Oqtay Şirəliyevin rəhbərlik etdiyi səhiyyə ilə bağlı növbəti şok ittiham
09:12 12-06-2015
CƏMİYYƏT
Oqtay Şirəliyevin rəhbərlik etdiyi səhiyyə ilə bağlı növbəti şok ittiham
Azərbaycanda pediatrlar süni qida firmaları ilə gizli şəkildə və əlbir işləyirlər!
2010-cu ildə körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında qanun qəbul olunub. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının ana südü ilə əmizdirməyə dair çərçivə konvensiyasına qoşulub.
Ana südü ilə qidalanma bu qanunlarda əsas yer tutur. Çox təəssüflər olsun ki, bu gün ölkəmizdə ana südü ilə uşaqların qidalandırılması Avropa ölkələri ilə müqaisədə aşağı səviyyədədir. Hətta, aparılan araşdırmalara görə Azərbaycanda 2013-cü il doğulan uşaqların 37 %-i ana südü ilə qidalanır. Bu o deməkdir ki, hər 100 uşaqdan 37-si ana südü ilə qidalanır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, bunun səbələrindən biri körpə qidalarının istehsalı ilə məşğul olan firmaların reklamının sürətlə yayılmasıdır. O, qanunsuz halda doğum evlərində yeni doğulmuş körpəyə ana südü əvəzinə süni qida verildiyini deyir: "Ən böyük təhlükə isə ölkənin pediatrları həmin firmalarla əlbir işləyir. Onlar elə gizli fəaliyyət göstərirlər ki, hətta baş pediatr belə onların öhdəsindən gələ bilmir. Ən dəhşətlisi odur ki, körpə qidaları artıq doğum evlərinə ayaq açıb. Körpə anadan olan kimi doğum evlərində analara süni qida təklif olunur. Bu yolverilməzdir. Beynəlxalq normalara zidd olaraq körpələr ana südündən ayrılır və ilk dəfə ana südü əvəiznə süni qidalar verilir."
E.Hüseynov həkim-pediatrların əksəriyyətinin distribütorlarla gizli əməkdaşlıq etdiyini də deyib: "Qanunda göstərilir ki, pediatrlar uşaq qidalarının distribütorları ilə heç bir əlaqələri olmamalıdır. Bu gün isə bunun əksini görürük. Pediatrların əksəriyyəti distribütorlarla gizli əməkdaşlıq edirlər. Bizdə materiallar var ki, süni uşaq qidalarının distribütorları pediatrları başqa ölkələrə belə göndərirlər"
Beynəlxalq sertifikatlı əmizdirmə məsləhətçisi Səltənət Zülfüqarova isə daha ilginc məqam açıqlayıb. O, bir müddət doğum evində qaldıqdan sonra evə buraxılan anlara süni qida firmalarından zəng edildiyini söyləyib: "Ana doğum evindən çıxandan sonra süni qida firmalarından dərhal onlara zəng edilir və öz məhsullarını onlara təklif edirlər. Bu onu göstərir ki, pediatrların, xəstəxanaların çoxu firmalarla gizli əməkdaşlıq edirlər. Çünki, o firma yeni ana olan bir ailənin telefon nömrəsini hardan biləcəklər ki? Mən analarla işləyirəm. Onların bir çoxu bunu təsdiq edir".
Əmizdirmə məsləhətçisi həkim pediatrların əksəriyyətinin yeni doğumdan çıxan ananın bundan öncə əmizdirmə təcrübəsi ilə maraqlanmadan körpəsinə süni qida yazdığını bildirir: "Xəstəxana heyəti, xüsusən də tibb bacıları analara südünün olmadığını deyərək uşağa süni qidalar verirlər. Ən çox da "sənin südün yoxdur", "südün 3 gün sonra gələcək" kimi sözlərlə yanlış məlumat verirlər. Əslində analar bilməlidir ki, onların bədəni hamiləlikdən uşaqlara lazım olan maddəni istehsal edir. Ana doğuşdan dərhal sonra körpəni döşünə qoyarsa kifayət qədər qida əldə edə biləcək. Düzdür bir neçə gündən sonra anada süd gəlir, o yetkin süddür. Amma uşağa lazım olan süd ananın bədənində var. Sadəcə analar maariflənməlidir. Əgər ana razı olmasa, heç bir müəssisədə süni qida verilməyəcək. Analar etinasızlıq göstərir və bundan da insanlar faydalanırlar".
Onun sözlərinə görə, analara xüsusi süni qidaların təklif edilməsi hüquq pozuntusudur: "Analara "sənin südün yoxdur" deyilməsi yanlışdır. Bu cür sözlərlə anaları mənfi yöndə kökləyirlər, ikincisi hər hansı konkret süni qidanı analara yazmaq qeyri-qanunidir. Körpələrə bir gün keçməmiş konkret süni qida adı yazırlar. Bu da istehlakçının hüququnun pozulmağıdır. Ana öz uşağına hansı süni qidanı istəyir özü təyin edəbilər. Əksər xəstəxanalarda bu cür hallar var. Anaların çoxu şikayət etməkdən qorxur".
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu cür qidaların keyfiyyətində də problemlərin olduğunu dedi: "Qidaların saxlama müddəti və keyfiyyətilə bağlı çox ciddi problemlər mövcuddur. Belə qidaların tərkibində gözə görünən soya kompeninti var. Soya genetik dəyişikliyə uğrayan bir komponentdir. Ümumiyyətlə qanunda göstərilir ki, uşaq qidasının üzərində mütləq "ana südünü əvəz edə bilməz, körpələrinizi ana südü iləqidalandırın" kimi ifadələr də yazılamalıdır. Amma çox təəssüflər olsun ki, bu gün ona əməl olunmur".
Maraqlıdır, görəsən, yuxarıdakı açıqlamalar (daha doğrusu, ittihamlar!) barədə Oqtay Şirəliyevin rəhbərlik etdiyi Səhiyyə Nazirliyi nə düşünür? İnanaq ki, nazirlik ekspertlərin genefondumuza pediatrların əli ilə yaradılan təhlükə barədə lazımi araşdırmalar aparacaq və bu cür ittihamları cavabsız qoymayacaq.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-27 13:51:44
2024-11-27 13:45:22
2024-11-27 13:34:49
2024-11-27 13:22:49
2024-11-27 13:19:08
2024-11-27 12:39:18
2024-11-27 11:29:13
2024-11-27 11:24:20
2024-11-27 11:15:59
2024-11-27 10:32:39
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:19:14
2024-11-27 08:50:28