Nazir vətəndaşları qəbul etdi, şikayətləri dinlədi
10:26 29-08-2015
CƏMİYYƏT
Səlim Müslümov: "Fərdi evlərlə yanaşı Bakıda və İmişli, Beyləqan, Şamaxı rayonlarında 238 mənzili olan 4 yaşayış binası da tikilir"
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Tovuz rayonunda bu rayonun və Ağstafa, Qazax, Şəmkir, Gədəbəy rayonlarının sakinlərini fərdi qaydada qəbul edib. Bu barədə "Unikal"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, müraciətlər əsasən məşğulluğun təminatı, bərpa müalicəsinə köməklik göstərilməsi, mənzil və minik avtomobilləri ilə təmin olunma, müxtəlif sosial təminat növlərinin təyinatı və s. məsələlərə aid olub. Hər bir müraciət diqqətlə dinlənilib və nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə obyektiv şəkildə araşdırılıb. S.Müslümov müraciətlərdə qaldırılan məsələlərlə bağlı qısa müddətdə qanunauyğun tədbirlərin görülməsi, müvafiq hallarda vətəndaşlara ətraflı hüquqi izahatların verilməsi və s. barədə göstərişlər verib. Qəbul zamanı bir sıra vətəndaşların və onların ailə üzvlərinin məşğulluq məsələsi yerindəcə həll edilib, onların aidiyyəti ərazi üzrə fəaliyyət göstərən müəssisələrdə boş (vakant) iş yerlərinə göndərişlə təmin olunması üçün tapşırıqlar verilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Nazir, həmçinin bir sıra şəxslərin əlillik vəziyyətlərinin diqqətlə müayinə olunması, habelə ünvanlı dövlət sosial yardımı almaq hüquqlarının olub-olmadığının müəyyən edilməsi və nəticəsinə əsasən qanunauyğun qərarların verilməsini tapşırıb.
Mənzillə təminat məsələlərinə dair müraciətləri cavablandırarkən S.Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 20 iyun tarixli sərəncamının icrasının yüksək səviyyədə həyata keçirildiyini, ölkənin bölgələrində müharibə əlilləri və şəhid ailələri üçün 52 rayonda inşa olunan 375 fərdi evdən bir qisminin tikintisinin artıq yekunlaşdığını və istifadəyə verilməsinə başlanıldığını vurğulayıb: "Tovuz rayonunda da 9 fərdi ev tikilir. Həmçinin müharibə əlilləri və şəhid ailələri üçün Ağstafa rayonunda 6, Qazax rayonunda 14, Şəmkir rayonunda 6, Gədəbəy rayonunda 4 fərdi ev inşa olunur. Onlar iki və üç otaqlı evlərdən ibarətdir və hər birində normal yaşayış şəraiti yaradılır. Fərdi evlərlə yanaşı, Bakı şəhərində və İmişli, Beyləqan, Şamaxı rayonlarında ümumilikdə 238 mənzili olan 4 yaşayış binası da tikilir. Eyni zamanda həmin insanlar üçün hazır binalardan mənzillərin alınması və təmiri işləri aparılır".
S.Müslümov inşa olunan mənzillərin yalnız Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər və şəhid ailələri üçün nəzərdə tutulduğunu, belə şəxslərin isə dövlət hesabına mənzillə təmin olunmaq üçün rayon (şəhər) icra hakimiyyətləri tərəfindən növbəyə alındığını diqqətə çatdırıb: "Eyni zamanda dövlət büdcəsi hesabına minik avtomobili ilə təmin olunmaqdan ötrü növbəyə dayanmaq istəyən müharibə əlilləri və onlara bərabər tutulan şəxslər müvafiq ərazi üzrə TSEK tərəfindən müayinə edilərək əgər minik avtomobilinə tibbi göstəriş müəyyən olunduğu təqdirdə növbəyə yazıla bilərlər. Bu ilin ilk yarımilində bu məqsədlə TSEK-lərə müraciət edən şəxslərin müvafiq müayinəsi aparıldıqdan sonra onların 297 nəfərinə minik avtomobilinə tibbi göstərişin olması barədə qərar qəbul edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 faizədək azdır".
Hüseyn
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22