Avqustun 7-də Yardımlı rayonunun bəzi kəndlərində qaz təchizatı dayandırılacaq.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, qaz təchizatının dayandırılmasına səbəb rayon ərazisində yerləşən “Yardımlı Əngəvül əhali” ölçü qovşağı üzərində quraşdırılan qaz sayğacının dövri yoxlamadan keçirilən digər qaz sayğacı ilə əvəz olunmasıdır.
Bu məqsədlə avqustun 7-də saat 14:00-dan 16:00-dək “Əngəvül” qaz paylayıcı stansiyasından qidalanan Əngəvül, Binə, Büzünbül, Vərgədüz, Züvüc və Zövnə kəndləri də daxil olmaqla, ümumilikdə 680 abonentin qaz təchizatının müvəqqəti olaraq dayandırılması planlaşdırılır.