Azərbaycanda bələdiyyə sədri və həyat yoldaşı amansızcasına qətlə yetirildi
08:47 09-06-2015
İQTİSADİYYAT
Azərbaycanda bələdiyyə sədri və həyat yoldaşı amansızcasına qətlə yetirildi
Qətlin şok təfərrüatları, ər və arvadı uşaqların gözü qarşısında qətlə yetirməkdə şübhəli bilinən iki nəfər həbs olunub
Dünən gecə Abşeron rayonunda dəhşətli qətl hadisəsi baş verib. "Unikal"ın məlumatına görə, Saray qəsəbəsində yaşayan, qəsəbə bələdiyyə sədri və onun həyat yoldaşı amansızcasına öldürülüb.
Hadisə bələdiyyə sədrinin evində olub. Bələdiyyə sədri, 1976-cı il təvəllüdü Vəsilə Əbdilhəsənova və onun həyat yoldaşı 1976-cı il təvəllüdlü Vəfadar Əbdilhəsənov gecə qətlə yetirilib. Onların boğazında və bədəninin bir neçə nahiyyəsində bıçaq xəsarətləri olub. Hadisəni törədən 1980-cı il təvəllüdlü Fədail Güloğlan oğlu Hüseynov olduğu məlum olub. Artıq polisin keçirdiyi əməliyyat nəticəsində qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Qeyd edək ki, günün ikinci yarısında qətl hadisəsi ilə bağlı yeni təfərrüatlar məlum olub. Belə ki, Saray qəsəbəsində bələdiyyə sədri, 39 yaşlı Vəsilə Həsənovanı və həyat yoldaşı Vəfadar Həsənovu amansızlıqla qətlə yetirən Fədai Hüseynovla bağlı bəzi məqamlar məlum olub. 35 yaşlı F.Hüseynov ailəyə çox yaxın şəxs olub. Ev və torpaq alqı-satqısı ilə məşğul olan F.Hüseynov gecə saatlarında həsənovların evinə gəlib və hələlik dəqiqləşməmiş səbəblərdən mübahisə yaranıb. Mübahisə zəminində o, V.Həsənovanı kəsici, onun həyat yoldaşını isə odlu silahla qətlə yetirib. O da bildirilir ki, F.Hüseynov ər və arvadını uşaqların gözü qarşısında qətlə yetirib. Hazırda qətlin səbəbləri və cinayət əməlində başqa şəxs və yaşəxslərin iştirak edib-etməməsi araşdırılır.
Bələdiyyə sədri Vəsilə Əillhəsənova və onun həyat yoldaşı Vəfadar Əbillhəsənovun qətlində şübhəli bilinən daha bir nəfər saxlanılıb.Hadisəni törətməkdə şübhəli bilinən Vüqar Hüseynov adlı şəxs tutulub. O, bundan əvvəl tutulmuş 1980-ci il təvəllüdlü Fədail Güloğlan oğlu Hüseynovun qardaşıdır.
V.Hüseynov ifadəsinin alınması üçün Abşeron Rayon Prokurorluğuna aparılıb. Onun baş verən cinayətdə əlinin olub-olmaması araşdırılır.
Qeyd edək ki, Fədail, Vüqar və Nuru Hüseynov qardaşları Abşeron rayon Saray qəsəbəsində ev və torpaq alqı-satqısı ilə məşğul olub və bələdiyyə sədri V.Əbilhəsənovanın yaxın adamları kimi tanınıb. Hadisə zamanı V.Əbilhəsənova və onun həyat yoldaşı qətlə yetiriləndən sonra evdən pul və heç bir qiymətli əşyalar oğurlanmayıb. Bu isə hadisənin tamah məqsədilə törədilmədiyini deməyə əsas verir.
Hadisə ilə bağlı Abşeron Rayon Prokurorluğunda başlanan araşdırmalar davam etdirilir.
Informasiya şöbəsi
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53