Ermənistanda böyük müharibə qorxusu
09:24 13-06-2015
İQTİSADİYYAT
Ermənistanda böyük müharibə qorxusu
Avropa Oyunları başa çatdıqdan sonra Dağlıq Qarabağda toplar atəşə başlayacaq
Bakıda Avropa Oyunları başa çatdıqdan sonra nə olacaq? Dağlıq Qarabağda qoşunların təmas xəttində yenə də toplar atəşə başlayacaq. Bu məsələ erməni ictimaiyyətini çox narahat edir, xüsusilə də anaları, çünki son zamanlarda onlar çox sayda oğulları itiriblər. Buna görə də tez-tez etiraz mitinqlərinə çıxırlar (ans press).
ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlikin İrəvana səfərindən danışan "168 jam" qəzeti onun radiostansiyalardan birində çıxışına diqqət yetirib. Uorlik efirdə bildirib ki, əgər Qarabağda genişmiqyaslı müharibə başlayarsa, münaqişəni dinc yolla həll etmək mümkün olmayacaq.
Qəzet bildirir ki, bu, əlbəttə, yenilik deyil. Yenilik odur ki, artıq ATƏT-in Minsk qrupunun həmsədrləri səviyyəsində genişmiqyaslı münaqişə barədə bəyanat verilir. Erməni ictimaiyyətini həm də Rusiya - Azərbaycan münasibətlərinin istiləşməsi, Putinin Bakıya səfəri çox narahat edir.
Ermənistan mətbuatı bir sıra Rusiya ekspertlərinin çıxışlarına da yer verir. Bu ekspertlərin fikrincə, əgər indiki vəziyyətin dinc yolla həlli tapılmayacaqsa, geniş miqyaslı müharibə qaçılmazdır. "168 jam"ın yazdığına görə, görünür, Uorlik İrəvana ona görə gəlib ki, Ermənistan hakimiyyətinə gözlənilən fəlakət barədə xəbərdarlıq etsin. Doğrudan da, qorxu pis şeydir.
Bakı isə hesab edir ki, Qarabağda münaqişənin nizamlanmasının ləngiməsi, gerçəkdən, hərbi əməliyyatların gərginləşməsinə gətirə bilər. Bir çıxış yolu var və bunu Azərbaycan dövlətinin bahçısı İlham Əliyev də səsləndirib. "Çıxın evinizə gedin", - deyə o, Dağlıq Qarabağdakı işğalçı Ermənistan ordusuna üz tutaraq bildirib.
Düzdür, Azərbacyan əsgərlərinin gücünü öz üzərində hiss edən erməni ictimaiyyətində müəyyən barışıq təklifləri eşidilməkdədir. Məsələn, "Aravot" qəzeti Sorbonna universitetinin professoru Armen Mutafyanla müsahibəni dərc edib. O hesab edir ki, Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş rayonları Azərbaycana qaytarmaq lazımdır. Professorun fikrincə, bu, vəziyyətdən ən yaxşı çıxış yoludur.
Amma belə vacib məsələnin yarımçıq həlli olmur. İşğal etdikləri bütün əraziləri azad etməlidirlər. Ən başlıcası isə, erməni siyasətçilər anlamalıdırlar ki, Cənubi Qafqazda ikinci erməni dövlətinin yaradılması kimi sərsəm ideyadan birdəfəlik əl çəkilməlidir. Yəqin ki, bundan sonra toplar uzun müddət susacaqlar.
Yeri gəlmişkən onu da deyək ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 100 dəfə pozub.
Ermənistan Respublikasının Berd rayonunun Ayqepar, Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Çaylı, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Şıxlar, Baş Qərvənd, Kəngərli, Xocavənd rayonunun Kuropatkino kəndləri, Füzuli rayonunun Horadiz şəhəri, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.
Bu arada Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, ölkədə əhalinin 60 faizi işsizdir. Bu ilin ilk dörd ayında işsizliyin səviyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə orta hesabla 21 faiz artıb.
Beləliklə, cari ilin yanvarında işsizlərin sayı 2014-cü ilin yanvarı ilə müqayisədə çoxalaraq 19,5 faiz, fevralda 21,2 faiz, martda 20,7 faiz, apreldə isə 21,7 faiz olub.
Hazırda Ermənistanda rəsmi qeydiyyata alınan işsizlərin sayı 74 min nəfərdən çoxdur. Milli Statistika Xidmətinin Ermənistanda yoxsulluğun mənzərəsi və iş bazarının problemləri üzrə beş illik araşdırmalarının nəticələrinə görə, ölkədə hər 100 işsizdən 40-ı gəncdir. Ümumi işsizlər arasında 20-29 yaşlı insanlar üstünlük təşkil edir. Ermənistanda yeni iş yerlərinin yaradılması da mümkün deyil. Çünki ölkə iqtisadiyyatı tamamilə iflasa uğrayır. Vəziyyət o həddə çatıb ki, hətta mövsümi iş tapmaq çox çətindir.
Murad İbrahimli
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05