınacaqlı vəziyyətdə olmasına dair ictimai rəyi daha da gücləndirdiyii hesab olunur. Elə bu səbəbdən də Dövlət Komissiyasının nəticələri bu şəkildə cəmiyyətlə bölüşdürülməsi xoş qarşılanmayıb.
Əvvəlki illərdə də TQDK sədri ölkədə təhsilin səviyyəsinin ürəkaçan olmadığını göstərən açıqlamalarla az çıxış etməyib. Onun son dedikləri isə daha böyük ajiotaj yaradıb. Ona görə də istisna edilmir ki, bu ilki tələbə qəbulu imtahanları M. Abbaszadənin rəhbərliyi altdında TQDK-nın keçirdiyi son tələbə qəbulu imtahanı ola bilər.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05