Şəmsəddin

Şəmsəddin Hacıyev özünə yeni müavin gətirdi

YAP Səbail rayon təşkilatının İdarə Heyəti və Şura üzvlərinin yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının İdarə Heyəti və Şura üzvlərinin yığıncağı keçirilib. Yığıncaqda YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsindən, Azərbaycan idmançılarının uğurlu çıxışlarından danışıb.

Sonra gündəlikdə duran məsələlərə baxılıb. Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının X konfransının yekunları barədə müzakirə aparılıb. İclasda Muxtar Nağıyev YAP Səbail rayon təşkilatı sədrinin birinci müavini seçilib.
Sonra X konfransda seçilən Şura üzvləri arasında iş bölgüsü təsdiq edilib, təşkilatın prioritetlərinə, YAP üzvlük vəsiqəsinin bərpası barədə müraciətə baxılıb. Həmçinin hüquq-mühafizə orqanlarında işə keçmə ilə əlaqədar YAP-dakı siyasi fəaliyyətin dayandırılması barədə müraciətlər müzakirə edilib, yeni yaradılan "339 saylı oxu zalı" ilk ərazi təşkilatı təsdiq olunub və digər məsələlərə baxılıb.