Müsavatın boykot çağırışna müxalifətdən etirazlar
11:54 06-06-2015
CƏMİYYƏT
Müsavatın boykot çağırışna müxalifətdən etirazlar
Müsavat Partiyasının I Avropa Oyunlarını boykota çağıran bəyanatı iqtidarla yanaşı, müxalif cəbhədən də etirazla qarşılanıb. Müxalifət təmsilçiləri hesab edir ki, Müsavatın bu qərarı dövlətin və millətin maraqlarına ziddir.
Bu barədə "Unikal"a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib ki, Müsavat Partiyasının, xüsusən də İsa Qəmbərin xaricdəki havadarlarından aldığı sifariş bundan ibarətdir. Onun sözlərinə görə, Müsavat hər zaman milli maraqlara xəyatən yolunu tutub: "Bu dəqiqə bir olmaq zamanıdır, amma İsa Qəmbər və onun əlaltıları satqınlıqla məşğuldurlar. Avropa Oyunlarının əhəmiyyətini dərk etmirlər. Daha doğrusu, dərk edirlər, amma xəyatənkar olduqları üçün aranı qarışdırmaq istəyirlər. Ancaq Azərbaycan xalqı bu xəyanətə qol qoymayacaq, onlar özləri deyib, özləri eşidəcəklər".
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu AzVison.az-a açıqlamasında bildirib ki, Müsavat bu bəyanatla guya iqtidara zərbə vurmaq istəyir, hansı ki, bu zərbə Azərbaycan dövlətinə və millətinə dəyir: "I Avropa Oyunları siyasətdən kənar bir prosedur kimi xalqların bir-birinə yaxınlaşmasına xidmət edir. Ona görə də idman oyunlarını heç bir tərəf siyasi alətə çevirməməlidir. Bu oyunların keçirilməsi iqtidarın yox, Azərbaycan xalqı və dövlətinin maraqlarına aid olan məsələdir. Ona görə də indiki mərhələdə Müsavatın I Avropa Oyunlarını boykota çağıran bəyanatı millətin və dövlətin maraqlarına ziyandır. Çünki, oyunlar pozularsa və ya gözlənilən turist axını olmazsa, hökumətin oyunların keçirilməsinə xərclədiyi pullar batar. Bu da dövlət büdcəsinin vəziyyətini ağırlaşdırar və vətəndaşların sosial-iqtisadi vəziyyəti pisləşməsinə səbəb olar".
ADP sədri hesab edir ki, müxalifət iqtidarla mübarizə apararkən, iqtidarla dövləti, millətlə isə hakimiyyətdəki qüvvələri bir-birindən ayırd eləməlidir. "Biz dövlətə, millətə belə zərbə vura bilmərik. Ona görə də Müsavatın I Avropa Oyunlarını boykota çağıran bəyanatını düzgün hesab etmirəm. Çünki, bu mərhələdən sonra oyunların boykot edilməsi Azərbaycan dövləti və millətinə ciddi ziyan vuracaq".
S.Cəlaloğlu vurğulayıb ki, xaricdən Müsavatın boykot çağırışına cavab gələ bilməz: "Bu bəyanat Avropa Oyunlarının ruhuna ziddir. Olimpiya oyunlarının hər hansı bir formada siyasiləşməsinin qarşısı alınır. Bu oyunların məqsədi isə siyasətdən kənar yeni əməkdaşlıq müstəvisinə şərait yaratmaqdır. Ona görə də bir partiyanın bəyanatına xaricdən kimsə qərar verərsə, bu olimpiya oyunlarının məntiqini, fəlsəfəsini pozar. Bu isə qərar verənin mövqeyini şübhəyə salar".
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də Müsavatın bəyanatına etiraz edib: "İndiki mərhələdə I Avropa Oyunlarının təbliğatı cəmiyyətə fayda verə bilər. Müsavatın mövqeyi çox yanlışdır. Azərbaycan dövlətinin bu oyunlardan dvident götürməli olduğunu nəzərə alsaq, buna qarşı dünyaya boykot çağırışı etmək faktiki olaraq ölkəmizi sevməyənlərin dəyirmanına su tökməkdir.
Hesab edirəm ki, hazırda qarşımızda Avropa Oyunlarının imkanlarından istifadə edərək ölkəni dünyaya düzgün təqdim etmək məsələsi durur. Dünyanın Azərbaycan qarşı qərəzli mövqe tutduğu bir mərhələdə onlara ötürmə etmək yalnış mövqedir və ümummilli maraqlara xidmət etmir".
Partiya sədri hesab edir ki, Müsavat belə bir bəyanatı Martin Şults kimi şəxslərə, Avropa Birliyinə xoş gəlmək üçün verib. "Nəzərə almaq lazımdır ki, Avropa Birliyində Azərbaycan əleyhinə dinləmələr keçiriləcək. Bu bəyanat da dinləmələri keçirən tərəfə xoş gəlmək üçün atılan addımdır".
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputa Fərəc Quliyev Müsavatı boykot çağırışına görə qınayıb. "I Avropa Oyunları dövlət tədbirdir, hakimiyyət yox. Siyasi hakimiyyət uğrunda mübarizədə dövlət mənafelərinə toxunan, zərər verən üsullardan istifadə qəbul olunmazdır. Bir partiyanın hakimyyət mübarizəsi varsa, iqtidarla mübarizə apara, tənqid edə bilər. Amma dövlət tədbirini boykota çağırmaq isə dövlətə qarşı olmaq deməkdir. Biz bu tədbirdən maksimum yararlanmağı bacarmalı və ümummilli maraqlara xidmət edən davranış sərgiləməliyik. Əgər kimsə bu tədbiri boykota çağırırsa, biz onları qarşımızda hesab etməliyik. Bu bəyanatı yayanları qınayıram və hesab edirəm ki, doğru olmayan davranışdır".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54
2024-11-25 15:29:58
2024-11-25 14:50:00
2024-11-25 14:48:05
2024-11-25 14:34:00
2024-11-25 14:24:03
2024-11-25 14:17:26
2024-11-25 14:14:54
2024-11-25 14:12:12