YAP-çı deputatdan Ermənistandakı hadisələrə şərh


YAP-çı deputatdan Ermənistandakı hadisələrə şərh

Aydın Mirzəzadə: "Göründüyü kimi, Ermənistan öz yeritdiyi siyasətin qurbanına çevirilib"

"Yerevan izdihamları dağıdır, ancaq problem qalır. Bu günlər dünyanın diqqəti Ermənistanın paytaxtı Yerevan şəhərinə yönəlib. Elektrik enerjisi tarifinin qaldırılması insanların etirazına və küçələrə axmasına səbəb olub. Tarif isə bir o qədər çox yox, 6,93 Ermənistan dramı qədər qalxıb, bu isə ABŞ dolları ilə 1,45 sent edir".
"Unikal"ın məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə deyib. O bildirib ki, qaldırıldıqdan sonra Ermənistanda elektrik enerjisi üçün tarif 41,85 dramdan 48,78 drama qalxıb ki, bu da ABŞ dolları ilə 10 sent edir. "Nə artım, nə də yeni qiymət dünya ölkələri üçün çox da böyük qiymət deyildir, ancaq kasıb Ermənistan cəmiyyəti artıq bu qiymətləri ödəmək imkanında deyil. Diqqəti o çəkir ki, Yerevandakı nümayişləri müxalifət qüvvələri təşkil etməyib və onlar ümüumiyyətlə onlarda iştirak etmirlər. Nümayişçilər əsasən 30 yaşına qədər olan gənclərdir və onlar hökumət əleyhinə şüarlar səsləndirmirlər. Ancaq bu Ermənistan cəmiyyətinin sabahı olan hissəsidir ki, onları da sabahına ümidləri qalmayıb və hökumətin qoyduğu qaydalarla yaşaya bilmirlər.
İki gündür ki, güc strukturları nümayişləri dağıdır, fəalları həbs edirlər. Hətta vəziyyət o həddə çatıb ki, Yerevan polis böləmələrində müvəqqəti saxlama yerlərində yer çatışmadığına görə saxlananları digər rayonların polis böləmələrinə aparırlar. Ancaq bu tədbirlər baxmayaraq insanlar yenə də nümayişlərə çıxmaqda davam edirlər. Yerevan izdihamları dağıdır, ancaq problem isə qalır.
Problem isə Ermənistan hakimiyyətinin Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində ölkəsinin ağır sosial duruma düşməsi ilə bağlıdır. Qonşu dövlətlərə qarşı torpaq iddiası Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədlərinin başlanmasın və ciddi iqtisadi çətinliklərə rastlaşmasına səbəb olub.
Ermənistanın illik büdcəsi 2015-ci il üçün 3 milyard ABŞ dollardır, bunun isə 21, 4 faizi, yəni 642 milyonu müdafiə və təhlükəsizlik sahəsinə yönəlib. Göründüyü kimi, Ermənistan öz yeritdiyi siyasətin qurbanına çevirilib. Düşdüyü ağır vəziyyət artıq cəmiyyətin sosial üsyanına səsbən olur. İzdihamları dağıtmaqla nisbi sakitlik yaratmaq olar, ancaq problemi isə həll etmək mükün deyil".
Qərib Gərayzadə