Avropa oyunlarında iştirak edən prezidentlər Qarabağı müzakirə edəcək?
09:30 13-06-2015
CƏMİYYƏT
Avropa oyunlarında iştirak edən prezidentlər Qarabağı müzakirə edəcək?
Rusiya prezidenti Putinlə Türkiyə lideri Ərdoğan arasında regional problemlərin müzakirəsi gözlənilir
Bakıda artıq startı verilən I Avropa Oyunlarının ölkəmizin taleyüklü problemlərinin həlli baxımından da əlverişli fürsət rolunu oynayacağı istisna deyil. Əvvəla, bu beynəlxalq tədbirə ölkəmizin yüksək səviyyədə ev sahibliyi etməsi Azərbaycanın onsuz da müsbət olan imicinə əlavə dəyərlər qatacağı şübhəsizdir.
Digər tərəfdən isə oyunlarda iştirak etmək məqsədilə Bakıya toplaşacaq dünya liderlərindən Qarabağ probleminin həlli istiqamətində müəyyən addımların atılacağı ilə bağlı gözləntilər də kifayət qədər yüksəkdir.
Bu baxımdan "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun Rusiya və Türkiyə prezidentlərinin Bakıya gözlənilən səfəri ilə bağlı səsləndiridyi fikirlər olduqca maraqlıdır. Politoloqun sözlərinə görə, səfərin məqsədi kimi I Avropa Oyunlarının açılışı eılan edilsə də, əsas məqsəd tammailə başqadır:
"Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Təyyub Ərdoğan Avropa Olimpiya oyunlarının açılışına qatılmaq üçün Bakıya gəlirlər. İdman tədbiri öz yerində, amma liderlərin digər mövzularda da bir araya gələcəyi gözlənilir. 3 dövlətin lideri arasında regional mövzuları müzakirə etmək üçün yaxşı fürsət yaranıb. Liderlərin ikili və ya üçlü görüşündə müzakirə olunacaq əsas 3 sual bunlardır:
1. Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli və işğal faktının ortadan qaldırılması məqsədilə Ermənistana təsir etməyə hazırdırmı? 2.Bunun müqabilində Azərbaycan Kremlin istəyi ilə Avrasiya İqtisadi Birliyinə üzv olacaqmı? 3. Azərbaycan və Türkiyə Türkmənistan qazının Xəzərin dibi ilə Avropaya çatdırılması və çatdırılmaması məsələsində Rusiyanın maraqlarını nəzərə alacaqlarmı? Önəmli olan Qarabağdır, Putin bu problemin həllində real addım atacaqsa, Azərbaycan və Türkiyə digər iki məsələdə Rusiyanın maraqlarını nəzərə almağa hazır olacaqlar".
Orxan
Digər Xəbərlər
2024-11-27 13:51:44
2024-11-27 13:45:22
2024-11-27 13:34:49
2024-11-27 13:22:49
2024-11-27 13:19:08
2024-11-27 12:39:18
2024-11-27 11:29:13
2024-11-27 11:24:20
2024-11-27 11:15:59
2024-11-27 10:32:39
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:19:14
2024-11-27 08:50:28