Paris 2024 Yay Olimpiya Oyunlarını keçirtmək üçün - rəsmi müraciət etdi
Fransanın paytaxtı 2024 yay olimpiya oyunların ev sahibliyi etmək üçün rəsmən müraciət edib.
Qeyd edək ki, şəhərin oyunlara ev sahibliyi etməsi məsələsi bu ilin aprel ayında Paris Şurası tərəfindən qəbul edilib. Lakin rəsmi müraciət 23 iyun – Beynəlxalq Olimpiya Komitəsinin yaranması günü baş tutub.
Xatırladaq ki, Paris 1900 və 1924-cü illərdə olmaqla iki dəfə yay Olimpiya oyunlarına ev sahibliyi edib.
Bir müddət öncə 2024 Yay Olimpiya oyunlarını keçirtmək üçün Boston (ABŞ), Hamburq (Almaniya) və Roma (İtaliya) namizədliklərini irəli sürüblər. Çərşənbə axşamı Budapeşt Bələdiyyəsi (Macarıstan) 2024-Olimpiya oyunlarına namizədliyini irəli sürmək barədə səsvermə keçirib. Bundan əlavə Olimpiya oyunlarına ev sahibliyi etmək uğrunda Hindistanın Əhmədabad şəhəri də mübarizə apara bilər.
Digər Xəbərlər
2024-11-27 13:51:44
2024-11-27 13:45:22
2024-11-27 13:34:49
2024-11-27 13:22:49
2024-11-27 13:19:08
2024-11-27 12:39:18
2024-11-27 11:29:13
2024-11-27 11:24:20
2024-11-27 11:15:59
2024-11-27 10:32:39
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:19:14
2024-11-27 08:50:28