Bəxtiyar Hacıyev Prezidentə müraciət etdi
12:21 30-05-2012
İQTİSADİYYAT
Bəxtiyar Hacıyev
Prezidentə müraciət etdi
Səhvini başa düşən gənc dövlət başçısından əfv olunmasını istəyib
Xəbər verildiyi kimi, Bəxtiyar Hacıyevə dəstək qrupunun üzvləri cəzaçəkmə müəssisəsində onunla görüşüblər. Dəstək qrupundan verilən məlumata görə, görüş zamanı Bəxtiyar Hacıyev bir neçə gün əvvəl prezident İlham Əliyevə müraciət etdiyini deyib: "Mən Azərbaycan prezidenti İlham Əliyevə azadlığa buraxılmağımla bağlı məsələyə baxılması üçün müraciət etmişəm".
Xatırladaq ki, Bəxtiyar Hacıyev ötən ilin mart ayında həbs olunub və Cinayət Məcəlləsinin 321.1 (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu addımı təkcə Bəxtiyar Hacıyev deyil, həmçinin Müsavat Partiyasının Aparat rəhbəri, hazırda həbsdə olan Arif Hacılı da atıb. Bir müddət əvvəl Arif Hacılı dövlət başçısına müraciət edərək, ondan əfv olunmasını istəyib. Özlərini siyasi məhbus kimi təqdim edən hər iki şəxsin belə bir addım atmaları isə müxtəlif cür şərh oluna bilər. Bunu müxalifətçilərin bir qismi "satqınlıq", "hakimiyyətə işləmək" kimi təqdim etsə də, bəzi qismi də anlayışla qarşılayırlar.
Reallıq isə başqa görünür. Məlumdur ki, bu gün Azərbaycanda ciddi quruculuq işləri aparılır, ölkədə iqtisadi inkişaf yüksək səviyəyə çatıb. Əhalinin həyat səviyyəsinin yüksəldiyi və sosial problemlərin həll olunduğu bir vaxtda yerli müxalifət hakimiyyəti tənqid edərək, onun siyasətini tənqid etməkdədir. Qısqanclıq və hakimiyyətin əldən çıxması səbəbindən müxalifətin belə bir addım atması və küçələrə çıxaraq ictimai asayişi pozması isə cəmiyyət tərəfindən birmənalı olaraq qəbul edilmir. Elə bu səbəbdəndir ki, keçirilən mitinqlərə qatılanların sayı həddindən artıq azdır və davamlı olaraq bu azalma isə müşahidə edilməkdədir.
Hadisələrin gedişatı, Azərbaycanın əldə etdiyi uğurlar fonunda səhv edərək məhbəsə düşmüş siyasət adamları isə artıq səhvlərini anlamağa başlayıblar. Onlar qəbul ediblər ki, bu gün möhtərəm Prezident İlham Əliyevin yürütdüyü xarici və daxili siyasət böyük uğurlar gətirib və bundan sonra da gətirməkdə davam edəcək. Eyni zamanda, onlar anlayıblar ki, bu şəkildə pozuculuq, təxribatçılıq və aqressivlik nümayiş etdirməklə Azərbaycan dövlətinə ciddi ziyan vurmaqdadırlar. Elə buna görə də, səhvlərini başa düşən, etiraf edən və anlayan həmin şəxslər dövlət başçısına əfv olunmaları ilə bağlı müraciətlər ünvanlayıblar.
Onu da bildirək ki, istər Bəxtiyar Hacıyev, istərsə də Arif Hacılının hərəkətlərini təqdir edirik. Onların bundan sonra dövlətə, millətə və vətənə sədaqətli, yararlı olacağına ümid edirik. Eyni zamanda, bu cür addımın atılmasını digər səhv buraxmış şəxslərə də tövsiyyə edirik. Və ümid edirik ki, onlar da yaxın günlərdə səhvlərini anlayaraq, cənab Prezidentə əfv olunmaları ilə bağlı müraciət edəcəklər.
İlkin Rzazadə
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00