Hacıbala Abutalıbov məmur-oliqarxlarla məzələndi
08:52 09-06-2015
CƏMİYYƏT
Dostluq parkındakı villaların söküntüsü musiqi sədaları altında reallaşdı, mer əraziyə ansambl gətirtdi...
Verdiyi açıqlamalar, işlətdiyi ifadələrlə mütəmadi olaraq gündəmə gəlməyi bacaran Bakı meri Hacıbala Abutalıbov ötən gün daha bir ilkə imza atıb. Hadisə şahidlərinin "Unikal" qəzetinə verdiyi məlumata görə, Bakının "Dostluq" parkı ərazisində qanunsuz tikilmiş villaların söküntüsü zamanı qeyri-adi olay yaşanıb.
Belə ki, söküntünün getdiyi sözügedən əraziyə gələn və söküntülərə şəxsən nəzarət edən Hacıbala Abutalıbov başqa bir addımı ilə gündəmə möhürünü vurub. İndiyə qədər də sahibləri aşkarlanmayan villaların söküntüsü musiqi sədaları altında reallaşıb.Bu məqsədlə söküntü işləri aparılan əraziyə xüsusi ansambl gətirilib və ansamblın ifa etdiyi musiqi nömrələri baş verənlərə təntənə fonu qatıb.
Əslində Bakı merinin bu addımı oliqarxlara cavab zərbəsi kimi də qiymətləndirilə bilər. xatırladaq ki, "Unikal" qəzeti ötən saylarından birində villaları sökülən gizli oliqarxların Hacıbala Abutalıbova qarşı birləşdiyindən yazmışdı. Həmin yazıda iddia olunurdu ki, Dostluq parkındakı villaların əsl sahiblərinin kimliyini əks etdirən siyahı lazımı instansiyalara ötürüldükdən sonra, adları siyahıda olan məmurlar paytaxt merindən qisas almaq üçün birləşmişdi. Görünür, bugünkü söküntü işlərinin ansamblın müşaiyyəti ilə musiqi sədaları altında reallaşması merin rəqiblərinə cavab jestidir.
Orxan
Digər Xəbərlər
2024-11-27 14:44:02
2024-11-27 13:51:44
2024-11-27 13:45:22
2024-11-27 13:34:49
2024-11-27 13:22:49
2024-11-27 13:19:08
2024-11-27 12:39:18
2024-11-27 11:29:13
2024-11-27 11:24:20
2024-11-27 11:15:59
2024-11-27 10:32:39
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:19:14