Sumqayıtdan qaçqınlar köçürülür
Bakı-Xırdalan-Sumqayıt dəmir yolunun əsaslı təmiri çərçivəsində "Sumqayıt Sərnişin" stansiyasında məskunlaşan qaçqınlar ərazidən köçürüləcəklər.
Bunu "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib: "Artıq onlarla razılıq əldə olunub, yaxın günlərdə onların köçürülməsi həyata keçiriləcək. Stansiyada yaşayan 40 ailənin hər birinə təxminən 30 min manat həcmində vəsait ayrılıb".
"Bundan sonra, stansiyada yenidənqurma işləri həyata keçiriləcək. Bakı-Xırdalan-Sumqayıt dəmir yolu sahəsində 63 km yol çəkilməlidir, onun 52 kilometri artıq çəkilib. Hazırda "Keşlə", "Bakı Sərnişin", əsasən də "Sumqayıt Sərnişin" stansiyalarında iş aparılır. Sonuncuda yeni iki paltforma qurulmalıdır. Çünki ikimərtəbəli hündür qatarlarda sərnişinlərin daha rahat qalxıb-düşməsi təmin edilməlidir. Həmçinin, yeraltı keçid tikilir, abadlıq işləri görülür", - deyə N.Əzməmmədov əlavə edib.
Qeyd edək ki, hazırda Bakı Sərnişin-Keşlə-Xırdalan-Güzdək-Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt stansiyasına hərəkət etmək üçün 1,65 km uzunluğunda yeni birləşdirici yol tikiləcək və bununla da qatarlar Sumqayıta girəcək. Bundan əlavə, stansiyada elektrik təchizatı və rabitə siqnalizasiya sistemi də yenilənməlidir.
Bakı-Xırdalan-Sumqayıt dəmir yolu paytaxtla Sumqayıt arasında yollarda müşahidə olunan sıxlığı aradan qaldırmaq, sərnişinlərin sürətli daşınmasını həyata keçirmək üçün, yəni Suqmayıtdan qatara minən sərnişinin birbaşa Bakının mərkəzinə ("28 May" m/st.) hərəkət etməsinə imkan yaradacaq. Bu yolda sərnişin 40 dəqiqəyə Bakıda Sumqayıta və əks istiqamətdə hərəkət edəcək.
Dəmir yolunda şəhərlər arasında hərəkətin təşkilinə dair tarifin müəyyən edilməsi məqsədilə "Azərbaycan Dəmir Yolları" QSC Tarif Şurasına müraciət etməyə hazırlaşır. N.Əzməmmədov bildirib ki, hazırda monitorinq aparılır, təkliflər hazırlanır: "İnsanların sosial vəziyyətinə uyğun tarifin müəyyən olunacağı gözlənilir".
"Azərbaycan Dəmir Yolları" layihənin tez bir zamanda bitməsini hədəfləyib. Bakı-Xırdalan-Sumqayıt dəmir yolu istiqamətində "Stadler Rail Group" şirkətinin "Stadler Minsk" zavodunda istehsal olunmuş "KISS" markalı elektrik qatarları işləyəcək. Qatarların hər birində 4 vaqon var. Ümumi sərnişin tutumu 919 nəfər olan hər bir qatarda 396 oturacaq var ki, onlardan da 84-ü biznes-klassdır.
Qeyd edilənlərlə yanaşı fiziki qüsurlu insanların da hərəkəti üçün müvafiq şərait nəzərdə tutulub.
Digər Xəbərlər
2024-11-27 13:51:44
2024-11-27 13:45:22
2024-11-27 13:34:49
2024-11-27 13:22:49
2024-11-27 13:19:08
2024-11-27 12:39:18
2024-11-27 11:29:13
2024-11-27 11:24:20
2024-11-27 11:15:59
2024-11-27 10:32:39
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:19:14
2024-11-27 08:50:28