Azərbaycanın məşhur şirkətində maaş qalmaqalı
10:03 24-06-2015
CƏMİYYƏT
Azərbaycanın məşhur
şirkətində maaş qalmaqalı
Şok ittiham: "Azİmport"a görə fəhlələr parkda yatır"
"Bayraq meydanı" ətrafında yaranan qalmaqal, eləcə də Bakıda çox sayda binanın sökülərək, yenidən inşa edilməsində qanunsuzluqlarla gündəmə gələn "Azİmport" şirkəti 540 nəfərin əməkhaqqını ödəmir. Bu barədə şirkətin Bayıl ərazisində abadlıq işləri aparan briqadalarından birinin rəhbəri Elşən Əliyev bildirib.
Elşən Əliyevin sözlərinə görə, SOCAR-ın elan etdiyi tenderdə "Azİmport" qalib gəlib: "Bayılda Şanxay adlanan ərazidə bütün abadlıq işlərini biz aparmışıq. Ancaq 4 aydan artıqdır ki, maaşlarımızı ala bilmirik. Elə işçilər var ki, parkda yatmaq məcburiyyətində qalıb. Əksəriyyəti rayonlardan gələn işçilərdir, hamısının ailəsi, uşaqları var".
Maaşların az hissəsinin ödənildiyini deyən Elşən Əliyev vurğulayıb ki, SOCAR-a müraciət edildikdə tenderi udan şirkət kimi vəsaitin Azİmportun hesabına köçürüldüyü bildirilib: "Məcbur qalıb borca 30 min manat pul götürmüşəm. İşçilərin hərəsinə bir az pul paylamışam, amma bu problemləri həll etmir. Kimə müraciət edəcəyimizi, hara gedəcəyimizi bilmirik".
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının (NHMT) sədri də qalmaqalla bağlı facebook-dakı səhifəsində maraqlı məlumat paylaşıb: «Azİmport" şirkətindən zəng etmişdilər. Dedilər, bu şirkət ARDNŞ ilə müqavilə əsasında Bayıl qəsəbəsində abadlıq işləri aparır. Bu məqsədlə də 540 nəfər işçi qəbul ediblər. İşçinin verdiyi məlumata görə onlarla əmək müqaviləsi bağlanmayıb. 5 aydır ki, onlara əmək haqqı verilmir. Arada onlara nağd formada az miqdarda pul ödənilib. Deyilənlər həqiqətdirsə, onda bu şirkətə qarşı cinayət işi qaldırılmalıdır (vergidən yayınma, işçinin məcburi əməyə cəlb olunması, sosial ödənişlərdən yayınma və s.)".
Onu da deyək ki, «Azİmport" şirkətinin rəsmi saytında onun haqqında belə məlumat verilir: ««Azİmport" MMC tikinti şirkəti bazarda 2004-cü ildən etibarən fəaliyyət göstərir və Azərbaycan Respublikasının ən böyük tikinti şirkətlərindəndir. Şirkətin inkişaf etmiş infrastrukturu layihə sənədlərinin hazırlanması mərhələsindən başlayaraq obyektin istismara verilməsinə qədər bütün işlər kompleksinin keyfiyyətli yerinə yetirilməsinə şərait yaradır. Bu illər ərzində "Azİmport" " şirkəti mühəndis-inşaatçılardan, memarlardan və memar-dizaynerlərdən ibarət olan peşəkarlar komandasını işə cəlb etmişdir. Müasir avadanlığa malik olan, ən yaxşı materiallardan və müasir yerli və xarici texnologiyalardan istifadə edən şirkət qısa müddət ərzində işlərin yüksək keyfiyyətlə yerinə yetirilməsinə zəmanət verir. İstənilən konstruktiv mürəkkəbliyə malik olan işləri həyata keçirən şirkət Bakı şəhərinin abadlaşdırılmasına öz tövhəsini verir".
Şirkətin özü haqqında bu rəsmi məlumatında yer alan cümlələrdə həqiqət payının nə qədər olduğunu demək çətindir. Amma fakt budur ki, «Azİmport"un adı son vaxtlar qalmaqallı xəbərlərdə keçir.
Elvin
Digər Xəbərlər
2024-11-27 13:51:44
2024-11-27 13:45:22
2024-11-27 13:34:49
2024-11-27 13:22:49
2024-11-27 13:19:08
2024-11-27 12:39:18
2024-11-27 11:29:13
2024-11-27 11:24:20
2024-11-27 11:15:59
2024-11-27 10:32:39
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:19:14
2024-11-27 08:50:28