Azərbaycan məmurlarının MDB ölkələrindəki biznesinə şok təhlükə!
10:24 29-08-2015
CƏMİYYƏT
Postsovet respublikalarının iqtisadiyyatındakı böhran hansı oliqarxlarımızı təhdid edir?
Bu günlərdə Qazaxıstan hökumətinin milli valyutanın-tengenin devalvasiyası ilə bağlı qərar verməsi diqqəti bir daha MDB ölkələrindəki iqtisadi duruma yönəldərək, yaxın gələcəkdə hansı ssenarilərin reallaşması ehtimalının yüksək olması ilə bağlı müzakirələrə yol açıb. Əvvəlcədən qeyd edək ki, pronozlar ürəkaçan deyil. Ekspertlər MDB məkanı ölkələrinə "kəmərləri sıxmağı" və iqtisadi islahatlara başlamağı tövsiyə edirlər.
Belə MDB məkanı ölkələri ilə bağlı bədbin proqozların əsasında dünya bazarlarında neftin ucuzlaşması tendensiyasının davam etməsi durur. MDB-in ən güclü iqtisadiyyatları olan ölkələri - Rusiya, Qazaxıstan, Azərbaycan, Türkmənistan neftdən gələn gəlirlərdən asılıdır. Belarusiya isə öz növbəsində Rusiyadan qidalanır. Neftin qiymətinin aşağı düşməsi "domino effekti" yaradıb.
İyulun 20-dən avqustun 20-dək olan dövrdə Rusiya rubulu ABŞ dollarına nisbətdə 17,5 faiz ucuzlaşıb, Belarusiya valyutası 7,5 faiz dəyər itirib, Qazaxıstan tengesi 35 faizdən çox aşağı düşüb. Azərbaycan valyutasının dəyəri dəyişməz qalıb, Ermənistan valyutası isə azacıq da olsa bahalaşıb. Ukrayna valyutası ilin birinci yarısında 16.3 faiz ucuzlaşıb. Ukraynada bu dövrdə ümumdaxili məhsul istehsalı 16,3 faiz azalıb.
Rusiya Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə apreldən iyula qədərki dövrdə ÜDM istehsalı 4,6 faiz azalıb. Birinci kvartalda isə bu göstərici 2.2 faiz olmuşdu. Beynəlxaq araşdırma mərkəzləri ən yaxşı halda bu il ərzində Rusiya ÜDM-nin 4.5% azalacağını təxmin edirlər.
MDB məkanında iqtisadiyyatın zəifləməsini ekspertlər neftin qiymətinin düşməsi ilə izah edirlər. 1998-ci ildən bəri bir ayda - bu ilin iyulunda neftin qiyməti rekord səviyyədə - 20 faiz ucuzlaşıb. Qazaxıstan milli statiska komitəsinin məlumatına görə, dövlət büdcəsinin gəlirlərinin 5 faizi neft gəlirlərindən formalaşır. 2014-cü ildə nef-qaz sektorunun UDM-də payı 27 faiz olub.
Bu il ÜDM-in artımının 1.5 faiz azalacağı, gələn isə bu göstəricinin 3 faizdən çox olacağı proqnozlaşdırlır. Ümümdaxili məhsul istehsalına görə, MDB-də birinci yerdə Rusiya, ikinci yerdə Belarusiya, üçüncü yerdə isə Azərbaycan gəlir.
İlk üçlükdəki iki ölkədə neft-qaz sektorunun ÜDM-də payı kifayət qədər yuksəkdir. Azərbaycanda bu, 60 faizdən çoxdur. Belarusiya iqtisadiyyatı isə Rusiya iqtisadiyyatından çox asılıdır və Moskvanın verdiyi kreditlər Minsk üçün əsas "nəfəslik" rolunu oynayır. Təbii ki, neftin qiymətinin aşağı düşməsi MDB ölkələri iqtisadiyyatları üçün çox böyük risklər yaradır. İlin sonuna qədər Azərbaycan, Gürcüstan, Ermənistan, Belarusiya və Ukraynada yeni devalvasiya dalğası gözlənildiyi proqnozlaşdırılır. Azərbaycan, Gürcüstan, Ukrayna, Ermənistanın və Belarusiyanın borclanmaya getməyə məcbur qalacağı da təxmin edilir.
Təhlilçilər qeyd edirlər ki, MDB ölkələri, Rusiya başda olmaqla iqtisadiyyatın şaxələndirilməsi, bank sektorunda islahatlar aparılması, ən əsası isə dövlət xərclərinin və investisiya prioritetlərinin düzgün müəyyənləşdirilməsi ilə bağlı zəruri addımlar atmayıblar. Hələ 2012-2013-cü ildən bəri neftin qiymətinin düşməsi ilə bağlı proqnozlar səslənsə də, bununla bağlı yarana biləcək problemlərin həlli məqsədilə qabaqlayıcı tədbirlr görülməyib.
Ekspertlər daha liberal iqtisadiyyat, liberal ticarət rejimi, dövlət büdcəsi xərclərinin azaldılmasını, investisiyalar üçün əlverişli mühit yaradılmasını, iqtisadiyyatın şaxləndirilməsi üzrə strategiyalar işlənməsini məsləhət görürlər. Burada ən incə məqam isə Azərbaycanın bir sıra iri məmurlarının müxtəlif MDB ölkələrində bizneslərinin olması və sözügedən coğrafiyadakı böhranın dərinləşəcəyi təqdirdə həmin oliqarxların bizneslərinin də ciddi zərər görəcəyidir. İddialara görə, bəzi MDB ölkələrində biznesi olan məmurlarımız arasında baş nazirin müavini Abid Şərif, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, «Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidenti Etibar Pirverdiyev, Mərkəzi Bankın sədri Elman Rüstəmov, ARDNŞ (SOCAR) prezidenti Rövnəq Abdullayev və digərləri var. Onların xüsusilə Rusiya, Ukrayna, Belarus, Gürcüstan və Qazaxıstanda bizneslərinin olması söylənilir.
Ehtimal olunur ki, əgər MDB ölkələrinin iqtisadiyyatındakı çöküş davam edərsə, bunun adını çəkdiyimiz və çəkmədiyimiz Azərbaycan məmurlarının cibinə ziyanı da kifayət qədər ciddi olacaq. Eyni narahatlığı həmin məmurların özlərinin də keçirdiyi və bizneslərini mümkün təhlükədən qorumaq üçün çıxış yolları üzərində baş sındırdıqları da gələn məlumatlar arasındadır.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22