"Hamımız bu gündən ev sahibiyik"
09:27 13-06-2015
CƏMİYYƏT
"Hamımız bu gündən ev sahibiyik"
Əli Əliyev: "Çalışmalıyıq ki, qonaqlara "evimizin" üstünlüklərini çatdıraq"
VİP sədri Əli Əliyev rəsmi açılış mərasimi keçirilən I Avropa Oyunları ilə bağlı fikirlərini bildirib və hər kəsi ümummilli maraqlar müstəvisindən çıxış etməyə səsləyib.
Partiya sədrinin müraciətini təqdim edirik: "Bu gün uzun müddət haqqında mübahisələr aparılan, ətrafında spekulyasiyalar qurulan, mürəkkəbləşdirilən və siyasətə alət edilməsinə cəhd göstərilən ilk Avropa Yay oyunları nəhayət ki, başlayır. Müxtəlif yanaşmaların olmasını təbii saymaqla yanaşı, hamımıza- Dövlətə, Millətə faydalı olmasını mübahisə etmək belə istəmirəm. Azərbaycanın dünyaya tanıdılmasında, adımızın brendləşməsində, təbliğatımızda ziyanlı heç nə görmürəm. Daxili və kənar opponentlər 2 məsələni xüsusi qabardırlar: siyasi vəziyyət və izafi məsrəflər. Hər 2 məsələdə haqlı məqamlar olmamış deyil. Lakin daxili və xarici opponentlərin mövqelərinin üst-üstə düşməsi maraq doğurur. Apreore əminəm ki, bu normal hal deyil. Xarici qüvvələrin maraqlarımızı deyil, öz çıxarlarını güdməsi bəllidir. Onlara ölkənin daxilindən şəbəkələşmiş dəstək düzgün deyil. Heç bir normal müxalifət qüvvəsi ölkədə problemlərin olmasını inkar edə bilməz. Müşküllər çoxdur, lakin onların həlli ev sahibliyi etdiyimiz idman tədbirinin gözdən salınması bahasına başa gəlməməlidir. Belə yanaşma fürsətcillikdən başqa bir iş deyil. Bu gün möhtəşəm idman tədbiri start götürür. Biz hamımız bu gündən ev sahibiyik. Çalışmalıyıq ki, qonaqlar ölkəni tərk edənə qədər bacardığımız yerdə "evimizin" üstünlüklərini onlara çatdıraq. Hərə öz imkanı daxilində... Bizim adətlərimizə görə ailəyə qonaq gəldikdə, ailənin daxili problemləri ört-basdır edilir. Hansı birimiz məişətdə bu qaydaları gözləmirik? Hansı birimiz qonağa daxili problemləri nümayiş etdiririk? Yəqin ki, heç birimiz. Elə isə özümüzə kiçik miqyasda rəva bilmədiklərimizi, dövlət və millətə niyə tərcih etməyə təşəbbüs edirik? Gələn qonaq, qərəzli deyilsə, ailədaxili problemlərin nümayişinə necə baxar, kimi qınayar? Əlbəttə ki, qərəz yoxdursa, nümayişkarlıq edəni bəyənməz. Babalarımızdan misal çəkmək istərdim.
Ötən əsrin əvvəllərində ərazilərimizdə daşnak-erməni qırğınları tüğyan edəndə, Bakı qoçuları aralarındakı qan düşmənçiliyinə baxmayaraq, ümumi düşmənə güc gəlmək üçün bir araya gəlib, birləşdilər. "Düşmənə cavab verək, namusumuzu qoruyaq, sonra qan mübahisəsinə qayıdarıq"-deyiblər. Məgər biz həmin kişilərin törəmələri deyilik? 100 il qabaq türkəsayə babalarımız belə diplomatik sadəlikləri anlayıbsa, bizim "oxumuş və savadlı"nəslimiz nədən anlam nümayiş etdirmir. Fikrimcə, çağdaş dünyadakı amansız rəqabət, təbii sərvətlər uğrunda aparılan zahiri yumşaq mübarizə, alt qatda ötən əsrdəki savaşlardan daha qanlı və təhlükəlidir. Yeri gəlmişkən, oyunlar zamanı xarici canfəşanlıq da həmin iqtisadi maraqların təzahürüdür. Həmişə döğma saydığımız Türkiyəli qardaşlarımızdan, onların siyasi təcrübələrindən bəhrələnmək lazımdır. Yenicə sona çatmış parlament seçkilərindən dərhal sonra, bütün kəskin münasibətlərə və yanaşmalara rəğmən, Türkiyə naminə koalisyon axtarışlarına çıxan liderlər yalnız milli maraqları əsas götürür, önə çəkir, şəxsi ambisiya və simpatiyalarını içlərində boğurlar. Budur siyasətçi mövqeyi, budur bizlər üçün örnək və məktəb. Bu gün Oyunların açılış mərasiminə qatılırıq. Stadionda yer alacaq, oranı kənardan izləyəcək vətəndaşlarımız bu gün ev sahibidirlər. Stadionda olacaq və oranı kənardan izləyəcək milyonlarla əcnəbi bizə kənardan baxacaq və qiymət verəcək. Ola da bilər bu qiymət Torpaqlarımızı azad edən zaman ictimai nüfuz baxımdan karımıza gələcək. Belə olması üçün hamımız birlik nümayiş etdirməliyik. Kənardan biz iqtidar və ya müxalifət kimi görünmürük. Bizi hamı Azərbaycanlı qismində görür. Ona görə də xaricə bir olduğumuzu nümayiş etdirməliyik. Bunun üçün ən böyük fürsət, dünyanın baxacağı açılış mərasimində möhtəşəm himn ifası ola bilər. Stadionda olacaq bütün həmvətənlərimizə müraciət edirəm ki, himnimiz səsləndiriləndə utanmadan, yüksək tembrlə dahi Üzeyir bəylə Əhməd Cavadın Milli marşını ifa etsinlər. Əminəm ki, bədxahlara və düşmənlərə ən yaxşı cavab stadionun himn sədaları olacaq".
Q.Gərayzadə
Digər Xəbərlər
2024-11-27 13:51:44
2024-11-27 13:45:22
2024-11-27 13:34:49
2024-11-27 13:22:49
2024-11-27 13:19:08
2024-11-27 12:39:18
2024-11-27 11:29:13
2024-11-27 11:24:20
2024-11-27 11:15:59
2024-11-27 10:32:39
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:19:14
2024-11-27 08:50:28