Oliqarxların 100 milyon manatlıq zərəri
08:51 09-06-2015
İQTİSADİYYAT
Oliqarxların 100 milyon manatlıq zərəri
Devalvasiya onların gəlirlərini necə azaldıb?
Ölkənin bank sistemi ilə bağlı ürəkaçan olmayan xəbərlər gəlməkdə davam edir. Dünən belə xəbərlərin sırasına daha biri əlavə olunub.
Belə ki, Azərbaycan bankları 2015-ci ilin birinci rübünü təxminən 100 milyon manat zərər ilə başa vurub. Mərkəzi Bankın xəbərinə görə, zərərin artmasına səbəb devalvasiya olub.
2015-ci ilin birinci rübündə Bankların gəlirlilik göstəriciləri mənfiyə düşmüşdü. ROA -1.5%, ROE isə -11% olmuşdur.
Qeyd edək ki, 2014-cü ilin nəticəsi olaraq bank sektorunda xalis mənfəət 370.5 mln. manat təşkil etmişdi. Bu 2013-cü illə müqayisədə təxminən 38% çox idi. 2011-2014-cü illər ərzində mənfəətlə işləyən bankların sayı və onların bank sektorunda payı müntəzəm olaraq artmışdı. Belə ki, bu dövr ərzində mənfəətlə işləyən bankların sayı 30-dan 35-ə, onların bank sektorunda payı isə 47%-dən 96%-dək artmışdı. 2011-2014-cü illər ərzində zərərlə işləyən bankların məcmu zərəri isə əhəmiyyətli dərəcədə azalmış və cəmi 4.79 mln. manat olmuşdu (müqayisə üçün 2011-ci ildə 322.5 mln. manat).
Ümumilikdə, banklarda mənfəət 2014-cü ildə müsbət olsa da mənfəətin artım tempi ötən il ərzində azalmışdır. Belə ki, bir tərəfdən iqtisadi aktivliyin sıçrayışlı artım fazasından sabit artım dövrünə keçməsi, digər tərəfdən isə Mərkəzi Bank tərəfindən aktivlərin təsnifləşdirilməsi və ehtiyatlanma tələblərinin sərtləşdirilməsi, nəzarətin gücləndirilməsi bankların mənfəətinin artım tempini aşağı salmışdır.
Məlum olduğu kimi, Azərbaycanın bank sistemində bəzi iri məmurların ciddi payı var. Hazırda ölkənin bir sıra aparıcı banklarının arxasında müəyyən oliqarxların dayandığı heç kimə sirr deyil. KİV-də bu barədə daim müxtəlif məlumatlar yer alıb.
Odur ki, indi devalvasiya səbəbi ilə bankların üzləşdiyi 100 milyon manatlıq zərəri həm də bəzi oliqarxların ayağına yazmaq, əslində elə onların ziyana düşdüyünü söyləmək qətiyyən reallıqdan və məntiqdən uzaq olmazdı.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00