"AŞPA-da qeyri-obyektiv tənqidlərə kəskin cavablar verəcəyik"
11:59 21-06-2015
CƏMİYYƏT
"AŞPA-da qeyri-obyektiv tənqidlərə kəskin cavablar verəcəyik"
Səməd Seyidov: "Reallığı əks etdirən məqamlara təbii ki, normal yanaşmaq lazımdır"
"Avropa Şurası Parlament Assambleyasının qarşıdan gələn sessiyasında "Azərbaycanda demokratik institutların fəaliyyəti" adı altında məruzənin dinlənilməsi, Azərbaycanla bağlı Monitorinq Komitəsində müzakirələrin planlaşdırılması, eləcə də Azərbaycan nümayəndə heyətinin sessiyaya öz yeni fikirləri və təklifləri ilə getməsi baxımından bu sessiya bizim üçün daha əhəmiyyətlidir və ciddi məsələlərlə zəngin olacaq".
Bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. S. Seyidov sessiyada Azərbaycana qarşı qeyri-obyektiv tənqidlərin səslənməsinə hazırlaşdıqlarını bildirib: "Bilirik ki, müxtəlif qüvvələr, xüsusilə də erməni lobbisinin dəstəyi ilə Azərbaycana qarşı həqiqətdən uzaq məlumatların yayılması ilə məşğuldurlar. Biz buna qarşı müxtəlif addımlar, çıxışlar hazırlayırıq".
S. Seyidov qeyd edib ki, Azərbaycanla bağlı hazırlanmış məruzənin ilkin variantı artıq ondadır və hazırda üzərində təhlillər aparılır: "Məruzədə xeyli tənqidi məqamlar var. Reallığı əks etdirən məqamlara təbii ki, normal yanaşmaq lazımdır. Amma o məqamlar ki, qeyri-obyektivdir, ikili standartlardan ibarətdir, onlara qarşı biz kəskin mövqeyimizi bildirəcəyik. Eyni zamanda, məruzədə çox vacib bir məsələ də var. Orada Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı ilə bağlı məqamlar mövcuddur. Bu məsələni biz dəstəkləyəcəyik ki, məruzə qəbul olunsa, bu fikirlər sənəddə qalsın. Amma biz bilirik ki, Ermənistan tərəfi yalanlar yayıb, hansısa məsələləri dəyişdirməyə cəhd edəcək. Ona görə bu məsələdə də işimizi möhkəm tutmuşuq".
Nümayəndə heyətinin rəhbəri sessiyaya müəyyən təkliflərlə gedəcəklərini söyləyib: "Əsas fikirlərimiz Azərbaycana qarşı müxtəlif dairələr, erməni lobbisi tərəfindən aparılan qarayaxma kampaniyası ilə bağlıdır. Bildirəcəyik ki, Avropada, bəzi beynəlxalq təşkilatlarda başlanan bu kampaniyalar, Azərbaycanın inkişafının göstərilməməsi, Azərbaycanın Avropa dəyərlərini mənimsəməsinin qəbul edilməməsi, Azərbaycanın Avropanın istədiyi şəkildə millətlərarası münasibətləri yüksək səviyyədə təşkil etməsinin inkar olunması qərəzlidir. Azərbaycan Avropanın cavab verə bilmədiyi suallara cavab verir. Millətlərarası münasibətlər, iqtisadi inkişaf, qaçqın və köçkünlərə münasibəti ilə bunu edir. .Bunu Azərbaycan tək bacarır. Amma Avropa özü yaratdığı problemlər qarşısında aciz qalıb. Afrikada, Yaxın Şərqdə, Avropada qaçqınlar pis vəziyyətdədir. Amma Azərbaycan bütün bunları bacarmasına baxmayaraq, Avropadakı bəzi qüvvələrin təzyiqinə məruz qalır. Bax, biz bunun aradan qaldırılması üçün iradlarımızı, təkliflərimizi bəyan edəcəyik".
Mübariz Aslanov
Digər Xəbərlər
2024-11-27 13:51:44
2024-11-27 13:45:22
2024-11-27 13:34:49
2024-11-27 13:22:49
2024-11-27 13:19:08
2024-11-27 12:39:18
2024-11-27 11:29:13
2024-11-27 11:24:20
2024-11-27 11:15:59
2024-11-27 10:32:39
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:19:14
2024-11-27 08:50:28