Əbülfəs Qarayev Qarabağdakı abidələrimizin məhv edilməsi məsələsini qaldırdı
11:23 09-10-2015
CƏMİYYƏT
Nazir: "Dağlıq Qarabağdakı memarlıq abidələrinin vəziyyəti UNESCO-da daimi müzakirə mövzusudur"
"Hazırda Dağlıq Qarabağda yerləşən tarixi abidələrimiz təəssüf ki, nəzarətimiz altında deyil. Bizi ən çox narahat edən məsələ də məhz budur. Bu gün Azərbaycanda tarixi abidələrin qorunması ilə bağlı cənab prezidentin sərəncamına uyğun olaraq xüsusi xidmət yaradılıb".
Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, Dağlıq Qarabağdakı memarlıq abidələrinin məhv edilməsinin qarşısının alınması ilə bağlı məsələ UNESCO-da daimi müzakirə mövzusudur. O qeyd edib ki, ölkə başçısının sərəncamı ilə yaradılan xidmət Azərbaycanın bütün regionlarını təhlil edir: "Bərpa olunacaq layihələr hazırlanmaqdadır. Ancaq Dağlıq Qarabağa daxil ola bilmirik. Təəssüf ki, bəzən Azərbaycan memarlığına aid olan tarixi abidələrimizin işğalçı ölkənin memarlığına şamil edildiyini görürük. Məsələn, işğal olunmuş ərazilərdə Gəncəbasar alban kilsəsi var. Onu azərbaycanlılar tikib. Bu abidə Azərbaycanın alban dövrünə aid olan memarlıq nümunəsidir. Amma bu gün yazılarda, çıxışlarda oranın ermənilərə aid olduğunu bildirirlər. Sözsüz ki, bu problemin həllini təkcə nazirlikdən gözləmək düzgün deyil. Demək istəyirəm, bütün ictimaiyyət, memarlar, tarixçilər öz haqq səsini qaldırmalıdırlar".
Fəxri ad alan insanlar öz davranışı ilə cəmiyyətə örnək olmalıdırlar. Onlar bütün situasiyalarda təmkinli davranmalı, mədəniyyət xadimi olduqlarını, yüksək fəxri ad daşıdıqlarını unutmamalıdırlar. Təəssüf ki, bir çox halda bunun əksini görürük".
Bunu isə apa-ya açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov deyib. Onun sözlərinə görə, hazırkı vəziyyətdə fəxr adla təltif olunan şəxslərin bu adlardan məhrum edilməsi məsələsi müzakirə olunmur: "Hər hansı fəxri ad alan şəxs qeyd olunan məsələlərə, yəni davranış tərzinə, hər hansı qalmaqala görə bu addan məhrum oluna bilməzlər. Davranış, cəmiyyətdə özünü aparmaq səviyyəsi daxili mədəniyyətə bağlıdır. Fəxri ada layiq görülən şəxs düşünməlidir ki, bu adı ona ölkə başçısı verib. Mədəniyyət xadimi, xüsusilə dövlətin yüksək fəxri adı ilə təltif olunan şəxs digər insanlara nümunə olmalıdır ki, cəmiyyət onlardan nümunə götürsün".
Nazirlik rəsmisi əlavə edib ki, qeyd olunan hallara baxmayaraq cəmiyyətə nümunə olan sənətkarlar da var: "Fəxri ad alan çox dəyərli, cəmiyyətə nümunə olan, milli-mənəvi dəyərləri hər zaman yüksək tutan və bu dəyərləri gənclərə aşılayan sənətkarlarımız da var. Bu insanlar hər kəsin sevimlisi olmaqla yanaşı, cəmiyyətdə öz yerlərini qorumaqdadırlar".
Qeyd edək ki, fəxri ad daşıyan bir çox sənət adamı qeyri-etik davranışları, məişət səviyyəsində olan qalmaqalları ilə mütəmadi olaraq gündəmə gəlirlər. Onlar cəmiyyətdə tutduqları mövqelərinə, ictimai nüfuzlarına uyğun olmayan hərəkətləri ilə mətbuatın, ictimaiyyətin tənqidinə və qınağına tuş gəlirlər.
T.Əliyev
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18