Bəzi dövlət qurumlarına sərt tənqid
10:06 23-06-2015
CƏMİYYƏT
Bəzi dövlət qurumlarına sərt tənqid
Bəhram Xəlilov onları nədə günahlandırdı?
"Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsinin son variantını Nazirlər Kabinetinə təqdim etmişik. Belə məcəllə, səhv etmirəmsə iki və ya üç ölkədə var. Biz istəyirik ki, Azərbaycanında da Dövlət Qulluğu Məcəlləsi olsun". Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov deyib.
Komissiya sədri bildirib ki, məcəllə qəbul olunacağı təqdirdə Dövlət Qulluğu sahəsində böyük irəliləyiş əldə olunacaq. B.Xəlilov qeyd edib ki, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə bəzi dövlət orqanları ciddi yanaşmayıb: "Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi hətta inkişaf etmiş ölkələrdə risklə qarşılanır. Biz bu işin vacibliyini nəzərə alıb təlimlər keçirdik və Azərbaycana uyğun olan təcrübəni tətbiq etdik. Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları 2011-ci ildə təsdiqlənib. Bu işdə müəyyən qədər subyektivlik var. Hazırda bütün dövlət orqanlarında qiymətləndirmə aparılır. Hansı dövlət orqanları bu işə ciddi yanaşıb, hansı ciddi yanaşmayıb - bu barədə mənim məlumatım var. Adını açıqlamayacağam, bir icra hakimiyyətində dövlət qulluqçularının xidməti fəaliyyətinin ən aşağı qiyməti 5 ballıq sistemdə 4,6 balla qiymətləndirilmişdi. Bu, qeyri-mümkündür. Deməli, onlar bu işə ciddi yanaşmayıblar. Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi asan məsələ deyil. Bu bizə ilk növbədə dövlət qulluqçularının güclü və zəif tərəflərini müəyyən etməyə imkan verir. Qiymətləndirmə isə karyera yüksəlişi üçün vasitədir. Bu işdə kimin kimdənsə xoşu gəlmir prinsipi ilə hərəkət etmək olmaz".
Komissiya sədri onu da əlavə edib ki, dövlət qulluğu sahəsində etik davranışla bağlı müəyyən problemlər var: "Biz vətəndaşlara xidməti yüksək səviyyədə göstərməliyik. Dövlət qulluğu ilə bağlı standartlar var və hər kəs bu standartlara əməl etməlidir. Vətəndaşlar xidmətdən məmnun qalmalıdırlar. Təəssüf ki, bu məsələdə çoxlu problemlər var. İnanıram ki, gələcəkdə bu sahədə problemlər azalacaq".
Digər Xəbərlər
2024-11-27 13:51:44
2024-11-27 13:45:22
2024-11-27 13:34:49
2024-11-27 13:22:49
2024-11-27 13:19:08
2024-11-27 12:39:18
2024-11-27 11:29:13
2024-11-27 11:24:20
2024-11-27 11:15:59
2024-11-27 10:32:39
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:19:14
2024-11-27 08:50:28