Azərbaycanda şagirdləri yay sürprizi gözləyir
Təhsil Nazirliyi yay məktəblərinin təşkilini planlaşdırır
Bakıda bütün məktəblilər yay tətilinə çıxıblar. İndi məktəblilər 80 gündən çox məktəbdən kənar qalacaqlar. Bəs bu qədər vaxt ərzində yeniyetmələr nə ilə məşğul olacaq?
Hamı yaxşı bilir ki, əvvəllər sovet dövründə heç bir şagird yay tətilində vaxtını boş keçirmirdi. Həmin dövrdə şagirdlər üçün yay tətili müddətində onların müəyyən həcmdə qazanc əldə etməsi üçün "Şagird İstehsalat Briqadası" adlı müxtəlif düşərgələr təşkil olunardı. Bu briqadaların sayəsində şagirdlər müəyyən əmək qabiliyyətinə, müxtəlif əmək vərdişlərinə yiyələnir və eyni zamanda əmək haqqı alırdılar. Təəssüf ki, indi müasir və zəngin Azərbaycanda belə briqadalar, düşərgələr yox dərəcəsindədir.
Ekspertlər isə hesab edirlər ki, Sovet dövründəki praktikdan istifadə edilməlidir. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, yay tətilində şagirdlərin istirahətini təşkil etmək üçün bütün hallarda bu cür düşərgələrin yaradılmasına ehtiyac var: "Bu işlə bağlı birmənalı şəkildə yalnız bir qurum deyil, bir neçə qurum məşğul olmalıdır. Yəni şagirdlərin yay mövsümündə işinin təşkili ilə bağlı Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İdman və Gənclər Nazirliyi məşğul olmalıdır. Ona görə də işin təşkili olduqca vacibdir, çünki söhbət təkcə yay mövsümündə şagirdlərin yay tətilini daha səmərəli keçirməsindən gedir. Bu baxımdan sovet dövründə olduğu kimi bu işin tətbiqinə ehtiyac var".
Qeyd edək ki, bütün dünyada, MDB dövlətlərində, hətta bizə yaxın olan Türkiyə, Rusiya, İran, Gürcüstanda nəinki tələbələr, eləcə də şagirdlər üçün təkcə yay mövsümündə deyil, ilin bütün fəsillərində şagirdlərin maraq dairəsindən asılı olaraq düşərgələr təşkil edilir.
Təhsil üzrə ekspert Etibar Əliyev bildirib ki, şagirdlər həmin düşərgələrdə kompüter biliklərindən tutmuş müxtəlif cür aksiyalarda iştirak edirlər: "Həmin layihələrin təşkilatçılarının böyük əksəriyyəti şagirdlərləri kompüter, internet, yaşayış yeri, qida və bir çox hallarda nəqliyyata çəkiləcək xərclərlə də təmin edirlər. Hətta Avropanın bir sıra ölkələri sırf keçmiş sovet respublikalarının şagirdləri üçün xüsusi layihələr təşkil edirlər. Burada uşaqlar işləyib əmək haqqı almaqla yanaşı, həm də dil bilikləri, ünsiyyət qurmaq, cəmiyyətə inteqrasiya olunmağı öyrənirlər".
Ekspert hesab edir ki, Təhsil Nazirliyi Azərbaycanın rayonlarında və Bakıda çoxsaylı düşərgələrin yaradılması üçün tədbirlər görülməlidir. "Uşaqlar məktəbi başa vuran kimi dərsliklər də əllərindən alınır. Indiki dövrdə əhali arasında cibbi təbəqələşmə var. Varlı təbəqəyə məxsus uşaqlar tətili yaxşı keçirir. Kasıb ailələrin övladlarının pullu istirahətləri üçün imkanları yoxxdur. Ona görə də, şagirdlər tətili başa vurduqdan sonra təhsillərini yorğun halda davam etdirirlər. Onların beyinlərində eyni problem olur. Psixoloqlar və pedaqoqlar da belə qənaətə gəliblər ki, yay dövründə, isti havada şagirdlərin istirahəti onların növbəti mərhələdə uğur qazana bilsinlər", - deyə Etibar Əliyev bildirib.
Təhsil Nazirliyindən isə bildirilir ki, artıq bu məsələ aktual olaraq müzakirə olunur və nəticələr də var. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, bununla bağlı Təhsil Nazirliyi Təhsil üzrə Dövlət Strategiyasında qeyd olunduğu və nəzərdə tutulduğu kimi addımlar atmağı düşünür. "Bununla bağlı nazirliyin nümayəndələri xarici ölkələrin təcrübələrini öyrənmək üçün səfər ediblər. Oradakı vəziyyəti öyrənmək üçün təcrübə keçiblər. Həmin təcrübənin ölkəmizdə tətbiq edilməsi istiqamətində işlər gedir. Yaxın gələcəkdə məktəblilərin yaya istirahət mərkəzləri yaraılması üçün tədbirlər görüləcək", - deyə Cəsarət Valehov bildirib.
Nazirlik rəsmisinin sözlərinə görə, bu təkcə məktəblilərin əyləncəsi kimi deyil, onların boş vaxtlarda təhsil sahəsinə marağını artırmaq və gələcək təhsil ilinə hazırlamaqdır: "Hazırda da Bakıda və ölkənin digər rayonlarında yay məktəbləri, yay düşərgələri təşkil edir. Məsələn iyun ayının birindən 10-na qədər Şüvəlan qəsəbəsində yerləşən Makarenko adına humanitar fənlər təmayüllü məktəbdə yay düşərgəsi təşkil edilmişdi. Buraya 50 şagird cəlb edilmişdi. Burada təhsil ilini uğurla başa vuran şagirdlərin istirahətlərini maraqlı və səmərəli keçirməyi təşkil etdik. Bu pilot layihəsi kimi təşkil edildi. Bundan sonra da, gəlcəkdə belə yay düşərgələri təşkil ediləcək. Bu ödənişi deyil və bilavasitə Təhsil Nazirliyi tərfəindən keçirilib".
Cəsarət Valehov onu da vurğulayıb ki, bundan başqa da, ayrı-ayrı ümumtəhsil məktəblərində müxtəlif layihələr çərçivəsində tətil müddərində yay məktəbləri təşkil olunacaq.
"Yay məktəbləri dövründə şagirdlər müxtəlif ekskursiyalara aparılacaq. Eləcə də "Ölkəmizi tanıyaq" adı altında gerçəkləşdirilən info-turlar təşkil olunacaq", - deyə Cəsarət Valehov bildirib.
Ziya Babayev
Digər Xəbərlər
2024-11-27 13:51:44
2024-11-27 13:45:22
2024-11-27 13:34:49
2024-11-27 13:22:49
2024-11-27 13:19:08
2024-11-27 12:39:18
2024-11-27 11:29:13
2024-11-27 11:24:20
2024-11-27 11:15:59
2024-11-27 10:32:39
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:19:14
2024-11-27 08:50:28