Bahar Muradovadan Avropa Parlamentinə cavab
08:07 17-06-2015
CƏMİYYƏT
Bahar Muradovadan Avropa Parlamentinə cavab
Milli Məclisin sədr müavini: "Qoyun, bir-birlərini sevsinlər"
"Azərbaycan müstəqil, demokratik bir dövlətdir. Biz də bu və ya digər ölkələrdəki vəziyyətlərlə bağlı dinləmələr keçirə bilərik. Hansısa bir aktrisanın, şou nümayəndəsinin şəkli əks olunmuş paltar geyinənlər heç bir uğura nail ola bilməyəcəklər".
Bunu açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova Avropa Parlamentində Azərbaycan qarşı keçirilən dinləmələrə münasibət bildirərkən deyib. Vitse-spiker qeyd edib ki, bəzi avropalı deputatların Leyla Yunus və Xədicə İsmayılın şəkillərini sinələrinə asmaları arqumentsizlikdən irəli gəlir.
"Öz maraqlarına uyğun olaraq siyasi məhbus adlandırdıqları şəxslərin şəkillərini sinələrinə asmaları onların gələcək kariyeralarına hansısa bir siyasi divident gətirəcəyini düşünmürəm. Bu sadəcə olaraq Azərbaycana zidd dairələrin qarşısında götürülən öhdəliklərin yerinə yetirilməsi kimi təqdim olunmalıdır. Hazırda onlar başqa bir arqument tapa bilmədikləri üçün saxta cəhdlərə əl atırlar. Bütün bunlar da müvəqqəti xarakter daşıyır.
Onların şəkillərini sinələrinə asdılar. Nəticədə nə baş verdi? Azərbaycan əleyhinə bütün neqativ fikirləri söylədilər. Bununla nə dəyişdi ki? Bu əməllərin heç bir siyasi və hüquqi gücü yoxdur. Onlar Dilqəm və Şahbazın şəkillərini sinələrinə asaraq bu addımı atsaydılar daha inandırıcı və səmimi görünə bilərdi".
B. Muradova qeyd edib ki, bu gün öz ölkəsinin qanunlarını pozan şəxslərin şəkillərini sinələrinə asmaq böyük qəhrəmanlıq deyil: "Ona görə də mən həmin insanları həddindən artıq səbatsız və səriştəsiz hesab edirəm. 630 nəfərdən artıq üzvü olan Almaniya və Avropa Parlamenti üçün 30-35 nəfərin Leyla Yunus və Xədicə İsmayıl sevgisi heç nəyi dəyişmir. Biz də bu sevgilərin ümumi standartlardan kənar sevgilər olduğunu bilirik. Qoyun, onlar bir-birilərini sevsinlər".
"Emin Hüseynovun Bakıda sığındığı İsveçrə səfirliyini tərk etməsi Azərbaycanla bu ölkə arasında fikir ayrılığının yaranmasına səbəb ola bilməz". Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən vergidən yayınmaq və digər iqtisadi cinayətlərdə ittiham olunan Emin Hüseynovun ölkəni tərk etməsinə münasibət bildirərkən deyib.
Vitse-spiker qeyd edib ki, Emin Hüseynov məsələsi hər iki dövlət arasında strateji müttəfiqliyə xələl gətirə bilməz: "Emin Hüseynovun bir müddət öncə səfirliyə sığınması Avropa dövlətləri arasında öz mövqeyi olan və müstəqil siyasət yeridən İsveçrə ilə Azərbaycan münasibətlərinə xələl gətirmək məqsədi güdürdü. Amma onlar bu məsələdə də yanıldılar. Çünki istər Avropada, istərsə də Azərbaycanda hər hansı bir şəxsin dövlətimizə qarşı müəyyən fəaliyyət həyata keçirməsi hər iki ölkə arasındakı strateji müttəfiqliyə xələl gətirə bilməz. Azərbaycan qüdrətli bir dövlətdir. Möhtəşəm bir siyasət həyata keçirir. Bütün bunların qarşısında Emin Hüseynov çox cılız görünür. O, Azərbaycan üçün kimdir ki?
Emin Hüseynov kimilərinin harada yaşamaları və fəaliyyət göstərmələri belə əhəmiyyət kəsb edirsə, qoy, həmin ölkə özü bu işlə məşğul olsun. Çünki bu məsələ onlara da xeyir gətirməyəcək".
B.Muradova Emin Hüseynov mövzusunun Azərbaycan üçün bağlandığını deyib. "Bu günə qədər Emin Hüseynovun səfirlikdə gizlənməsi onların öz işinə əngəl törədirdi. Müəyyən mənada səfirliyin özü narahatlıqlarla üz-üzə qalırdı. Bu fəaliyyəti həyata keçirməklə onlar öz narahatlıqlarına son verəcəklərini düşünürdülər".
Xatırladaq ki, Emin Hüseynov Avropa oyunlarının açılış mərasimində iştirak etmək üçün Bakıya gələn İsveçrənin xarici işlər naziri Didye Burkhalterin müşayiəti ilə Azərbaycanı tərk edib. O, uzun müddət idi ki, İsveçrənin Bakıdakı səfirliyində gizlənirdi.
Hafiz Əhmədov
Digər Xəbərlər
2024-11-27 13:51:44
2024-11-27 13:45:22
2024-11-27 13:34:49
2024-11-27 13:22:49
2024-11-27 13:19:08
2024-11-27 12:39:18
2024-11-27 11:29:13
2024-11-27 11:24:20
2024-11-27 11:15:59
2024-11-27 10:32:39
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:19:14
2024-11-27 08:50:28