Rüstəm İbrahimbəyova YAP-dan cavab
09:59 24-06-2015
CƏMİYYƏT
Rüstəm İbrahimbəyova YAP-dan cavab
Siyavuş Novruzov: " Əgər ermənilər düşmən deyillərsə, onda başqa planetdən gəlib tutublar bizim torpaqlarımızı?"
"Rüstəm İbrahimbəyovun həmişə ermənilərə münasibəti yaxşı olub. Azərbaycan ziyalılarının Rüstəm İbrahimbəyova qarşı tənqidi çıxışlarının həmişə mərkəzində o durub. Vaxtilə o, müsahibəsində demişdi ki, ermənilərin Bakıdan getməsi nəticəsində Azərbaycanın mədəni səviyyəsi aşağı düşüb. Azərbaycan xalqına qarşı belə yanaşması ermənilərlə dostluğu ilə əlaqədardır. O, uşaqlıqdan bu günə qədər ermənilərlə dostluq edib".
Bu sözləri millət vəkili Siyavuş Novruzov deyib. "Vaxtilə Milli Şuranın sədri idi. İndi isə fəxri lideridir. Milli Şura ideyası da xaricdən ixrac olunmuşdu. Onun arxasında erməni lobbisi, ermənilər dayanırlar. Bu gün də onların maliyyəsi hesabına həmin təşkilat fəaliyyət göstərir. Milli Şuranın özü də bu gün Rüstəm İbrahimbəyovu müdafiə edir. İlk Avropa Oyunlarının əleyhinə olan son hadisələr dünyada ermənilər, erməni lobbisi, Azərbaycanda isə AXCP və Milli Şuradır. Buradakı paralellik göstərir ki, onlar eyni mənbədən istiqamətləndirilirlər", - o əlavə edib.
Novruzovun sözlərinə görə, dövlətimiz Dağlıq Qarabağda yaşayan ermənilərə Azərbaycan vətəndaşı kimi imkanlar təklif edir.
"Çünki orada yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdır. Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, onlar da həmin hüquqlara malik olacaqlar. Məsələ sülh yolu ilə həll olunarsa, bu təklif öz qüvvəsində qalacaq. Əgər sülh yolu ilə razılaşmırlarsa, digər üsulla problem həll olunacaqsa, sabah həmin təkliflər qüvvədən düşəcək", - Novruzov vurğulayıb.
"Biz həmişə deyirik ki, nə ermənilər buradan köçüb gedəndirlər, nə də azərbaycanlılar. Bundan sonra da əsrlər boyu qonşu kimi yaşayacağıq. Bu məsələ nə qədər tez həll olunarsa, qarşılıqlı etimad bir o qədər tez yaranar. Almaniya ilə Fransa arasında da, Almaniya ilə Rusiya arasında da o cür müharibələr olub, milyonlarla insanlar ölüb. Sonradan sülh bağlanıb və insanlar yavaş-yavaş münasibətlər qurublar. Amerika ilə Yaponiya və yaxud Amerika ilə Vyetnam da vaxtilə müharibə ediblər. Ancaq bu gün Amerika şirkətləri Vyetnamda fəaliyyət göstərirlər. Bunlar tamam başqa məsələlərdir", - millət vəkili bildirib.
Siyavuş Novruzov hesab edir ki, Rüstəm İbrahimbəyovun "ermənilər düşmən deyil" fikri isə tamam başqadır.
"Əgər ermənilər düşmən deyillərsə, onda başqa planetdən gəlib tutublar bizim torpaqlarımızı? Xocalı soyqırımını kim törədib? O qədər qaçqın və məcburi köçkün kimin hesabınadır? 20 mindən artıq insan şəhid olub. Onlar öz-özünə şəhid olublar? Rüstəm İbrahimbəyovun yanaşması qüsurludur", - deyə o qeyd edib. Onun sözlərinə görə, sülh müqaviləsi bağlanarsa, tədricən, illər sonra münasibətlər bərpa oluna bilər.
Teymur Hacıyev
Digər Xəbərlər
2024-11-27 13:51:44
2024-11-27 13:45:22
2024-11-27 13:34:49
2024-11-27 13:22:49
2024-11-27 13:19:08
2024-11-27 12:39:18
2024-11-27 11:29:13
2024-11-27 11:24:20
2024-11-27 11:15:59
2024-11-27 10:32:39
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:19:14
2024-11-27 08:50:28